670 nəticədən 571-580 arası göstərilir.
Anar Cəbrayıllının jurnalistin kanalizasiya ilə bağlı sualına 'sən nə çox sual verdin' cavabı verdiyi iddiası

Anar Cəbrayıllının jurnalistin kanalizasiya ilə bağlı sualına 'sən nə çox sual verdin' cavabı verdiyi iddiası

Anar Cəbrayıllı mətbuat konfrasında kanalizasiya ilə bağlı suala “sən nə çox sual verdin” cavabını verimir, jurnalistin sualını cavablandırır. İddia edilən cümləni isə başqa bir jurnalist “sonuncu sualı verə bilərəm” deyəndə “buyur, nə ilə bağlıdır” sözlərilə birlikdə deyir və sualı cavablandırır.

Covid-19 peyvəndlərində çip olduğu iddiası

Covid-19 peyvəndlərində çip olduğu iddiası

Covid-19 peyvəndlərində çip olduğu iddiası əsassızdır, mövcud ən kiçik çip belə peyvənd şprislərinə sığmayacaq qədər böyükdür. Hökümət rəsmilərinə vurulan peyvəndin şprisə çəkilərək vurulmasına səbəb isə Sinovac şirkətinin peyvəndi hazır şpris qablaşdırmada yollamamasıdır.

Fotodakı göyərçinin 23 gündür fotodakı xəstəni hər gün ziyarət etdiyi iddiası

Fotodakı göyərçinin 23 gündür fotodakı xəstəni hər gün ziyarət etdiyi iddiası

23 gündür yaxınlarının ziyarət etmədiyi bir xəstəni hər gün fotodakı göyərçinin ziyarət etdiyi iddiası doğru deyil. Viral olan foto 2013-cü ildə Afinada Qırmızı Xaç xəstəxanasında anlıq bir çəkilişin nəticəsində ortaya çıxıb.

Aleksey Navalnının məhkəmədə “Putin oğrudur” yazılı plakat qaldırdığı iddiası

Aleksey Navalnının məhkəmədə “Putin oğrudur” yazılı plakat qaldırdığı iddiası

Navalnının məhkəmə zalında əlindəki kağıza rus dilindən tərcümədə “Putin oğrudur” mənasını verən “Путин вор” yazısı montajla əlavə edilib.

İngiltərədə Covid-19 testi pozitiv olan hər kəsə 500 sterlinq ödəniş ediləcəyi iddiası

İngiltərədə Covid-19 testi pozitiv olan hər kəsə 500 sterlinq ödəniş ediləcəyi iddiası

İngiltərədə hökümət pandemiya ilə bağlı birdən çox siyasəti nəzərdən keçirsə də hökümətin Covid-19 testi pozitiv olan hərkəsə yardım edəcəyi yöndə qərar yoxdur.

Bill Qeytsin 10 il əvvəl verdiyi müsahibədə peyvəndlərlə dünyada əhalini azaltmalıyıq dediyi iddiası

Bill Qeytsin 10 il əvvəl verdiyi müsahibədə peyvəndlərlə dünyada əhalini azaltmalıyıq dediyi iddiası

Bill Qeyts peyvəndlər sayəsində uşaq ölümlərinin azalacağını eləcə də valideynlərin daha az uşaq sahibi olacağını düşünür.

Peruda məhkəmənin Qeyts, Soros və Rokfelleri SARS-CoV-2 istehsalı ilə günahlandırdığı iddiası

Peruda məhkəmənin Qeyts, Soros və Rokfelleri SARS-CoV-2 istehsalı ilə günahlandırdığı iddiası

Peruda Covid-19-a səbəb olan virusun insan əli ilə hazırlandığı yöndə qərar verən məhkəmə yoxdur. Apelyasiya məhkəməsi bir məhkəmə işinin gecikməsini pandemiya ilə açıqlayarkən bu ifadələrdən istifadə edib.

2021-ci ilin yanvarında Pakistan Baş naziri İmran Xanın pilləkandan yıxılaraq xəstəxanaya yerləşdirildiyi iddiası

2021-ci ilin yanvarında Pakistan Baş naziri İmran Xanın pilləkandan yıxılaraq xəstəxanaya yerləşdirildiyi iddiası

İmran Xanın 2021-ci ilin yanvar ayında pilləkandan yıxılaraq yaralandığı və xəstəxanaya aparıldığı iddiası yanlışdır, hadisə 2013-cü ildə baş verib.

Nipah adında yeni bir virusun ortaya çıxdığı iddiası

Nipah adında yeni bir virusun ortaya çıxdığı iddiası

Nipah yeni bir virus deyil, 1998-ci ildə ilk dəfə Malayziyada meydana gələn virus ilə bağlı ÜST 2018-ci ildən bəri xəstəliyə yoluxanlarla bağlı hesabat yayınlanmayıb.

Yeni məxfilik siyasətinə əsasən istifadəçilərin WhatsApp-da danışdıqlarının Facebook-da qarşısına çıxacağı iddiası

Yeni məxfilik siyasətinə əsasən istifadəçilərin WhatsApp-da danışdıqlarının Facebook-da qarşısına çıxacağı iddiası

WhatsApp-ın fevral ayında qüvvəyə minən yeniliyi mesajların paylaşılacağı mənasına gəlmir. WhatsApp-da mesajlar ucdan uca şifrələmə sistemi olə qorunur.