Nədir?

teyit logo teyit logo

Teyit, tənqidi düşünmə vərdişini məlumat ekosisteminin aktyorları arasında ortaq bir dəyər halına gətirməyi hədəfləyən bir yoxlama təşkilatıdır. Teyitdə məlumat ekosistemini inkişaf etdirmək hədəfi ilə tərəfdaşlarımızla əməkdaşlıq içərisində yoxlama və gücləndirmə fəaliyyətləri həyata keçiririk.

2016-cı ildən bəri Teyitdə internetdəki şübhəli məlumatları təhlil edir, rəqəmsal savadlılıq və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək üçün tədris fəaliyyətləri həyata keçiririk, fərqli aktyorları bir araya gətirərək yanlış məlumat probleminə yönəlik davamlılığa sahib həllərin hazırlanmasına töhfə veririk.

EFSCN üzvü

Bu arma, Teyit Avropa Beynəlxalq Doğruluq Yoxlama Standartları Şəbəkəsi (EFSCN) tərəfindən qəbul olunan prinsipləri qəbul edərək şəbəkənin üzvü olduğunu göstərir. Metodologiyamızın etik standartlarımız və şəffafkərliklə uyğun olaraq yüksək standartlarda icra edildiyinin və işlərimizin bir dəfə daha təsdiqləndiyinin sübutu olan bu arma, etik standartlarımızın və şəffafkərliyimizin təkrar təsdiqləndiyini göstərir.

EFCSN

IFCN Prinsiplər Bələdçisinin İmzaçısı

Bu nişan, Teyitin təşkilati və redaksiya mərhələlərinin Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin (IFCN) prinsipləri ilə üst-üstə düşdüyünü göstərir. İşlərimizdə tərəfsiz olduğumuzu, ədalətli davrandığımızı, mənbələrimizin, maliyyə quruluşumuzun və qurumumuzun şəffaf olduğunu, metodologiyamızın ictimaiyyətə açıq formada paylaşdığımızı və redaktə siyasətini yayınladığımızı Şəbəkənin idarə heyətinə və müstəqil dəyərləndiriciyə sübut edərək Prinsiplər Bələdçisinin imzaçısı olmağa və bu nişanı saytımıza yerləşdirməyə haqq qazandıq.

Uluslararası Doğruluk Kontrolü Ağı

Teyiti Teyit edən bu prinsipləri hər şeyin üstündə tuturuq, bütün fəaliyyətlərimizi bu prinsipləri işığında həyata keçiririk. Prinsiplərə riayət edib etmədiyimiz mütəmadi şəkildi müstəqil dəyərləndirici tərəfindən yoxlanılır.

Əgər bu prinsipləri pozduğumuzu düşünürsünüzsə, aşağıdakı düyməni istifadə edərək IFCN -in şikayətlər səhifəsinə daxil ola bilərsiniz.

IFCN Şikayət Səhifəsi

Açık Açık Sosyal Girişim

Sosial təşəbbüslər ekologiya və cəmiyyət problemlərini həll etməyi hədəfləyən və bu məqsədi həyata keçirərkən davamlı iqtisadi fəaliyyət göstərən strukturlardır. Teyit də sosial bir təşəbbüsdür. Bugünün və gələcəyin iş modelinin sosial təşəbbüslər olduğuna inanırıq.

Bu səbəblə Açık Açık Sosyal Girişim Platformunda yer almaq məqsədimiz ilə dəyərlərimizlə, maliyyə quruluşumuz, fəaliyyətimiz və sosial və/və ya ekoloji təsir diqqətimizlə sosial bir təşəbbüs olduğumuzu bəyan edirik.

Sosyal Girişimcilik
Korporativ Struktur

Teyit sosial təsiri prioritetləşdirən, əldə etdiyi gəliri paylaşmayan və kar amacı güdməyən bir sosial təşəbbüsdür. Teyitdə bütün işlərimizi Teyit Medya A.Ş. altında həyata keçiririk.