Sosial şəbəkədə və xəbər saytlarında paylaşılan iddiada 75 faiz öldürücü xüsusiyyətə malik Nipah adlı yeni bir virusun ortaya çıxdığı deyildi. Bəzi paylaşımlar isə yazılan şərhlərə əsasən Covid-19 pandemiyası kimi yeni bir pandemiyanın çıxacağı fikrini yaratdı. Bəziləri “Peyvənd tapıldı deyəndə daha da pisi oldu” başlıqları ilə istifadəçilərdə narahtçılığa səbəb oldu.
Nipah virusu 1998-ci ildən bəri var
Nipah Virusu İnfeksiyası (NiV) Cənub-Şərqi Asiyada meydana gələn, yoluxucu zoonotik bir virusdan qaynaqlanan xəstəliyin adıdır. Virusun adı ilk yoluxmanın qeydə alındığı Malayziya kəndindən götürülüb. (Kampung Sungai Nipah). Nipah virusu heyvanlardan insanlara, insandan insana, səthlərdən və qidalardan ötürülən RNA virusudur.
Lakin nipah iddia edilənin əksinə yeni bir virus deyil. İlk yoluxma Çində yox, 1998-ci ildə Malayziya donuz fermasında aşkarlanıb. Çində indiyə qədər NiV-ə yoluxma baş verməyib.
Çində isə nipah yox, nipah virusunun da daxil olduğu henipavirus sinfinə aid mojiang yoluxması qeydə alınıb. (səh. 6 və səh.18). 2007 Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Qoruma Birliyinin Təhdit Altındakı Növlərin Qırmızı Siyahısına əsasən daha əvvəl nipah virusu daşıdığı aşkarlanan bəzi yarasa növləri Çində də yaşayır. Lakin indiyə qədər Çində nipah virusuna yoluxma qeydə alınmayıb.
Nipah 1999-cu ildə Sinqapurda da görülüb. Daha sonra Malayziya və Sinqapurda yeni yoluxma qeydə alınmayıb. 2001-ci ildə yenidən Hindistan və Banqladeşdə görüldükdən sonra 2001 və 2007-ci illərdə Şərqi Hindistandada bəzi yeni yoluxmalar aşkarlanıb.
İlk yoluxmaların bir çoxunda insanların xəstə donuzlar və ya daşıyıcı toxumalar ilə təmas etməsi nəticəsində xəstələndiyi aşkarlanıb. ÜST-ün açıqlamasına əsasən virusun təbii qonaqçısı meyvə yarasalarıdır. Banqladeş və Hindistan yoluxmalarında bu meyvə yarasalarının sidik və ya tüpürcəklərinin dəydiyi meyvələrin yeyildiyi aşkarlanıb.
2018-ci ildən bəri yeni yoluxma qeydə alınmayıb
2009-cu il etibarilə Nipah virusuna yoluxaraq həyatını itirən insanların sayı 248-dir. Cəmi aşkarlanan xəstə sayı isə 477-dir. Yəni xəstəliyə yoluxanların yarısından çoxu həyatını itirib.
ÜST-ün 2009-cu ildə yayınladığı hesabatından sonra 2018-ci ildə Hindistanda yeni yoluxmaların aşkarlandığı bildirildi. 7 avqust 2018-ci ildə verilən açıqlamaya əsasən Hindistanın Kerala əyalətində 17 iyul 2018 etibarilə 19 yoluxma qeydə alınıb və bunlardan 17-si ölümlə nəticələnib.
Bu açıqlamadan bəri ÜST yeni bir yoluxma bildirməyib.
BBC müsahibəsi ehtimal olunan təhlükə və problemlərdən bəhsedir
“Nipah adında yeni pandemiya çıxdı” iddialarının gündəmə gəlməsinin səbəbi isə BBC-nin 12 yanvar 2021 tarixində yayınladığı yazı ola bilər.
BBC komandasının “sıradakı epidamiyanın nə ola biləcəyi və bunun qarşısını almaq üçün yarışan elm adamları” haqqında məqalə seriyasının bir hissəsi olan müsahibədə, Covid-19 yoluxmasını Çindən kənarda Tailandda ilk aşkarlayan Supaporn Wacharapluesadee adlı şəxsin araşdırmalarından bəhs edilir. Wacharapluesadee, yarasalar üzərində araşdırmalar apararkən bir çox virus ilə qarşılaşdıqlarını və bunlar arasında nipah virusunun da olduğunu vurğulayır.
Onun əməkdaşı Veasna Duong da, Kambocada insanlarla yaxın təmas halında olan meyvə yarasalarının epidemiyaya səbəb olma ehtimalından bəhs edərək, ‘Mümkün bir mutasiya ehtimalında bunun pandemiyaya çevrilə biləcəyini’ deyir. Bu virusa qarşı peyvəndin olmaması da narahatlıq doğurur. Yazıda keçmişdə yarasaların yaşayış sahəsinin pozulmasının nipah virusunun yayılmasına səbəb olduğundan da bəhs edilir.
BBC komandasının Nipah virusu ilə bağlı yazısından sonra yayınladığı digər müsahibədə Zika virusunu yaymağı ilə də tanınan aedes vittatus növündəki ağcaqanadların yaratdığı təhditdən bəhs edilir. BBC komandası bu məqalə seriyasında təhdit yaradan altı xəstəlik haqqqında yazacaq və bunların qarşısını almaq üçün görülən tədbirləri, araşdırmaları təhlil edəcək.
Risk yaratması və pandemiya olma potensialına əsasən ÜST tərəfindən hazırlanan virus siyahısındakı xəstəliklərdən biri də Nipahdır. Xəstəliyin öldürmə faizi isə 40 ilə 75 arasında dəyişir.
İddia bəzi fakt yoxlama qurumları tərəfindən də yalanlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yaymayıb
28 yanvar tarixində bir çox xəbər saytı və sosial mediad səhifələri Ümumdünya Səhiyyə Təşkilatının Nipah virusu ilə bağlı pandemiya olacağı yönündə xəbərdarlıq yayınladığını iddia etdi. Lakin ÜST Nipah virusu haqqında pandemiya olacağına dair hər hansı bir xəbərdarlıq yaymayıb. Qurumun Nipah haqqında son açıqlaması 7 avqust 2018-ci il tarixində Hindistanda meydana gələn, 17 nəfərin ölümü ilə nəticələn 19 yoluxma haqqında xəbərdir.