İngiltərədə Covid-19 testi pozitiv olan hər kəsə 500 sterlinq ödəniş ediləcəyi iddiası

İngiltərədə Covid-19 testi pozitiv olan hər kəsə 500 sterlinq ödəniş ediləcəyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

İngiltərə, Covid-19 testi pozitiv olduğu üçün özünü təcrid edən, aşağı gəlirli və evdən işləyəcək vəziyyətdə olmayan şəxslərə 500 sterlinq yardımla təmin edir.

2020-ci ilin sentyabr ayından bəri İngiltərədə Covid-19 testi pozitiv olanların özünü təcrid etmələri məcburidir.

Hökümət, “Covid-19 testi pozitiv olan hərkəsə 500 sterlinq yardım ediləcəyi” iddiasını təkzib edərək birdən çox yardım seçimini nəzərdən keçirdiklərini açıqladı.

Mediaya sızdırılan sənəddə də “koronavirus nəticəsi pozitiv olan hərkəsə 500 sterlinq yardım” ediləcəyi təklifinin, hökümətin nəzərdən keçirdiyi dörd fərqli təklifdən biri olduğu bildirilib.

25 yanvar 2021-ci ildə verilən açıqlamada yardımın müəyyən kriterialara sahib şəxslərə verildiyi vurğulanıb.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada və xəbər saytlarında paylaşılan xəbərlərdə İngiltərədə hökümətin Covid-19 testi pozitiv olan hərkəsə 500 sterlinq ödəyəcəyi iddia edildi.

az analiz ingiltrd covid 19 testi pozitiv olan hr ks 500 sterlinq odnis edilcyi iddiasi

Maddi yardım müəyyən kriterialara əsasən verilir

Əvvəlcə iddianın doğru olub olmadığını aydınlaşdırmaq üçün İngiltərə dövlətinin rəsmi internet səhifələrində Covid-19 ilə bağlı verilən yardımları araşdıraq. İddiaların yayılmasından bir neçə gün sonra 25 yanvar 2021-ci ildə İngiltərənin pandemiya dövründə iş və maddi dəstək daxilində yeni bir açıqlama yayınladığını görürük. Açıqlamada sözü güdən 500 sterlinqin Test və İzləmə Ödənişi Dəstəyi altında müəyyən kriterialara sahib şəxslərə verildiyi vurğulanır. İngiltərədə 28 sentyabr 2021-ci ildə koronavirus testi pozitiv çıxanların özlərini təcrid etmələri qanuna əsasən icbaridir. Bu öhdəliklə birlikdə, özünü təcrid edərkən işləməsi mümkün olmayan və aşağı gəlirli şəxslər 500 sterlinq yardım ilə təmin edilməyə başlayıb. Yəni 25 yanvar 2021-ci ildə verilən açıqlamaya əsasən maddi yardım Covid-19 testi pozitiv olan və müəyyən kriterialara sahib şəxslərə verilir.

İddiaların mənbəyi Guardian-ın xəbəri ola bilər

Türkiyə və Azərbaycanda da gündəmə gələn mövzunun mənbəyini araşdırdıqda Guardian komandasının iddialar yayıldığı dövrdə, 22 yanvar 2021-ci ildə yayınladığı bir xəbəri görürük.Xəbərdə, İngiltərə nazirlərinin üzərində işlədiyi və mediaya sızdırılan bir sənəddəki Covid-19 ilə bağlı yardım təkliflərindən bəhs edilir. İngiltərə Səhiyyə Naziri Matt Hancockun üzərində işlədiyi siyasət sənədində, nazirlik üçün aparılan anketlərə də yer verilib. Anketlər, Covid-19 testi pozitiv olan hər dörd nəfərdən sadəcə birinin təcrid qaydalarına əməl etdiyini və simptom daşıyanların sadəcə 17 faizinin test elədiyini göstərir. Bütün bunlar nəzərə alınaraq hazırlanan sənəddə, Guardian komandası nazirlərin yardım paketi üçün dörd fərqli təklifi müzakirə etdiyini və bunlardan birinin də “Covid-19 testi pozitiv çıxan hərkəsə 500 sterlinq ödənilsin” şəklində təklif olduğunu vurğulayır. Digər təkliflərdə isə bu miqdarın test nəticəsi pozitiv olan , lakin evdən işləməsi mümkün olmayanlara; illik gəliri 26 min 495 sterlinqdən az olanlara və ya büdcə hesablı yardım; mövcud yardım paketinə davam etmək və istəyə bağlı müraciəti əhəmiyyətli dərəcədə genişləndirmək olaraq verilib. 

Mövzu mediada gündəmə gəldikdən sonra İngiltərə Ekologiya Nazırı George Eustice açıqlama verib. Nazir, “koronavirusa yoluxan biri ilə yaxın təmasda olan və ya test nəticəsi pozitiv olan şəxslərə evdə qalmalı olduğunu dediyimiz zaman bu vəziyyətin bəzi insanlar üçün maddi çətinlik doğurduğunun” qeyd edib. Bu səbəblə ehtiyacı olan şəxslərə 500 sterlinq yardımın onsuzda verildiyindən də bəhs edib. Sənəd haqqında şərh verməyəcəyini söyləyən nazir, bu mövzunu hələ də gündəmdə tutduqlarını bildirib. Jurnalistin “əgər bu təklif təsdiqlənsə həftəlik 2 milyard dollara başa gələcəyini” deməsinin ardından isə Eustice “hökümətin hələlik bu yöndə bir qərar vermədiyini, pandemiyanın dinamik və sürətlə dəyişən bir xüsusiyyətə malik olduğunu” vurğulayaraq “həmişə birdən çox siyasəti nəzərdən keçirdiklərini” deyib.

Açıqlamanın tam versiyası isə belədir:

İddiaların ardından isə 25 yanvar 2021-ci ildə yayınlanan açıqlamada hələlik İngiltərə hökümətinin “Covid-19 test nəticəsi pozitiv olan hərkəsə 500 sterlinq ödəniş ediləcəyi” yöndə qərar vermədiyini görürük