Sosial şəbəkədə və WhatsApp-da yayılan bir videoda, Covid-19 əleyhinə hazırlanan peyvəndlərdə çip olduğu iddia olundu. Bundan əlavə videoda, canlı yayımda peyvənd olan hökümət rəsmilərinə vurulanın peyvənd olmadığı, peyvənd vasitəsilə insanların bədəninə çip daxil edildiyi kimi iddialar da səsləndirildi.
İlk peyvəndlər flakonlarda gəlir
İddia videosunda hökümət rəsmilərinə canlı yayımda vurulan peyvəndin hazır şpris qablaşdırmadan deyil, şpris ilə çəkilib vurulduğu üçün bunun peyvənd olmadığı iddia edilib.
Peyvəndin şprislə vurulması onun peyvənd olmadığı mənasına gəlmir. Azərbaycanda və Türkiyədə Covid-19 əleyhinə vurulan peyvənd, Sinovac şirkətinin təmsilçisi Keymen İlaç A.Ş. vasitəsilə təmin edilir. Azərbaycanda və Türkiyədə tətbiq olunan Sinovac SARS-CoV-2 peyvəndi hazır şpris qablaşdırmada gəlmir. Azərbaycanda TƏBİB rəhbərinə və Səhiyyə nazirinə peyvənd vurulmadığı iddiaları gündəmə gəldikdə, hökümət rəsmiləri “birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq, şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib” deyərək açıqlama verdi.
Eyni iddia Türkiyədə də gündəmə gəlmişdi, Teyit bununla bağlı da bir analiz yayınlayıb. Türkiyədə də Azərbaycanda olduğu kimi Sinovac şirkətinin SARS-CoV-2 peyvəndin hər dozasının bir flakonda şrprissiz şəkildə gəldiyi qeyd olunub.
Peyvəndlər flakon olaraq da bilinən şüşələrin içərisində saxlanılır, peyvənd vurulduğu an isə tibb işçiləri tərəfindən şprisə ilə çəkilərək vurulur. Peyvəndlərin vurulma anına dair videoları izlədikdə tibb işçilərinin peyvənd flakonunu kameralara göstərdiklərini ardından da canlı yayımda peyvəndi həmin flakonlardan şprisə çəkərək hazırladığını görmək mümkündür.
Səhiyyə nazirinə vurulan peyvəndin flakondan şprisə çəkildiyi an.
Covid-19 peyvəndi ilə çip taxılmır
İnsanlara mikroçip yerləşdirən bir Covid-19 peyvəndi mövcud deyil. Peyvənlər sadəcə xəstəliklərlə mübarizə aparmaq üçün hazırlanır. Elm insanları insanlara içərisində çip olan bir peyvənd vurulmasını məntiqsiz olaraq dəyərləndirir. Maryland Universiteninin Peyvənd Hazırlama və Qlobal Səhiyyə Mərkəzinndən Dr. Wilbur Chen də ən balaca çipin belə peyvənd şprisinə sığışmayacaq qədər böyük olduğunu vurğulayır.
İnsanları peyvəndlərlə izləmənin mümkün olduğu bir texnologiya isə hələlik yoxdur. İnsanların bədəninə daxil edilə bilən mikroçiplərə RFID (Radioa Frekansı ilə Müəyyənetmə) çiplərini misal göstərmək olar. Lakin ağıllı kimlik kartı vəzifəsini yerinə yetirən bu mikroçiplər, insanları anlıq olaraq izləmir və böyük şprislərlə dəri altına implantasiya edilir. Eləcə də düyü dənəsi böyüklüyündə olan bu çiplər insanlara məcburi və ya gizli olaraq taxılmır.
Digər yandan, çip iddiası əsassız olduğu kimi, peyvəndlə bağlı məlumatın Türkiyədə blokzəncirdə saxlandığına dair bir fakt yoxdur. Covid-19 peyvəndlərinin daşınması və çatdırılmasında problem yaranmaması üçün müəyyən dərəcə soyuq şəraitdə saxlanması vacibdir. Bu səbəblə peyvəndlərin izlənilməsi sistemlərinə ehtiyac duyulur. Türkiyədəki Peydən İzləmə Sisteminin blokzəncir texnologiyasına əsaslandığına dair bir məlumat yoxdur.