Aleksey Navalnının məhkəmədə “Putin oğrudur” yazılı plakat qaldırdığı iddiası

Aleksey Navalnının məhkəmədə “Putin oğrudur” yazılı plakat qaldırdığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Fotonu əks axtarış üsulu ilə axtardıqda orijinalını Reuters-da tapmaq mümkündür.

Fotodakı “Путин вор” yazısı montajla sonradan əlavə edilib.

Məhkəmə zalında çəkilən videoya baxdıqda kağızın otağın kənarındakı bir işçi tərəfindən verildiyi və üzərində iddia edilən yazı olmadığı görünür.

Foto Navalnının kağızı şüşə otağın divarına söykəyib qələmlə yazarkən çəkilib.

Fotonun ELA testi də yazının sonradan əlavə edildiyinə dair ipucu verir.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə yayılan bir fotonun Rusiyalı müxalifət lideri Aleksey Navalnının məhkəmə zalında tərcüməsi “Putin oğrudur” olan rusca “Путин вор” plakatı qaldırdığını göstərdiyi iddia olunub.

az analiz aleksey navalninin mhkmd putin ogrudur yazili plakat qaldirdigi iddiasi

Yazı fotoya sonradan əlavə edilib

İddia fotosunu RevEye istifadə edərək əks axtarış üsulu ilə araşdırdıqda orijinal versiyasını tapmaq mümkündür. Reuters komandası tərəfindən məhkəmə zalında çəkilən fotoya baxdıqda iddia fotosundakı yazının sonradan montaj ilə əlavə edildiyi başa düşülür.

az analiz aleksey navalninin mhkmd putin ogrudur yazili plakat qaldirdigi iddiasi 2

Məhkəmə zalında çəkilən videolara nəzər keçirdikdə, Navalnının şüşədən bir otaqda saxlanıldığını görürük. NBC tərəfindən çəkilən videonun 28-ci saniyəsində Navalnıya şüşə otağın xaricində dayanan şəxsin bir dəftər və kağız verdiyini görürük

az analiz aleksey navalninin mhkmd putin ogrudur yazili plakat qaldirdigi iddiasi 3

Fotoya diqqətlə nəzər keçirdiyimiz zaman, Navalnının kağızı şüşə otağın divarına söykəyərək bir şey yazmağa çalışdığı başa düşülür.

Orijinal bir fotonun sıxışdırılma səviyyəsi ilə üzərinə əlavə olunan elementlərin sıxışdırılma səviyyəsi fərqli olduğu üçün bir fotonun manipulyasiya edildiyini Xəta Səviyyə Analizi (ELA) ilə aydınlaşdırmaq da mümkündür. Forensically Foto Forensics ilə analiz etdikdə, “Путин вор” yazısı olan qismin digərlərinə görə daha tünd rəngdə olduğunu görürük.

az analiz aleksey navalninin mhkmd putin ogrudur yazili plakat qaldirdigi iddiasi 4

Nə baş verib?

20 avqust 2020-ci ildə Sibir üzərində təyyarədə uçarkən Rusiya prezidenti Vladimir Putinin təndiqçisi Aleksey Navalnının halı gözlənilmədən pisləşib. Almaniyadakı xəstəxanaya çatdırılan Navalnıya sinir agenti və ya Noviçok deyilən kimyəvi silahla zəhərlənmə diaqnozu qoyulub. 17 yanvar 2021-ci il müalicəsi bitdikdən sonra Rusiyaya qayıdan Navalnı, şərti azadlığa çıxma qaydalarının pozulması iddiaları ilə həbs edilib. Navalnı, Putini Rusiyanın təhlükəsizlik xidmətlərinə onu zəhərləməyi əmr etməkdə günahlandırsa da, Kreml dəfələrlə bu iddianı rədd edib. ABŞ və digər Qərb ölkələri Navalnının həbs olunmasını qınayan və onun qeyd-şərtsiz sərbəst buraxılmasını istəyən bəyənatlar verib. 2014-cü ildə çıxarılan hökmdə Navalnı şərti azadlığa buraxılmışdı. O, həmin qərarın şərtlərini pozmaqda ittiham olunaraq 2 fevral 2021-ci il keçirilən məhkəmədə 3 il yarım azadlıqdan məhrum edilib. Navalnının həbsinə etiraz olaraq keçirilən aksiyalarda 109 şəhərdə ən az 3.000 aksiyaçı saxlanılıb