Quruluşumuzdan bəri yanlış məlumat probleminə dair yayınlar hazırlayırıq, hazırlanmasına töhfə veririk və türk dilində bir mənbə yaranması üçün çalışırıq. Hazırladığımız bütün yayınlar yüklənə bilər və pulsuzdur.
Data Detox x Youth 11-16 yaş aralığındakı uşaqlar üçün bir tədris kitabıdır. Ağıllı cihazları mərkəzinə alan bu kitab, bu cihazlardakı dataların izindən getməyə, onlara nəzarət etməyə, data pozuntularına qarşı güclü şifrələr yaratmağa, texnologiya ilə yaxşı əlaqə qurmağa və yanlış məlumat ilə mübarizə aparmağa dair tövsiyələr və atıla biləcək addımlardan bəhs edir. Teyit komandasının türk dilinə uyğun formada tərtib etdiyi kitabı buradan yükləyə bilərsiniz.
2020-ci ilin iyul ayında Ermənistan və Azərbaycan arasında baş verən gərginliyin sentyabr ayında yeni bir müharibəyə çevrilməsi sosial media davə internetdə yanlış məlumatın yayıldığı bir böhran mühitini yaratdı. Bu hesabatda mövzu ilə bağlı Teyit tərəfindən yayınlanmış analizlər işığında münaqişənin yanlış məlumatlarına yaxından baxaraq təhlil edirik. 44 günlük müharibənin nəticəsində ortaya çıxan bu hesabat, internetdəki yanlış məlumat mühiti üçün bir bələdçi olaraq görülə bilər.
Psixologiyamız, düzəlişlərin işə yarayıb yaramadığına, media savadlılığı dərslərində nə öyrətməli olduğumuza və niyə yanlış məlumatlara qarşı müdafiəsiz olduğumuza təsir göstərir. Teyit tərəfində Türkçələşdirilən seriyada, First Draft-dan Tommy Shane əsas anlayışlardan bəhs edir.
Tandans Veri Bilim Danışmanlığı ilə birgə apardığımız "Pandemi Sürecinde Yanlış Bilgi Sorunu: Yanlış Bilgi, Haber Tüketimi ve Teyit Etme Davranışları" adlı araşdırma hesabatı pandemiyanın Türkiyədə informasiya ekosisteminə necə təsir etdiyini tədqiq edir. Türkiyəni ümumən təmsil edəcək formada təsadüfi seçmə üsulu ilə seçilən 1.025 internet istifadəçisi ilə apardığımız araşdırma nəticəsində Teyitdə apardığımız müşahidələrin fərdlərin münasibəti ilə nə qədər üst-üstə düşdüyünü anlamağa çalışdıq.
31 mart 2019-cu ildə Türkiyədə keçirilən bələdiyyə seçkilərindən əvvəl və sonra internetdə üzə çıxan saxta xəbərləri analiz edən “Sahte Haber Karnesi: Yerel Seçimler 2019” hesabatı internetdə yayılan yanlış məlumatların trayektoriyasını, sıxlığını, zamanını və qarşılıqlı əlaqə səviyyələrini müəyyən edir.
Seçki müddəti ərzində Teyit komandasının yanlış olduğunu müəyyən etdiyi 33 saxta xəbərin üzə çıxdığı xəbər saytları və sosial şəbəkə platformalarındakı yayılma səviyyələrinin təhlil edilməsilə hazırlanan hesabat, bu saxta xəbərlərin ən çox hansı sosial şəbəkə platforması yardımıyla yayıldığına, hansı xəbər saytlarının daha çox saxta xəbər hazırladığına və yanlış məlumatın fərqli media platformalarında necə yayıldığına dair məlumatlar ehtiva edir.
Teyitin bir il boyunca istifadəçilərdən topladığı şübhəli məzmunlara dair “İnternette nelerden şüphe ediyoruz?” adlı ilk hesabatı 2017-ci ildə yayınlandı. Hesabat Teyit izləyicilərinin doğruluğundan əmin olmadığı, yanlış olduğunu düşündüyü və ya həqiqətin nədən ibarət olduğunu öyrənmək üçün göndərdiyi 7 min 628 mesajdan ibarət olan faktlarla hazırlandı.
Teyit redaktorlarının bir illik təcrübələrinə əsaslanan bu hesabat, bu sahədə işləyən qeyri-hökümət təşkilatları, ictimai qurumlar, beynəlxalq qurumlar, media qurumları ve interneti kommunikasiya strategiyasının əvəzsiz bir hissəsi olaraq istifadə edən bütün qurumlar üçün olduqca önəmli məlumatlar ehtiva edir.
2017-ci ildə Teyit komandası və könüllülər tərəfindən Türk dilinə tərcümə edilən “Doğrulama El Kitabı”nın ikinci nəşri, dərin araşdırmalar aparan mütəxəssislər üçün rəqəmsal alətlərin yoxlama məqsədilə necə istifadə edilə biləcəyindən bəhs edir.
2015-ci ildə Mehmet Atakan Foçanın redaktorluğu ilə Korsan Parti liderliyində Türk dilinə tərcümə edilən “Doğrulama El Kitabı” jurnalistlər, bu sahədə çalışanlar və sosial şəbəkə istifadəçiləri üçün böhran anlarında yoxlama aparmağa dair məlumatlar ehtiva edir.