Covid-19 peyvəndləri hazırlanmağa başladıqca peyvənd araşdırmalarına dəstək verdiyi üçün konspirasiya nəzəriyyələrinin mərkəzində olan Bill Qeyts ilə bağı iddialar da artmağa başladı. Bill Qeytsin keçmişdə verdiyi açıqlamalardan bəzi hissələr çıxarılıb təqdim edilərək peyvəndlərlə dünya əhalisini azaltmağı planladığı iddia edildi.
Bu iddialardan birində Qeytsin, The Sovereign Independent adlı qəzetin 2011-ci il buraxılışının sərlövhəsində yer alan ifadələrlə bağlıdır. Sosial şəbəkədə Bill Qeytsin qəzetdə verilən yazı əsas göstərilərək məcburi peyvəndlər ilə dünya əhalisini azaltmaq yönündə planı olduğu iləri sürüldü.
Qeyts əhali sayının yox, əhalinin artım sürətinin azalmasından bəhs edir
Əvvəlcə əks axtarış üsulu ilə açar sözlərin yardımıyla axtarış etdikdə iddialardakı The Sovereign Independent adında İrlandiya qəzetinin 2011-ci il iyun ayındakı buraxılışını tapırıq. Qəzetin Sıfır karbonlu həll: İcbari peyvənd üsulu ilə əhalinin azaldılması” başlığında Bill Qeytsin, “Dünyada bugün 6.8 milyard insan var. Bunun 9 milyarda çatması gözlənilir. Əgər peyvəndlər və səhiyyə xidmətlərində ilərləsək, bunu bəlkə yüzdə 10-15 qədər azalda bilərik.” sözlərinə yer verilib.
Qeyts bu sözləri 2010-cu ildə TED çıxışında deyib. Qəzet isə 2011-ci il buraxılışında Qeytsin TED çıxışındakı sözləri xəbər olaraq hazırlayıb. Bill Qeytsin bu sözləri bir neçə dəfə gündəmə gəldi. İtalyadan olan bir deputat tərəfindən də gündəmə gətirilən sözlərin təhrif edildiyini başqa bir analizimizdə də açıqlamışdıq.
Qeyts əslində çıxışında karbon emissiyasının balanslaşmasından bəhs edərkən əhali və istifadə edilən enerji mövzusuna toxunur. Yüzdə 10-15 nisbətindəki azalma ifadəsini deyərkən isə insanların sayını yox, dünya əhalisinin artımını nəzərdə tutur. Qeytsin düşüncəsinə görə artım sürətini azaltmaq, karbon emissiyasını da azaldacaq. Yəni Qeytsin çıxışındakı sözlər təhrif edilərək şərh olunub.
Bill Qeytsin peyvənd vasitəsilə dünya əhalisini azaldacağı iddiaları da yeni deyil, pandemiya ilə birlikdə artan bu konspirasiya nəzəriyyələri uzun illərdir ki ortaya atılır. Lakin Bill Qeytsin peyvənd vasitəsilə insanları “öldürmək” kimi bir məqsədi olduğunu göstərən heç bir sübuta rast gəlinmir.
Bill Qetsə əsasən valiyendlərin daha çox uşağa sahib olmaq ehtiyacını azaltmaq uşaqların sağlam olması və yaşaması ilə mümkündür. Eləcə də Qeyts uşaq ölümlərini azaltmaq üçün peyvənd hazırlamağın vacib şərt olduğunu düşünür. Çünki uşaq ölümlərinin yüksək olduğu cəmiyyətlərdə əhali artımı da yüksək olur. Qeyts, əhali artımını azaltmağın yolunun uşaq ölümlərini azaltmaqdan keçdiyini 2009-cu ildə yayınladığı məktubda da dilə gətirib.
Uşaq ölümləri və əhali artımı arasındakı əlaqə elmi məqalərdə də müzakirə edilən bir mövzudur. 2050-ci ilə qədər xüsusilə inkişaf etməkdə olan ölkələrdə dünya əhalisinin iki qat artması gözlənilir. Bu vəziyyət bir çox problemi də bərabərində gəririr. Qeyts, əhali artım sürətini azaltmaq üçün uşaq ölümlərini peyvənd və səhiyyə sistemindəki yeniliklər ilə azaltmağa yönəlir. Əhali artım sürətini yavaşlatmaq, həyat şəraitinin yaxşılaşmasına da kömək edə bilər.
Bill Qeyts, peyvənd sayəsində uşaq ölümlərində baş verən azalmanın, dünya əhali artımını yavaşladacağını dəfələrlə dilə gətirib. Qeyts həyat xilas etmək üçün peyvəndlərə yönəldiyini də 2011-ci ildə açıqlayıb.