Peruda məhkəmənin Qeyts, Soros və Rokfelleri SARS-CoV-2 istehsalı ilə günahlandırdığı iddiası

Peruda məhkəmənin Qeyts, Soros və Rokfelleri SARS-CoV-2 istehsalı ilə günahlandırdığı iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Sosial şəbəkədə paylaşılan bəzi xəbərlərdə Peruda bir məhkəmənin Covid-19-a səbəb olan SARS-CoV-2-nin necə yayıldığına dair istintaq apardığı, istintaqın nəticəsində isə virusun Bill Qeyts , Corc Soros və Rokfeller tərəfindən istehsal edildiyinin ortaya çıxdığı iddia olundu.

Bəzi paylaşımlarda istintaqın Peru Ali Məhkəməsi tərəfindən başlandığı, bəzilərində isə mövzunu araşdıran hakimlər haqqında istintaq başlandığı ifadə olunub. Lakin bir çox paylaşımda Bill Qeyts və həyat yoldaşı Melina Qeytsin qurduğu qurumun insanları çipləmək üçün peyvənd hazırladığı iddiaları da yer alıb.

YouTube-da paylaşılan video isə bir çox Facebook qrupunda "HƏR KƏS PEYVƏND OLUNACAQ VƏ ÇİP QOYULARAQ İDARƏ OLUNACAQ" cümləsi ilə paylaşılıb.

peruda mahkemesi

Məhkəmə Covid-19-un istehsal edildiyinə dair qərar verməyib

Lakin Perudakı bir məhkəmə nə Covid-19-un necə yayıldığına dair istintaq başlatmayıb, nə də Bill Qeyts, Soros və Rokefellerin SARS-CoV-2-i istehsal etdiyi aşkarlanmayıb.

Mövzuyla bağlı açar sözlərlə axtarış edərək iddiaların qaynağının  Chincha və Pisco apelyasiya məhkəməsinin 21 dekabr 2020-ci il tarixində təqsirləndirilən bir şəxsin həbs müddətinin uzadılması ilə bağlı apelyasiya işində verdiyi qərar olduğunu görürük

Apelyasiya məhkəməsi ilə bağlı sənəddə, həbs müddətinin uzadılması pandemiya səbəbilə proseslərin uzanması ilə əlaqələndirilir.  Covid-19-dan bəhs olunan bu bənddə, ‘virusu Bill Qeyts, Soros və Rokfellerin istehsal etdiyi, pandemiyanı bu şəxslər xaricində heç kəsin təxmin edə bilməyəci’ ifadələrinə yer verilib. Lakin bu ifadələr istintaq, prokurorluq və ya ekspert ifadəsinə əsaslanmır. Rəylərdən ibarətdir.

Mətbuatda sürətlə yayılan həmin bənd aşağıdakı kimidir:

“...dünyaya hakim olan cinayətkar elitlərin istehsal etdiyi Covid-19 pandemiyası bütün ölkələrdə fəaliyyətlərin dayanmasına səbəb oldu, ortaya çıxacağı və gələcəkdə də davam edəcəyini heç kəs bilmirdi. Bu hadisə təxmin edilə bilməz bir xüsusiyyətə malikdir və təbii olaraq bütün fəaliyyətlərin dayanmasına səbəb oldu, bu hadisə sadəcə dünyadakı məhkəmələrin məhkəmə proseslərini deyil eyni zamanda iqtisadi, sosial və mədəni fəaliyyətlərə də təsir göstərdi və təsir göstərməyə də davam edəcək, ölkəmiz də daxil olmaqla bir çox yerdə məhdudiyyətlər tətbiq edilib. Bu səbəblə nə bir dünya höküməti, nə bir fiziki və ya hüquqi şəxs nə də təqsirləndirilən şəxsin müdafiəsi, Bill Qeyts, Soros və Rokefeller kimi öz mühitlərində və şirkətlərində gizli bir formada 2030 layihəsini idarə edən və idarə etməyə davam edən yeni dünya düzəninin yaradıcıları xaricində heç kəs bu pandemiyanın  ‘proqnozlaşdırıla biləcəyini’ iddia edə bilməz. Bu şərtlərdə, Covid-19 şübhəsiz ki ‘istintaqın və ya cinayət təqibinin gedişatına maneə törədən xüsusi bir çətinlik’ yaradır.”

Ali Məhkəmə istintaq başladıb

Həmin bənd bəzi xəbər saytlarında ali məhkəmə ilə əlaqələndirilərək paylaşılıb. Lakin Chincha və Pisco apelyasiya məhkəməsinin bu işinin sənədi ali məhkəmənin rəsmi səhifəsində yoxdur. Bu məhkəmə işinin ictimaiyyətə açıq olmadığını isə mövzunu ilk gündəmə gətirən vəkilin paylaşımlarına baxdıqda başa düşürük. Mövzunu ilk gündəmə gətirdiyi deyilən şəxs Miguel Pérez Arroyo adında Perudan olan bir vəkildir. Vəkilin  FacebookTwitter səhifələrində 9 yanvar 2021 tarixi etibarilə mövzu ilə bağlı paylaşımlar var, lakin məhkəmə qərarının hamıya açıq bir linki mövcud deyil. Şərhlərə baxdıqda isə vəkilin bu sənədi paylaşmağa icazəsi olmadığı anlaşılır. Vəkilin paylaşdığı səhifə də yuxarıda azərbaycan dilində tərcüməsini verdiyimiz və sadəcə mövzu ilə bağlı olan bənddir:

infolegal yazi paylasmasi

Hüquqi xəbərlər yayınlayan internet saytı InfoLegal da mövzu haqqında yazı paylaşıb. InfoLegal komandası, apelyasiya məhkəməsi hakimlərinin fikirlərini əks etdirən bəndin olduğu məhkəmə sənədində, məhkəmə işi ilə bağlı şəxsi məlumatların da olduğunu vurğulayıb. Bu səbəblə məhkəmədəki əlaqələri vasitəsilə qərar mətninin hamısını əldə edə bilsələr də qərarın sadəcə ictimaiyyət üçün faydalı olan uyğun hissələrini yayınladıqlarını bildiriblər. Hakimlərin rəylərini əks etdirən əlaqədar bəndi burada da görmək mümkündür. 

Mövzu gündəmə gəldikdən sonra Peru Ali Məhkəməsi (ODECMA) də 11 yanvar 2021 tarixində açıqlama yayınlayıb. Açıqlamada qərarı verən Chincha və Pisco məhkəməsindəki hakimlərlə bağlı istintaq başlandığı, qanun pozuntuları ilə bağlı dəlil toplanacağı ifadə edilib. 

peru ali mahkemesi yazi yayinlamasi

Covid-19 kiminsə tərəfindən istehsal edilməyib

Xəbərlərdə və sosial media paylaşımlarında yer alan iddia, bir məhkəmənin Covid-19-a səbəb olan virusun insan əli ilə istehsal olunduğu qərarına gəldiyi kimi əks etdirilib. Lakin Apelyasiya məhkəməsinin qarşısına gələn sənəd, virusun mənşəyi və ya pandemiya ilə bağlı deyil. Bundan əlavə məhkəmə qərarları dəlillərə əsaslanmalıdır.

Məhkəmə üzvlərinin əlaqəsiz bir məhkəmə işində pandemiyanın mənşəyi ilə bağlı şəxsi fikirlərini bəyan etmələri hüququ qüvvəyə malik olmadığı kimi qaydalara da uyğun deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatları və mövcud olan elmi araşdırmalar Covid-19-a səbəb olan virusun mənşəyinin təbiət olduğunu göstərir. Digər yandan virusun qaynağı üçün aparılan araşdırmalar hələ də davam edir. Lakin dəyərləndirilən ssenarilər arasında müəyyən şəxslərin virusu qəsdən istehsal etdiyi bir ssenari yoxdur. İnsan iştirakının ehtimal olunduğu ssenari isə virusun Çindəki bir P4 laboratoriyasından səhvən sızmış ola biləcəyinə əsaslanır lakin bu ssenari ilə bağlı da hər hansı dəlil əldə edilməyib. 

Faktlar

  • Perudakı heç bir məhkəmə koronavirusun mənşəyi ilə bağlı istintaq aparmayıb və qərar verməyib.
  • İddialardakı cümlələr, əlaqəsiz bir sənəddə məhkəmə prosesinin gecikməsinə pandemiyanın səbəb olduğu haqqındadır. Həmin bəndi yazan Chincha və Pisco apelyasiya məhkəməsinin üzvləri, qərarla əlaqəsi olmayan bu bənddə əlaqədar ifadələrdən istifadə edib.
  • Bu bənd hüququ qüvvəyə malik olmadığı kimi qaydalara da uyğun deyil. Bu səbəblə məhkəmə üzvləri ilə bağlı istintaq başlanıb.
  • Covid-19-a səbəb olan virusun insan əli ilə qəsdən istehsal edildiyini göstərən heç bir fakt yoxdur. Lakin qaynağının təbiət olduğunu göstərən bir çox sübut mövcuddur.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
covid 19