Yayın Prinsipləri

Əsas Prinsiplər və Təriflər

Rəsmi ad: Teyit. Veb sayt linki, tələb olunan hallarda mötərizə içərisində istifadə olunur.

Teyit (teyit.org), internetdəki məlumatları tədqiq edərək, şübhəli olanları seçir, araşdırır və nəticəsini oxuyucularla paylaşır. Məqsəd, tənqidçi düşüncə vərdişlərini yaymaq və rəqəmsal media ilə bağlı bilik və bacarıqları inkişaf etdirməkdir.

Teyit-in şübhəli olaraq təsnif etdiyi məlumatlar bunlardır: Fövqəltəbii və ya qeyri-real, ya da insan zəkasının təsir dairəsi xaricində olan, dəlillərə və şahidlərə istinad etməyən, həqiqət ola bilməyəcək qədər müəmmalı, iddia edilən yerdə və zamanda reallaşmağı mümkün olmayan, hisslərə xitab edərək təsir göstərməyə çalışdığı açıq aydın görünən, vəziyyəti kontekstdən çıxararaq təşviş yaratmaq və şişirmək məqsədi güdən, fərqli şahidlərin fərqli şəkildə şərh etdiyi məlumatlar şübhəli məlumat olaraq təsnif edilə bilər.

Teyit, bir xəbər saytı deyil, xəbər yoxlama saytıdır.Yoxlama hər xəbər saytı üçün vacib bir element olsa da, Teyitin əsas vəzifəsidir. Teyit bir mövzunu sadəcə,

  • Xəbər saytlarından fərqli dəlil və yoxlama üsuluna sahib olduğu halda,
  • Xəbər saytlarının hazırlamadığı və istifadəçilər tərəfindən hazırlanan məzmunlar viral xarakter daşımağa başladığı halda,
  • Keçmiş iddianın üzərindəki ləkə ortadan qalxmadığı təqdirdə və fərqli zamanlarda yenidən ortaya çıxdığı halda,
  • Həqiqət olmağına baxmayaraq haqqında “yanlış” olduğuna dair məlumatlar mövcud olduğu halda tədqiq edəcək və dərc edəcəkdir.

Teyit, “yalan xəbər” başlıqlı məzmunları yaradan şəxslərin motivasiyasını sorğulayan və ya təxmin edən ifadələrə müraciət etmir. Şübhəli bir məlumatın yanlış olduğu dəlillərlə ortaya qoyulduğu zaman, bu məzmun “yanlış məlumat” olara təsnif edilir. Yanlış məlumatın dezinformasiya məqsədilə yayıldığını müəyyənləşdirmək Teyit üçün prioritet məsələ deyildir.

Yayın Prinsipləri

Yayın prinsipləri, qurumun missiyası və müstəqil jurnalistika prinsipləri ilə birlikdə, Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin prinsipləri ilə uyğun gəlməlidir.

1. Etik Prinsiplər

Teyit üçün prioritet məsələ sürət deyil, keyfiyyətdir. Kafi və keyfiyyətli sübutlara sahib olmayan məzmunlar dərc edilməməkdədir. Teyit üçün nəyin xəbər olaraq təsnif edilməsinə redaktor komandası qərar verir. Lakin dəlillər üçün qoyulan tələblər sabitdir.

Teyit tərəfindən analiz edilən və dəyərləndirilən bütün məlumat və sübutlar ictimai, əlçatan ve anlaşıqlı mənbələrdən əldə edilir. Şərh ve izah ilə nəticəyə gəlinmir.

Bir qayda olaraq gizli mənbələrdən məlumat və şərh alınmır. Mənbələrə kimliklərinin gizli qalacağına dair söz verilmir.

Ad, şəkil və təqsirsizlik prezumpsiyasına maksimum diqqət göstərilməktədir. Şəxsi həyatın gizliliyini tapdalayan, şübhəli xəbərlər tədqiq edilmir, yayınlanmır. “Hamıya açıq” olaraq paylaşılmayan sosial şəbəkə yazıları, sosial şəbəkələrdə şərh yazan şəxslərin adları və profil şəkilləri yayınlanmır, şəxslərin sosial şəbəkədəki gizlilik seçimlərinə hörmətlə yanaşılır.

Məhkəmə işləri, polisin təqibinə ehtiyac duyan prosedurlar, toplanması sadəcə polisin səlahiyyətində olan dəlillər nəzərə alınmır.

Məhkəmə prosesinə ehtiyac duyan, hökm verilənə qədər şübhəli qalacaq olan, dəlillərinin toplanması sadəcə məhkəmə qərarı ilə mümkün olan xəbərlər nəzərə alınmır.

Toplanması sadəcə kəşfiyyat fəaliyyətləri ilə mümkün olan dəlillər və dövlətlərin gizli fəaliyyətlərindən xəbərdar olmadan aydınlaşdırılması mümkün olmayan hadisələr nəzərə alınmır.

Silahlı təşkilatlara faydası olan məzmunlar yayınlanmır, təbliğatların yayılmağına icazə verilmir.

Nifrət nitqinin nifrət cinayətinə çevrilmə ehtimalı olduqda təmkinli hərəkət edilir, nifrəti böyüdəcək yayınlar dərc edilmir.

Şahidlərlə keçirilən görüşlərdə, şəxslərin hissləri və psixoloji faktorlar nəzərə alınır. Şahidə travmatik hadisələri xatırladan suallar verilmir.

Məlumat almağa çalışarkən hadisə yerindəki şahidlərə mövcud risklər barəsində xəbərdarlıq edilir, təhlükəsizlik barəsində narahat olan şəxslər məcbur edilmir.

Böhran vaxtlarında yanlış məlumatın yayılmasına olan meyl artdığı üçün, insani böhranların qarşısını almaq və günahsız insanların təsirlənməyinə mane olmaq üçün normal iş qaydalarının xaricinə çıxmaq mümkündür. Belə hallarda daha diqqətli olmaq lazımdır. Böhran zamanı üzə çıxan “doğru” fotolar və videolara aid şübhə yaranmadığı təqdirdə yayınlanmır. Burada “Xəbər saytı olmamaq” kriteriyalarına uyğun hərəkət edilir.

Teyit üçün prioritet məsələ iş deyil, insandır. Teyitə işləyən şəxslərin rifahı üçün lazımi qayğı göstərilir, qanunla müəyyən edilmiş hüquqlara və şəxsi hüquqlara hörmət edilir.

Teyitə aid hər hansı bir məzmunda irqçi, cinsiyyətçi, homofob, cəmiyyətin müəyyən bir qismini alçaldan, qərəzli münasibəti gücləndirən və ya yenidən üzə çıxaran, hədəf göstərən, nifrət nitqi mənasına gələn ifadələrdən istifadə elimir. İşçilər bu mövzuda bir-birinə və oxuyucuya qarşı məsuliyyət daşıyırlar.

Həssas və dezavantajlı qruplar ilə bağlı yanlış xəbərlər yoxlanıldıqda geniş yayılması və vaciblik kriteryaları, əhəmiyyət lehinə göz ardı edilə bilər.

Etnik, dini və milli kimlik və simvollarla bağlı ifadələrdə konstitusiya ilə müəyyən olunmuş çərçivələrə riayət edilir.

Yaşı 18-dən aşağı olan mənbələrdən valideynlərinin və ya qəyyumlarının icazəsi və müşaiyəti olmadan rəy və məlumat alınmır.

Yaşı 18-dən aşağı olan uşaqların qurban qismində təqdim edildiyi məzmunlarda, iddianı təkrarlamaq məcburiyyəti yaranan hallar istisna olmaqla, cinsiyyət qeyd edilmir. (Məsələn, “səkkiz yaşındaki bir qız uşağının istismara uğradığı iddiası” yerinə “səkkiz yaşındaki uşağın istismara uğradığı iddiası”)

İddia mətnləri, səs və ya görüntülərdə istifadə edilən orijinal ifadələr, Teyitin yayın prinsiplərinə uyğun gəlməsə belə dəyiştirilmədən qala bilər.

2. Açıqlıq və hesabatlılıq

Müəyyən edilən bütün şübhəli məlumatlara və ya şübhəli olduğu deyilən xəbərlərin hamısına eyni üsullarla yanaşılır və eyni alətlərdən istifədə edilərək tədqiq edilir.

Redaktorlar tərəfindən araşdırılması planlanan şübhəli məlumatlar, ixtiyari olaraq deyil, əhəmiyyət, geniş yayılma (virallıq) və zərurət kriteriyalarına görə seçilir.

Teyitdə yayınlanan analizlərdə tədqiqat prosedurunun bütün mərhələləri və dəlillər açıq aydın göstərilir.

Materialda edilən düzəlişlər və yeniləmələr açıq bir şəkildə bildirilir.

Teyit tərəfindən yayınlanan bir material İnformasiya Texnologiyaları və Rabitə Qurumu yolu ilə bloklandığı zaman, vəziyyət müvafiq məhkəmə qərarı ilə birlikdə və eyni başlıqla oxuyucuya çatdırılır.

Teyit işçilərinin və idarə heyətinin hər birinin kimliyi ictimaiyyətə açıqdır. İşçilər quruma maraq ifadəsi bəyan edirlər.

Teyitin maliyyə resursları veb sayt üzərindən ictimaiyyətə açıqdır. Teyitdə yerləşdirilən analizlərin və ya yayınlanan məqalələrin heç birində, fond ayıran qurumların təsiri ola bilməz. Teyitin məzmun siyasətinə və ya metodologiyasına dair müdaxilə təşəbbüslərinə yol verilmir. Potensial bir müdaxilə təşəbbüsündə qurum ilə əlaqə sonlandırılır və bu məlumat oxuyucu ilə paylaşılır.

3. Müstəqillik və Tərəfsizlik

Teyit hər hansı bir siyasi müzakirənin tərəfi olmadan, məlumatlara aid edilə bilən həqiqətləri təqdim edir.

Bildiriş sisteminin sifariş sisteminə çevrilməməyinə yüksək səviyyədə nəzarət edilir. Bildiriş yönləndirən şəxs və ya qurumun, komandanı şübhəli infirmasiya ilə bağlı məlumatlandırdığı yanaşması ilə qəbul edilərək işə başlanılır. Üçüncü şəxs və qurumların analiz sifariş etmələri, öz mənafelərini güdən analizləri yazmaq üçün təzyiq göstərmələri kimi hallara qəti surətdə yol verilmir. İctimaiyyətin maraqlarına hörmət edilir.

Teyitdə plüralizmə və fərqli dünya görüşlərinə hörmət edilir. Lakin hər hansı bir mövqeyin görülən işə təsir etməsinə icazə verilmir.

Həssas və dezavantajlı qrupların prioritet halına gətirilməsi, tərəfsizliyin pozulmağı kimi qələmə verilməməlidir.

Bir qurum olaraq Teyit və ya bir Teyit işçisi, müəyyən bir şəxs, qurum, siyasi partiya, qrup və ya maraq dairəsi lehinə və ya əleyhinə olan bir yayın siyasəti güdmür. Bütün tərəflərə bərabər məsafədə, ədalətli, açıq və partiyaların fövqündə olan bir münasibət mənimsəyir. Bu prinsip materialın hazırlanmasının bütün mərhələlərində nəzərə alınır.

Teyit işçiləri hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, seçki kampaniyalarında iştirak edə bilməz. İşçilər şəxsi sosial şəbəkə hesabları və ya bloqlarında yayım prinsipləri və redaksiya müstəqilliyi ilə zidd olan açıqlama və bəyanatlar yaya bilməz.

Teyit hər hansı bir ölkə, din, dil, irq, toplum və ya etnik mənsubiyyət ya da bir ideologiya ilə əlaqəli olduğu bilinən söz və ifadələr yerinə, xəbər əxlaqı və tərəfsizlik səbəbi ilə seçilən tərəfsiz və laqeyd ifadələri seçir. (Məsələn, “terrorist” yerinə “təşkilat üzvü”, “şəhid oldu” yerinə “vəfat etdi” və ya “qətlə yetirildi”.)

Şəxslərin siyasi meyllərinin, maraqların toqquşmasının və ya qərəzin sübutlara xələl gətirəcəyi hesab edilir. Bu səbəbdən ekspertlərlə keçirilən görüşlər dəlil deyil, dəlilləri təsdiq edən görüşlər olaraq nəzərə alınır. Xəbərin və ya hadisənin mənbəyi və ya şahidi ilə keçirilən görüşlər də birbaşa dəlil sayılmır və dəlilin təsdiqlənməsi üçün bir alət olaraq görülür.

Şahidlər və ekspertlərlə keçirilən görüşlər, redaktorların həqiqi kimlikləri ilə yerinə yetirilir. Ləqəb və ya təxəllüs istifadə edilmir, anonim görüş keçirilmir.

Teyit qurumla əlaqədar bir vəzifə səbəbi ilə yaranan səyahət, yaşayış və digər xərcləri qarşılayır. Redaksiya məcburiyyəti olmadığı müddətcə üçüncü tərəflər hər hansı bir Teyit işçisi ilə maddi münasibət qura bilməz.

4. Yeniləmə, Düzəltmə, Üzr

Teyit üçün ən vacib şey informasiyanın, xəbərlərin və ya şəkillərin yanlış formada yayılmasının qarşısını alarkən, həm də xəbərləri internetdən oxuyan bütün istifadəçilər üçün həqiqətlərin arxasından getməyin və tənqidi düşüncə refleksini inkişaf etdirməyin vərdiş halını almasını təmin etməkdir. Bu müddətdə analiz yeni sübutlar ilə yenilənə bilər və ya Teyitin əlindəki datalar xətalara yol açmış ola bilər. Analiz üzərində hər hansı bir dəyişiklik edildiyi halda bunu Teyitin yazdığı analizləri görən hər kəsin görməsi təmin edilir. Maddi və sadə səhvlərin düzəlişi bu başlıqdan kənardadır.

Yayınlanan analizə dair yeni bir data ortaya çıxıbsa və analizin bu yeni konkret datalar çərçivəsində yenilənməsi vacibdirsə bu yenilənmə elan edilir. Yenilənmələr analizin ən alt hissəsində, hansı tarix və saatda edildiyi və analizdə nəyin dəyişdirildiyi açıqlanaraq bildirilir. Yenilənmələr sosial şəbəkədə elan edilmir.

Yazılan bir analizlə əlaqədar bir səhv olduğundan şübhə edilirsə araşdırma müddəti yenidən başladılır. Araşdırma tələbi oxuculardan gəlibsə mənbə tələb edilir. Araşdırma müddətində yenə mənbələrin açıqlığı prinsipi izlənir. Səhv aşkarlanıbsa analizin ən alt hissəsində hansı tarix və saatda düzəliş edildiyi məlumatı verilir.

Edilən səhv əgər analizin nəticəsini dəyişdirə biləcək və ya bir şəxs & quruma təsir edə biləcək haldadırsa düzəliş ilə birlikdə sosial şəbəkələrdə də üzr istənilir. Üzrün xarakteriskasına isə əlaqadar redaktor qərar verir.

Düzəliş zamanı nəticəsinin dəyişdirilməsi vacib olan analizlərin ilk versiyasının istifadəçilərə çatdırılma sayı ilə bərabər olana qədər yayılmasına davam etdirilir.

Əgər edilən düzəlişin üzərinə yenidən bir yeniləmə və ya düzəliş edilməlidirsə eyni mərhələlər təkrarlanır.

Teyitin bir analizi, qanuni yollar ilə təkzib edildikdə düzəliş siyasəti həyata keçirilir. Səhv aşkarlanırsa təkzib yayınlanır və məzmun bir açıqlama ilə silinir.

5. Hüquqi məsuliyyət və hüquqi müdafiə vasitələrindən istifadə

Teyitin hüquq və maliyyə məsələləri üzrə məsul şəxsi, Teyit Medya A.Ş. adına Mehmet Atakan Foçadır. Teyit hər hansı bir redaktorunun işi ilə əlaqədar olaraq rast gələ biləcəyi hüquqi proseslərə tərəf olur, hüquqi xərcləri qarşılayır.

Hazırlanan materiallar mənbə göstərilmədən istifadə edildiyi təqdirdə, əvvəlcə xəbərdarlıq edilir, ardından məhkəmə qərarı ilə silmək üsuluna müraciət edilir.

Xoş niyyətliliyinə şübhə edilən yaxud bu sahəyə zərər vermək ehtimalı olduğu anlaşılan klon yayınlara qarşı hüquqi tədbirlər görülür.

Redaksiya Qaydaları

Redaksiya qaydaları qurumun missiyası və yayın prinsipləri ilə tərs düşə bilməz. Məqsəd ictimaiyyətin doğru məlumat əldə etməsidir. Redaksiya qərarları, redaksiya komandası tərəfindən ortaq şəkildə verilir. Şirkət və dərnəyin idarə heyəti, əməkdaşları, investorları, maliyyələşdirənlər ya da idarəetmə işlərini həyata keçirən komanda redaksiya proseslerində qərar verici rol daşımır.

1. Metodologiya

Birdən çox mərhələdən ibarət olan hazırlanma prosesi belə olur:

A. AXTARIŞ

İş, şübhəli xəbərlərin tədqiqi ilə başlayır. Burada ən böyük kömək edən tərəflər izləyicilərdir. İnternetdə qarşılaşdıqları məlumatın doğruluğundan əmin olmayan istifadəçilər Facebook, Twitter, WhatsApp və e-poçta vasitəsi ilə Teyitə günlük orta hesabla 32 unikal şübhəli məlumat yollayır (2019-cu ilin oktyabrından etibarən). Bunlara “bildiriş” deyirik.

Sosial medıada və WhatsApp bildiiriş kanallarından göndərilən şübhəli məlumatlarla birlikdə redaktorlar hər gün ettikləri internet axtarıyışı ilə tapdıqları şübhəli məlumatları da yığır. Köşə yazarları üçün Qoshe, günlük qəzetlər üçün Medyatakip və Interpress, Twitter üçün Tweetdeck, xəbər saytları, trol hesablar və siyasilərin hesabları, Facebook üçün şübhəli xəbər siyahıları ilə xəbər saytları, virallıq təsbiti üçün Crowdtange başda olmaqla geniş yayıldığını ölçmək üçün istifadə edilən məlum vasitələr istifadə edilir.

Yığılan bütün şübhəli məlumatlar “Dubito” adını verdiyimiz bir paneldə toplanır. Beləcə bir tək səhifədə bütün iddialar tərtib edilir və idarə edilə bilir.

B. SEÇMƏK VƏ PRİORİTETLƏŞDİRMƏ

Yığılan iddiaların arasında vaxtı səmərəli istifadə edə bilmək baxımından seçim edə bilmək üçün üç kriteryalı bir prioritetləşdirmədə tətbiq edilir.

Əvvəlcə iddianın məlumatlara və konkret dəlillərə əsaslanaraq yoxlana bilən olub olmadığına nəzarət edilir. İki nəfərin yaxud bir qrupun aralarında danışdıqları iddia edilən və danışıq zamanı orada olmadıqca doğru olub olmadığının təsbiti mümkün olmayan mövzular, o şəxslər əlçatan olsa belə iddia araşdırmaya başlanılmır. Gələcəyə dair təxminlər və iddialar ilə reallaşmağı gözlənilən hadisələrə dair fərziyyələr də araşdırılabilən deyil.

Şəxslər arası danışıqlar, şərhlər, fərziyyələr və yaxud gələcək ilə bağlı təxminləri özündə ehtiva edən iddialar ilə izlənilə bilməyəcək qədər keçmiş tarixdə baş vermiş hadisələr bu mərhələdə ləğv edilir. İddia yoxlana bilən deyilsə bir daha baxmamaq üzrə çıxarılır.

Yoxlana bilən iddialar arasında normal vaxtlarda önəm və virallıq, böhran vaxtlarında isə təcililik kriteriyalarına görə seçim edilir. Kriteriyalar geniş yayılmamış bir məzmunun hazırlanmayacağı mənasına gəlmir. Kriteriyalar birdən çox iş arasında ən çox yayılmış olanın prioritetə çevirmək üçündür.

Virallıq: İnternet istifadəçilərinin gündəmində olmağı, müəyyən bir səviyyənin üzərində paylaşılmağı. Virallıq kriteriyası şübhəli xəbərin yayıldığı sosial şəbəyə görə fərqlilik göstərə bilər.

Əhəmiyyət: Fərdlər, cəmiyyətlər, qruplar, sistemlər, haqlar və ya demoktratiyanın təsirlənməyinə səbəb ola biləcək məzmuna sahib olmağı.

Təcililik: İctimai həssaslıq, qəzəb və qorxunun yüksəldiyi böhran anlarında ortaya çıxan, viral olmasa belə təcili surətdə yoxlanmalı olan məzmunlar. (Böhran anı: İctimai həssaslığın artdığı, travmatik hadisələrin yaşandığı, cəmiyyətdə qütbləşmənin yaşandığı, hadisələrə bağlı nifrət nitqinin artdığı zamanlar, seçki zamanları, sistem dəyişiklikləri, təbii və insani fəlakətlər)

İddia bu kriteriyaları qarşılayırsa, yoxlamanı kimin aparacağı müəyyən edildikdən sonra araşdırma başlayır.Prioritetləşdirmə kriteriyaları xaricində qalanlar arxivə əlavə edilir və zaman keçdikcə, yayın kriteriyalarını qarşılamağa başladıqları təqdirdə yenidən nəzərə alına alınır.

C. ARAŞDIRMA VƏ SÜBUTLAR

Bu sübutlar yoxlana bilən və bütün istifadəçilərin isitfadəsinə açıq olan mənbələrdən əldə edilmiş olmalıdır. Sübutlar bir-birini də təsdiqləməli, aralarında uyğunsuzluq olmamalıdır. Daha sonra analizin yazılması mərhələsinə keçid edilir.

Teyit sübutları, ictimaiyətə açıq olmağı və dəqiq olmağı kriteriyalarına görə aşağıdaki sıralama qaydası ilə qiymətləndirir:

  • Rəqəmsal yollarla əldə edilə bilən açıq məlumatlar
  • Konkret və rəsmi sənədlər
  • Konkret və qeyri rəsmi sənədlər
  • Müəyyən bir mövzuya dair brinci tərəflərin rəyi (Özü, birinci dərəcəli qohumu, vəkili və s.)
  • Ekspert rəyləri

İnternet üzərində bir link ilə keçid edilən mənbə və sübutlar, bağlantıların itməsi və ya dəyişməsi hallarına qarşı hazırki vəziyyətini qorumaq üçün “teyit.link” sistemi və ya “archive.is” üzərində arxivləşdirmə prosesi yerinə yetirilir və bu bağlantılar analizə əlavə edilir.Bağlantı ilə keçid etməyə imkan verməyən sübutların görüntülərinə üstünlük verilir. Arxivləşdirilmiş mənbə linkləri analiz mətni daxilindəki uyğun kəlimələr və ya cümlələrə əlavə edilir.

İddianın doğru olduğunu deyə biləcək tək yer şəxsin özü və ya qurumdursa, konkret sənəd və ya sübut tələb edilir. Mövzunun sənədləşdirilməyi mümkün deyilsə, yeganə mənbə şəxsin özüdürsə, sübut barəsində daha yumşaq davranmaq mümkündür. Daha sonra ikinci sübut üçün araşdırma aparılır.

Məlumatın doğru və ya yanlış olduğunu araşdırmaq üçün istifadə edilən rəqəmsal alətlərdən əlavə mümkün olan bütün mənbələrə müraciət edərək xəbərin doğru və ya yanlış olduğunu müəyyən etmək üçün səy göstərilir.

Analizdə müəyyən edilən bütün dəlillər “mənbələr” adlı bir bölümdə hər kəsin istifadə edə biləcəyi bir şəkildə yerləşdirilir. Bu sayədə oxuyucunun məlumatın doğru olduğunu yoxlaya bilməyi üçün lazım olan məlumatlara çatmağı asanlaşdırılır, təsdiqləmə prosesini izləyə bilməyi, əksik və xətaları müəyyən edə bilməyi üçün şərait yaradılır.

Bütün mənbəllərin orijinal linkləri, mənbənin adı və mənbənin yayın tarixi bu bölümə yerləşdirilir. (Məsələn, mənbə səhifənin adı, mənbə linkin içindəki məlumatın xülasəsi, tarix)

Tərcümə edilən və ya fərqli bir yayın qurumundan alınan mətnlərdə, mətnin yayınlandığı orijinal səhifə və müəllifin adı mənbələrdə göstərilməlidir. Tərcüməni edən şəxsin adı ilə üz qabığında istifadə edilən təsvirin müəllifi də bu bölümə əlavə edilir. (Məsələn, mətnin orijinal halını yayınlayan saytın adı, orijinal mətnin başlığı, mətnin müəllifinin adı)

Əgər yazı başqa bir sayt tərəfindən Azərbaycan dilində hazırlanıbsa mənbə aşağıdaki kimi göstərilir:Mətnin orijinal halını yayınlayan saytın adı, orijinal mətnin başlığı, mətnin müəllifinin adı, tərcümə edən saytın adı, tərcümə edən şəxsin adı.

D. YAZILMA

Teyitdə yayınlanmalı olan analizlərdə ictimaiyyətin məlumat almaq hüququ əsas alınaraq, müəyyən edilmiş struktura riayət edilir. Aldadıcı olan ve məlumatı gizlədərək çatımlılığı artırmaq məqsədi daşıyan üsullardan uzaq durulur. Axış, hadisə əsasında lazım olduğu halda dəyişdirilə bilər və qaydalar aşağıdaki şəkildədir:

  • Başlıq: Başlıqda iddia, iddianın doğru və ya yanlış olduğu açıq bir şəkildə ifadə edilir.
  • İddia və nəticə: Bütün iddia açıq və anlaşıqlı bir şəkildə tək bir cümlə ilə ifadə edilir. Analizin nəticəsi bu qutuda göstərilir.
  • Faktlarla xülasə: Analizdə gəlinən nəticə, maddələrlə xülasə şəklində ifadə edilir.
  • İddianın mənbəsi və nə qədər yayıldığı: Bu bölümdə iddianın mənbəsi ortaya qoyulur və doğru məlumat üçün yaratdığı təhlükə rəqəmlərlə ifadə edilir.
  • Varsa, iddianın keçmişi: İddia ilk dəfə irəli sürülmürsə, arxa plandakı hadisələrdən bəhs edilir.
  • Analiz: Nəticənin necə əldə olunmağı, addım addım və bütün dəlillərlə birlikdə analiz edilir.
  • Varsa mövzunun arxa planı: Əgər iddiadan müstəqil olaraq mövzunun özü uzun müddətdir gündəmdədirsə arxa plandan bəhs edilir.
  • Yanlış məlumat növü və səbəbi: Analizdə, məlumatın yanlış olduğu sübuta yetirilibsə, hansı məlumat növünə aid olduğu, analizin niyə edildiyi və açıqlama paylaşılır.

E. YAYIN

Daxili fakt yoxlama proseslərinə uyğun olaraq, toplanmış mənbələr və hazırlanan analizlər, analizi yazan yazardan əlavə ən azı iki redaktor tərəfindən oxunaraq yoxlanılmalıdır. Bu yoxlama iki mərhələdən ibarətdir. İlk mərhələdə sübutların yoxlanışı, sübutların doğruluğunun yoxlanışı, sübutların uyğunluğunun yoxlanışı edilir. İkinci mərhələdə, ifadənin sadəliyinə, əks təsir effektini ən aza endirəcək formada ifadənin hazırlanıb hazırlanmadığına və imlasına baxılır.

Analizdəki sübutların doğru olmadığı, mənbələrin etibarlı olmadığı və ya sübutların bir-birini təsdiqləmədiyi aşkarlanarsa analiz yayınlanmaz lakin istifadəçilərə açıqlanar.

Əldə olunan məlumatlar ilə araşdırılan iddiaya dair dörd fərqli kateqoriyada nəticə əldə olunar:

  • Doğru: Araşdırılan iddianın doğru olduğuna dair məlumatlar əldə edilib.
  • Yanlış: Araşdırılan iddianın yanlış olduğuna dair məlumatlar əldə edilib.
  • Qarışıq: Araşdırılan birdən çox teoriyanın həm doğru həm də yanlış (və ya həm doğru, həm qeyri-müəyyən və ya həm yanlış həm də qeyri-müəyyən) məlumatları ehtiva etdiyinə dair məlumatlar əldə edilib.
  • Nəticələndirilə bilmədi: Əldə olunan sübutlar iddianı doğru, yanlış və yaxud qarışıq olaraq işarələmək üçün yetərli olmayıbdır.

F. CAVAB HAQQI

Yanlış məlumat yaydığı müəyyən edilən şəxs və ya qurum, cavab haqqından istifadə edə bilər. Cavab haqqı üçün müraciət [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciəti edən şəxsin mənbədə göstərilən şəxs və ya qurum ilə eyni olduğundan əmin olmaq üçün iki addımlı yoxlama üsulundan istifadə edilir.

Müraciət qiymətləndirildikdən sonra, cavab ilə bağlı mətn redaktorun lazım gördüyü formada qiymətləndirilir.

G. TƏSİR İZLƏMƏ

Analiz yayınlandıqdan və sosial şəbəkələr yolu ilə istifadəçilərə təqdim edildikdən sonra, yanlış bilgini yayan sosial şəbəkə hesabları və xəbər saytları müntəzəm olaraq yoxlanılır.

H. İFADƏ QAYDALARI

Teyitdə yayınlanması planlanan məzmunlarda ictimaiyyətin məlumat əldə etmə haqqına əsasən açıq və sadə bir ifadə texnikasına əl atılır.

Teyit istifadə etdiyi termin, ifadə, sifət və təriflərdə ictimaiyyətin üstünlük verdiyi ifadələrə sadiq qalmaq məcburiyyətində deyil. Bu ifadələri yayın prinsipləri və xəbərçilik anlayışı çərçivəsində fərqli istifadə etməyi seçə bilər.

Mətndə açıqlıq və anlaşıqlıq əsas götürülür, mətn mümkün olduqca qısa və konkret saxlanmağa çalışılır. Uzun və qarışıq cümlələrdən, çox yayılmamış və ya alınma ifadələrdən, akademik və terminoloji ifadədən məcbur qalmadıqca istifadə edilmir. Məcburi hallarda bu ifadələrin mətn və ya mörtərizə içərisində açıqlaması verilir.

İfadə edərkən rəsmi dil istifadə edilmir, cümlələr mümkün olduqca sadə keçmiş, indiki, gələcək zaman formalarında qurulur. (Məsələn; “edilməkdədir” yerinə “edilir”, “yazılacaqdır” yerinə “yazılacaq”.)

Bütün cəmiyyəti və ya müəyyən bir hissəsini təhrik edən, dramatik, həssas, travmatik, şişirdilmiş ifadələr istifadə edilərkən maksimum dərəcədə diqqətli davranılır. Bu ifadələrin soyuqqanlı və məsafəli alternativlərinə üstünlük verilir. (Məsələn; qətliam, təcavüz, şəhid, terrorçu, vətən, namus kimi ifadələr)

İfadə edərkən ədəbsiz və ya sərt ifadələrdən uzaq durulur. Xəbərin məzmunu və mənbəsi nə olursa olsun eyni ciddilik və mətanətlə təhlil edilir, qələmə alınır.

Uşaq və ya böyüklər, bəzi şəxsləri narahat etmə ehtimalı olan, şiddət və ya dəhşət ehtiva edən vizual materialların olduğu məzmunların yuxarısında “Diqqət: Həssas Görüntü Mövcuddur” yazılır.

2. Yazı Qaydaları

Teyit bir qayda olaraq Azərbaycan Dil Qurumunun yazı qaydalarını izləyir. Müəlliflər, çətinlik çətdiyi yerlərdə Dil Qurumunun yazı bələdçisinə və internet saytına baxır. Teyit, qurumun mənimsədiyi qaydaları lazım gördüyü təqdirdə və müəyyən bir tutarlılıq içərisində dəyişdirə bilər.

Paraqraf içərisində şəxslərin rəyləri və ya uzun sitatlar birinci ağızdan iki dırnaq içərisində və italik olaraq, ikinci ağızdan isə sadə mətn olaraq yazılır.

Analiz içərisində oxuyucunun qarışdıqma ehtimalı olduğu, diqqət çəkmək istənilən hissələr qalın şrift ilə yazılır.

Teyit bəzi ifadələrin daha asan başa düşülməsi üçün yanlış versiyası doğru versiyasının yerinə keçmiş olan ifadələri işlədə bilər. Burada kriteriya doğru ifadənin nadir olması və mətni zorlamasıdır.

Məcburi hallar olmadıqca, başlıq və ara başlıqlar da daxil olmaqla böyük hərf və həddindən artıq punktuasiyadan istifadə edilmir. (Məsələn, “milli məclisin gündəmi” , “sabiq prezident”)

Fərqli mənşəyə sahib olan sinonim kəlimələrdən əgər hər ikisi də istifadəsinə görə bərabər şəkildə yayılıbsa milli sözlərə üstünlük verilir. (Məsələn, həştad yerinə səksən) Əgər bu sözlər bəbabər şəkildə yayılmayıbsa ən çox yayılmış olan seçilir. Bu qayda ifadəyə zənginlik qatmaq və ya təkrara yol verməmək üçün dəyişdirilə bilər.

Redaksiya Necə İşləyir?

Redaksiya Necə İşləyir

Rəqəmsal Media Prinsipləri

1. Məcralar

Sosial şəbəkələri istifadə etməkdəki məqsəd, istifadəçilərə doğru məlumatı çatdırmaq və mümkün olduğu qəqər yaymaqdır.

Şübhəli xəbərlərin hazırlandığı və yayıldığı, hədəf qrupun olduğu, lazımi və idarə edilə bilən məcralara üstünlük verilir.

Teyit beş sosial şəbəkə platformasında yayın edir. (Twitter, Facebook, Instagram, YouTube, LinkedIn) Bundan başqa Twitter və Facebook-dan gələn bildirişlərin cavablandırılması üçün nəzərdə tutulan Dubito proqramı mövcuddur. Bu platformalara, yayılma və zərurət kriteriyalarına görə yeniləri əlavə edilə bilər.

Bu platformaların hər birində Teyitin tətbiq etdiyi strategiyalar və məzmun ifadəsi fərqli ola bilər. Lakin ümumi prinsiplər bütün platformalar üçün dəyişməzdir.

2. Ümumi Prinsiplər

Sosial şəbəkə materiallarında istifadə edilən dil və ifadə Teyitin yayın prinsipləri və orfoqrafiya qaydaları ilə uyğun olmalıdır.

Teyit sosial şəbəkə platformaları üçün hazırladığı mətnlərdə sadə və açıq bir ifadə tərzindən istifadə edir. Klik tələsindən uzaq durur.

Teyit sosial şəbəkə platformaları üçün hazırladığı informasiya vizuallaşdırmaları və qrafiklərdə açıq və sadə bir ifadə tərzindən istifadə edir. Təsvirlərin paylaşılması üçün istifadə edilən mətnlər diqqət dağıdıcı deyil, izahlı və anlaşıqlı olması üçün xüsusi diqqət yetirilir.

Təsvir istifadə edildiyi zaman (məcraya uyğun şəkildə) istifadəçilərin xəbərlə rastlaşdıqları və şübhəli xəbəri xatırladan təsvirlərə üstünlük verilir. Bu, istifadəçinin təkrarən gördüyü zaman təsvirin doğru olub olmadığını rahatlıqla müəyyən edə bilməyi məqsədi daşıyır.

İstifadəçinin əlaqə adresinə yönəlməsə belə ən vacib məlumatı alması prinsipi əsas götürülür. İstifadəçinin zehnindəki sualları ortadan qaldırmaq məqsədinə ən uyğun formada mətn hazırlanır.

3. Qarşılıqlı Əlaqə Prinsipləri

Teyit istifadəçilərlə ünsiyyət qurmağa üstünlük verir. Yönləndirilən sualları cavablandırır, çatışmayan məlumatları tamamlamağa çalışır. Lakin oxuyucu ilə müzakirə və polemika aparmamağa diqqət edir. İki tərəfli, yaxud çox tərəfli qarşıdurmalardan uzaq durur.

Teyit sosial şəbəkə istifadəçiləri ilə ünsiyyətdə ayrı-seçkilik, təhqir, alçaltma kimi üsullara əl atmır. Bu cür vəziyyətlərin yaranmasına şərait yaradan ünsiyyətdən uzaq durur.

Teyit, cavab verdiyi sosial şəbəkə istifadəçisi həqiqi bir ada sahibdirsə, həmin şəxsə adı ilə müraciət edir. Cavab verilən şəxs bir qurum və ya vəzifəni təmsil edirsə rəsmi müraciət formalarından istifadə edilə bilər.

Teyit, birbaşa hədəf göstərən, söyüş, təhqir və alçaltma istifadə edən şərhləri cavablamır. Teyit bu cür şəxslər, qurumlar və düşüncələrlə eyni yolu paylaşmadığını açıq bir şəkildə bəyan edir.

Birbaşa hədəf göstərmə xarakteri daşıyan bəzi şərhlər, yanlış məlumat ifadə edirsə, yanlış məlumatı çürütmək adına cavablana bilər.

Teyit lazımi və adekvat olduğunu düşündüyü hallarda, şəxsi və ya rəsmi hesablarla rəsmi olmayan və ya zarafatcıl bir dildə ünsiyyət qurmağı seçə bilər.