Dəyərlərimiz

Teyitdəki işlərimizin təməlində mənimsədiyimiz dəyərlər dayanır. Bu dəyərlər daima həqiqətin yanında olduğumuzun zəmanətidir.

Tərəfsizlik: Araşdırmalarımızı yanlış məlumatın əhəmiyyəti, təcililiyi və yayılmasına əsasən aparırıq. Yəni bizim üçün vacib olan yoxladığımız mövzünün yayılımı, təsiri və nə qədər gündəmdə olmasıdır. Siyasət sahəsindəki yeri deyil.

Müstəqillik: Sosial bir təşəbbüs olaraq Teyitdə ticarət əlaqələri qurduğumuz bütün tərəflər ilə Teyitin məzmunlarına müdaxilə etməyəcəklərinə dair razılaşırıq. Müdaxilə baş verdiyi halda isə ticarət əlaqələrimizi bitiririk. Bağlı olduğumuz tək şey həqiqətdir. Redaksiyanın müstəqilliyi bizim qırmızı xəttimizdir.

Şəffaflıq: Teyitin ən fərqləndirici xüsusiyyətidir. İş metodumuz, komandamız, maliyyə mənbələrimiz və düzəliş siyasətimiz tamamilə hamıya açıqdır.

Nəyə əsasən fakt yoxlanışı aparırıq?

Bir mövzuda yoxlama apararkən seçim mezarlarımızı vaciblik, təcililik və yayılma təşkil edir. Hər zaman hamının əldə edə biləcəyi ən azı iki açıq sübutun olmasına diqqət edirik. Tibb kimi ekspertlik tələb edən mövzularda isə ekspertlərə və əlaqədar qurum və təşkilatlara müraciət edirik. İstifadə etdiyimiz bütün mənbələrə veb saytımızda yer veririk.

Teyiti kim yoxlayacaq?

Siz. Bir məlumata dair verdiyimiz "doğru" "yanlış" yaxud “qarışıq” nəticəsini yoxlaya biləcəyiniz mənbələri, əldə etdiyimiz dəlilləri və doğrulama yollarımızı hamıya açıq bir formada paylaşırıq. Fərqli üsul və mənbələri də istifadə edərək eyni nəticəni digər yollardan əldə edə bilərsiniz.

Eləcə də imzaçısı olduğumuz IFCN-in müstəqil dəyərləndiriciləri bizi hər il tərəfsiz və şəffaf olub olmadığımız mövzusunda yoxlayır.

Teyitin etibarlılığı mövzusunda sizə, yəni icmamıza etibar edirik.