Sosial şəbəkələrdə yayılan iddiada Pakistan baş naziri İmran Xanın seçkidən əvvəl keçirilən bir mitinqdə pilləkandan yıxılaraq yaralandığı və xəstəxanaya aparıldığı deyildi.
Hadisə 2013-cü ildə baş verib
İddialarda istifadə olunan və İmran Xanın xəstəxana yatağında çəkildiyi anı əks etdirən fotonu RevEye istifadə edərək Google Yandex TinEye kimi axtarış motorlarında əks axtarış üsulu ilə araşdırırıq. Çıxan nəticələrdə fotonun 2021-ci il yanvar ayından daha əvvələ 2013-cü ilə aid olduğunu görürük.
2013-cü il 7 may tarixində yayınlanan xəbərlərə əsasən Pakistanın siyasi liderlərindən İmran Xan, seçkilərdən əvvəl Lahor şəhərində təşkil olunan mitinq zamanı müvəqqəti quraşdırılmış pilləkandan digər üç nəfər ilə yıxılır və xəstəxanaya aparılır. Hadisə anı çəkilmiş kadrlar 2017-ci ildə mətbuatda paylaşılıb.
İddialarda istifadə olunan kadrı xəbər videolarında görmək mümkündür.
Digər yandan İmran Xanın rəsmi Twitter səhifəsi, nazirliyin rəsmi internet saytına baxdıqda Pakistan Baş nazirinin səhhəti ilə bağlı hər hansı bir xəbər olmadığını görürük. Hətta 25 yanvar 2021-ci ildə Elm və Texnologiya Naziri ilə İmran Xanın görüşdüyünə dair xəbər də səhhətində nasazlıq olmadığını göstərir.