Yeni məxfilik siyasətinə əsasən istifadəçilərin WhatsApp-da danışdıqlarının Facebook-da qarşısına çıxacağı iddiası

Yeni məxfilik siyasətinə əsasən istifadəçilərin WhatsApp-da danışdıqlarının Facebook-da qarşısına çıxacağı iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Mesajlaşma tətbiqi WhatsApp-ın məxfilik siyasətindəki yeniliklə bağlı bir çox iddia ortaya atıldı. Bunlardan biri də tətbiqdən istifadə edərkən istifadəçilərin danışdıqlarının Facebook-a veriləcəyi iddiasıdır.

Mesajlar ucdan uca şifrələnir

4 yanvar 2021-ci ildə WhatsApp məxfilik siyasətində yeniliklər edəcəyini və bu yeniliyə əsasən məlumatların ana şirkət olan Facebook şirkətləri ilə paylaşılacağı açıqlandı. Bəzi istifadəçilər paylaşılan məlumatların şəxsi mesajlar və qruplardakı danışıqlar olduğunu düşünür. Lakin WhatsApp-dakı mesajlar və zənglər ucdan uca şifrələmə ilə qorunur. Ucdan uca şifrələmə (E2EE) sadəcə ünsiyyət quran iki tərəfin mesajları oxuya bildiyi bir ünsiyyət sistemidir. Digər deyimlə, iki nəfərin bir-birinə yolladığı mesajlar başqa heçkəs tərəfindən oxuna bilmir. 

Ucdan uca şifrələmədən bir çox mesajlaşma tətbiqi istifadə edir bunlardan biri də WhatsApp-dır. WhatsApp 2016-cı ildən bəri foto vəya video daxil göndərilən mesajlar və zənglər üçün Signal protokolu ilə bu şifrələmə sistemindən istifadə edir

İki cür mesaj forması bunlardan biri düz mətndir, məsələn dostunuza telefon ilə SMS yazanda o mesaj düz mətn olaraq gedir. Bu mətn əvvəlcə mobil operatorunuzun serverinə ardından da mesajı yolladığınız şəxsə gedir. Lakin bəzi tətbiqlər təhlükəsizliyi bir addım iləri apararaq mesajın mətnini siz serverə yollamadan şifrələyir daha sonra da alıcıya göndərir. Ucdan uca şifrələmədə də eynilə bu cür olur. Mesajlarınızın ucdan uca şifrələmə ilə qorunması bu mesajların 100 faiz güvəndə olduğunu göstərmir, çünki siz və ya mesajlaşdığınız biri bu mesajları hansısa üçüncü tərəf buludda (məsələn iCloud və ya Google) nüsxəsini saxlayırsa və o bulud hesabında mesajlarınız ucdan uca şifrələnmədən saxlanılır. Lakin bu problemin mənbəyi ucdan uca şifrələmədəki çatışmazlıqdan deyil, buludun şifrələmə sistemi ilə qorunmamasından qaynaqlanar. Yəni istifadə etdiyiniz tətbiqdə ucdan uca şifrələmə aktivdirsə bu mesajlarınızı həmin tətbiqin sahibləri də daxil olmaqla üçüncü tərəflər tərəflərdən qorunduğu mənasına gəlir.

WhatsApp-ın məxfilik siyasətindəki yeniliyin şəxsi mesajlarınız ilə bir əlaqəsi yoxdur. WhatsApp-da mesajlarınızın şifrələndiyi özünüz də yoxlaya bilərsiniz. Bunun üçün mesajlaşdığınız şəxsin adına klikləyin və fotoda izah edildiyi kimi “Encryption” yəni şifrələmə seçiminə klikləyərək 60 rəqəmli kodu görəcəksiniz. Mesajlaşdığınız həmin şəxsdə də eyni 60 rəqəmli kod görünürsə və ya QR kodlarınız eynidirsə deməli ucdan uca şifrələməniz aktivdir. Bəzən mesajlaşdığınız şəxs və ya siz WhatsApp-ı silib yenidən yükləmisizsə və ya nömrənizi yaxud telefonunuzu dəyişdiribsizsə kodlar eyniləşməyə bilər, bunun üçün tətbiqi yenilədiyinizdən əmin olun və həmin şəxsə yeni mesaj yazdıqdan sonra kodu təkrar yoxlayın. Hər mesaj “chat”-ında bu QR və ya 60 rəqəmli kod spesifik olur. Yəni A şəxsi ilə mesajlaşmanızdakı kod B şəxsindəki ilə eyni olmur.

WhatsApp da yanlış anlaşılma haqqında açıqlama verdi

WhatsApp-dakı yeniliklə bağlı yaranan suallardan sonra şirkət 12 yanvar yeni bir açıqlama yayınlayaraq insanların şəxsi mesajlarını toplamadıqlarını, ucdan uca şifrələmə ilə olduğu üçün mesajları WhatsApp özü də daxil olmaqla mesajlaşan şəxslərdən başqa heç kəsin görə bilməyəcəyini bildirdi.

WhatsApp məxfilik siyasətindəki yeniliyi may ayına təxirə saldı

WhatsApp 15 yanvar 2021-ci ildə yeniliklə bağlı bir açıqlama daha verdi. Açıqlamaya əsasən şirkət 8 fevralda yenilənməsi planlanan məxfilik siyasətindəki dəyişiklikləri 15 may 2021-ci il tarixinə qədər təxirə saldı. Açıqlamaya əsasən 8 fevral tarixində heç kimin WhatsApp hesabı silinməyəcək. Məxfilik siyasətində dəyişikliklərlə bağlı bir çox yanlış məlumatın yaranması şirkəti bu addımı atmağa məcbur edib. Şirkət yeni dəyişikliklə bağlı istifadəçiləri daha yaxşı məlumatlandırmaq üçün ciddi addımlar atacağını bildirib.

Faktlar

  • WhatsApp-da mesajlar və zənglər 2016-cı ildən bəri ucdan uca şifrələmə ilə qorunur.
  • Ucdan uca şifrələmə mesajların serverlərə göndərilməsindən əvvəl şifrələndiyi və alıcıya çatdığı zaman şifrənin açıldığı bir ünsiyyət sistemidir.
  • WhatsApp-ın may ayında qüvvəyə minməsi planlanan məxfilik siyasətindəki yenilik mesajların Facebook şirkəti ilə paylaşılacağı mənasına gəlmir.
  • Yanlış anlaşılmalar səbəbilə WhatsApp yenidən açıqlama yayınlayaraq yeniləmənin şəxsi mesajlarla bir əlaqəsi olmadığı bildirib.
  • WhatsApp 15 yanvar tarixində açıqlama verərək, istifadəçiləri daha yaxşı məlumatlandırmaq məqsədilə yeniliyin qüvvəyə minəcəyi 8 fevral tarixini 15 maya qədər təxirə saldığını bildirib.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
qeribe_melumatlar__, 5.928 etkileşim aldı. 08/01/2021
instagram banner az