670 nəticədən 441-450 arası göstərilir.
ÜST-ün meymun çiçəyi virusu səbəbiylə növbəti həftə pandemiya elan edə biləcəyini açıqladığı iddiası

ÜST-ün meymun çiçəyi virusu səbəbiylə növbəti həftə pandemiya elan edə biləcəyini açıqladığı iddiası

ÜST-ün meymun çiçəyi virusu səbəbiylə pandemiya elan edə biləcəyinə dair açıqlaması yoxdur. Elm adamları da pandemiya ehtimalının az olduğunu deyir.

Mədəniyyət nazirinin BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti ilə görüşdə bayraqları səhv saldığı iddiası

Mədəniyyət nazirinin BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti ilə görüşdə bayraqları səhv saldığı iddiası

Mədəniyyət naziri, BMT Baş Assambleyasının prezidenti ilə görüşdə bayraqları səhv salmayıb. Otaqda prezidentin təmsil etdiyi ölkə ilə BMT bayrağının olması protokol qaydalarına uyğundur.

NASA-nın yadplanetliləri cəlb etmək üçün komsosa çılpaq insan şəkilləri göndərəcəyi iddiası

NASA-nın yadplanetliləri cəlb etmək üçün komsosa çılpaq insan şəkilləri göndərəcəyi iddiası

Məqalədə çılpaq insan şəkilləri ilə yadplanetliləri cəlb etməkdən bəhs olunmayıb. Mesajın məqsədi yerdən kənarda mümkün ola biləcək həyat formalarına insan haqqında məlumat verməkdir.

NASA-nın Mars şəkillərində qapı tapıldığı iddiası

NASA-nın Mars şəkillərində qapı tapıldığı iddiası

NASA-nın yayınladığı Mars fotosunda “qapı” tapıldığı iddiası yanlışdır. Foto bir qayanın üzərində yaranmış və təxmini eni 30, uzunluğu 45 santimetr olan çatı göstərir.

Videonun Ukraynanın ABŞ texnologiyası ilə Rusiyaya məxsus helikopterləri vurduğunu göstərdiyi iddiası

Videonun Ukraynanın ABŞ texnologiyası ilə Rusiyaya məxsus helikopterləri vurduğunu göstərdiyi iddiası

Ukraynanın Rusiyaya məxsus təyyarələri vurduğu iddiası ilə paylaşılan video əslində simulasiyadır. Video Arma 3 oyunu ilə hazırlanıb.

Fotonun İrandakı aktual etirazlardan olduğu iddiası

Fotonun İrandakı aktual etirazlardan olduğu iddiası

2019-cu ilə aid olan foto, Damavand şəhərində benzin qiymətlərinin qalxmasına qarşı keçirilən aksiyalardandır.

Videonun Ukraynaya hərbi texnika daşıyan Rusiyaya məxsus qatarın relsdən çıxdığını göstərdiyi iddiası

Videonun Ukraynaya hərbi texnika daşıyan Rusiyaya məxsus qatarın relsdən çıxdığını göstərdiyi iddiası

Video Ukraynaya hərbi texnika daşıyan qatarı göstərmir. 2017-ci ilə aid olan video Trans-Baykal dəmiryolundakı qəzanı göstərir.

Rus kosmonavtların Ukraynaya dəstək üçün sarı geyimləri seçdiyi iddiası

Rus kosmonavtların Ukraynaya dəstək üçün sarı geyimləri seçdiyi iddiası

Kosmosa gedən kosmonavtların geyimləri çox əvvəldən hazırlanıb və rəng seçimi kosmonavtlara aid deyil. Rus rəsmilər də iddianın doğru olmadığını bildirib.

Videonun "Moskva" kreyserini göstərdiyi iddiası

Videonun "Moskva" kreyserini göstərdiyi iddiası

Video Rusiya Ukrayna münaqişəsindən əvvələ aiddir. 2013-cü ilə aid olan video Norveç ordusunun keçirdiyi hərbi sınaqdandır.

Videonun Moskvada Rusiya Ukrayna müharibəsi əleyhinə keçirilən mitinqi göstərdiyi iddiası

Videonun Moskvada Rusiya Ukrayna müharibəsi əleyhinə keçirilən mitinqi göstərdiyi iddiası

Video 23 yanvar 2021-ci il tarixində Navalnının həbs edilməsinə və korrupsiya əleyhinə Rusiyada keçirilən mitinqlərdəndir.