Sosial mediada və xəbər saytlarında yayılan iddialarda, NASA-nın yadplanetliləri cəlb etmək üçün kosmosa çılpaq insan şəkilləri göndərəcəyi bildirilib.
Mesaj insan anatomiyası və DNT-sinin təsvirindən ibarətdir
NASA tərəfindən dəstəklənən beynəlxalq bir araşdırma komandası, yerdən kənarda mümkün ola biləcək həyat formalarına çatdırmaq üçün yeni bir mesaj göndərmək ehtimalını araşdırıb. 2 aprel 2022-ci ildə dərc edilən Beacon in the Galaxy adlı araşdırma, 1974-cü ildə göndərilən Arecibo mesajının yeni bir versiyası hazırlanarsa anlaşılması üçün diqqət ediləcək məqamlar haqqındadır.
Məqalədə, kosmosda yaşadığı ehtimal olunan ağıllı həyat formalarına insan anatomiyasını başa salmaq üçün müxtəlif təsvirlərə yer vermək motivasiyasından bəhs olunur. Araşdırma komandasından olan Jonathan H. Jiang-in açıqlamasına əsasən, bu dizaynı hazırlama məqsədi insan növü haqqında maksimum məlumatı minimum mesaja sığışdıraraq yollamaqdır. Bu motivasiya ilə hazırlanan ilk mesaj, insan fiqurlarının və DNT-sinin riyazi təsvirlərini ehtiva edir.
Lakin iddia olunduğu kimi çılpaq insan şəkilləri ilə yadplanetliləri cəlb etmək kimi bir məqsəddən bəhs edilmir. Şəkil əslində DNT təsvirinin yanında insan formasının rəqəmsallaşdırılmış görüntüsünü təqdim edir.
Bundan əlavə, hələlik bu şəklin göndərilməsinə qərar verilməyib. Beacon in the Galaxy adlı araşdırma hazırda dəyərləndirmədə gözləyir və təklif mərhələsindədir.
Araşdırmaçılar, təsdiqlənərsə mesajı Süd yolu qalaktikasının mərkəzinə göndərməyi planlayır. Mesaj iki kod şəklindədir. İkili kod, kompüter əməliyyat sisteminin ikili rəqəm sistemi olan sıfır və bir ilə göstərilməsi mənasına gəlir.
Komandanın fikrincə, əgər rasional ünsiyyət üçün kifayət qədər mürəkkəbliyə malik zəkaya nail olmuş bir növ varsa, sülh və əməkdaşlığın əhəmiyyətindən xəbərdar olacaq. Təbii ki bütün bunlar bir fərziyyədir.
Kosmosa daha əvvəl də mesaj göndərilib
Elm adamlarının kosmosa mesaj yollama cəhdi yeni deyil. 1974-cü ildə astronomlar Arecibo radio teleskopunu 25 min işıq ili uzalığındakı M13-ə mesaj yollamaq üçün istifadə edib. Arecibo mesajında, 10 nömrələmə sxemi və günəş sistemimizin təsviri göndərilmişdi.
Təklif edilən mesaj 1974-cü ildə hazırlanmış Arecibo mesajının xüsusiyyətlərini də daşıyır.
Elm adamları, 1972-ci ildə Pioneer 10 kosmik aparatında bir lövhə vasitəsiylə ehtimal olunan ağıllı həyat formaları ilə ünsiyyət qurmağa çalışmışdı. Lövhədəki insan şəkli ilə 2022-ci ildə göndərilməsi planlanan mesajdakı insan şəkli eynidir. yəni mesaja DNT zəncirinin əlavə edildiyi görünür.
Riyaziyyat universal olduğu üçün elm adamları kosmosda mümkün ola biləcək həyat formaları ilə ünsiyyət qurmaq üçün riyazi mesajlar istifadə olunur.
Lakin indiyə qədər bütün cəhdlər nəticəsiz qalıb. Yerdən kənardan gələn mənalı bir mesaj alınmayıb, başqa həyat formalarının mövcud olduğunu göstərən hər hansı sübut əldə olunmayıb.
İddia Malumatfuruş tərəfindən də araşdırılıb.