Sosial mediada yayılan iddialarda NASA-ın Mars şəkillərində qapı tapıldığı iddia olunub. Fərqli dillərdə yayılan şəkil, Reddit, Ekşi Sözlük kimi forumlarda da müzakirə edilib.
Qapıya bənzədilən qayadakı çatlardır
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəsmi internet saytında Mars-da çəkilmiş fotolar mövcuddur. İddia şəklini də bu səhifədə tapmaq mümkündür. 7 may 2022-ci ilə aid olan foto, NASA-nın Curiosity adında kosmik aparatı tərəfindən çəkilib.
Fotonu araşdırarkən fakt yoxlama quruluşu Snopes ilə paylaşılan bir panoramik şəklə rast gəlirik. Bu foto, iddia kadrının daha geniş versiyasını göstərir.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) rəsmisi qapıya bənzədilən hissənin təxmini eninin 30, uzunluğunun 45 santimetr olduğunu və qayadakıçatlar olduğunu bildirib. Yəni foto bir qayanın kiçik çatının çox yaxınlaşdırılmış versiyasıdır.
Gigapan, Neville Thompson
NASA-nın Curiosity missiyasında işləmiş elm adamlarından olan professor r Sanjeev Gupta, The Daily Telegraph-a verdiyi açıqlamada, qapıya bənzədilən çatın "normal geoloji proseslər" nəticəsində yarandığını və şəkildə “hər hansı bir anormallıq” olmadığını bildirib.
Bəzi cisimləri bizə tanış olan formalara bənzətmək halına “pareidolia” deyilir. Səmadakı buludları heyvan fiqurlarına bənzətmək, tərəvəzlərdəki cizgiləri insan üzünə bənzətmək buna misal kimi göstərilə bilər.
Kosmik missiyalardan paylaşılan kadrlar tez-tez konspirasiya nəzəriyyəçiləri tərəfindən fərqli şərh olunur. Daha əvvəl yenə Mars-da çəkilən fotodakı qaya, qadın siluetinə bənzədilmişdi.
Missiyanın rəsmi internet saytındakı şəkilləri tarix və aparat növünə görə filterləyərək axtarma seçimi var. Mars-da çəkilən digər şəkillərə nəzər yetirdikdə oxşar görüntülərin olduğu fotolara rast gəlirik.
İddia Snopes və Doğrula tərəfindən araşdırılaraq yanlış olduğu ortaya qoyulub.