Videonun Moskvada Rusiya Ukrayna müharibəsi əleyhinə keçirilən mitinqi göstərdiyi iddiası

Videonun Moskvada Rusiya Ukrayna müharibəsi əleyhinə keçirilən mitinqi göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video 23 yanvar 2021-ci ilə aiddir.

Kadrlar Navalnının həbsi və korrupsiyaya qarşı Moskvada keçirilən mitinqlərdəndir.

Videoda səsləndirilən və azərbaycanca “Putin oğrudur” kimi tərcümə olunan “Путин вор” ifadəsi 2021-ci il mitinqlərinin şüarlarından idi.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan bir videonun Moskvada Ukrayna Rusiya müharibəsinin əleyhinə keçirilən mitinqi göstərdiyi iddia olunub.

facebook iddia ekrani videonun moskvadaki mitinqi gosterdiyi iddiasi

Video 2021-ci ilə aiddir

Video ilə bağlı əks axtarış etdikdə 2021-ci ilə aid olduğunu görürük. 23 yanvar 2021-ci il tarixində çəkilən video Moksvada Navalnının həbsinə və korrupsiyaya qarşı keçirilən mitinqlərdəndir.

Həmin gün çəkilən digər videolardan da bunu təsdiqləmək mümkündür

muqayise videonun moskvadaki mitinqi gosterdiyi iddiasi

muqayise2 videonun moskvadaki mitinqi gosterdiyi iddiasi

Həmçinin videonu diqqətlə dinlədikdə azərbaycan dilində “Putin oğrudur” mənasına gələn rusca “Путин вор” sözlərini eşitmək mümkündür. Bu şüar, 2021-ci ilin yanvarında keçirilən mitinqlərin şüarlarından biri idi.


20 avqust 2020-ci ildə Sibir üzərində təyyarədə uçarkən halı
pisləşdikdən sonra zəhərlənmə diaqnozu ilə Almaniyada müalicə olunan Aleksey Navalnı, 17 yanvar 2021-ci ildə Moskvaya qayıdarkən həbs olunub. 

Rusiya prezidenti Putin və yaxın ətrafı haqqında korrupsiyaya dair Navalnının hazırladığı sənədli film, həbsindən bir gün sonra yayımlanıb. 23 yanvar 2021 tarixində isə Rusiyanın paytaxtı Moksva da daxil olmaqla bir çox şəhərdə kütləvi mitinqlər təşkil edilib. İnsan Haqları İzləmə Təşkilatının (HRW) yaydığı məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində, Rusiyanın 100-dən çox şəhərində Navalnın həbsinə və korrupsiyaya qarşı keçirilən mitinqlərdə 3.700-dən çox iştirakçı polis tərəfindən saxlanılıb. 

Rusiya və Ukrayna arasında 2022-ci ilin fevralında başlayan münaqişənin ardından, Rusiyanın paytaxtı Moskva da daxil olmaqla otuzdan çox şəhərində müharibə əleyhinə mitinqlər keçirilib

Rusiya mərkəzli insan haqları layihəsi OVD-Info yaydığı məlumatda, Rusiyada saxlanılan müharibə əleyhinə etirazçıların sayının mart sonu etibarı ilə 15 minə çatdığı qeyd olunub.