ÜST-ün meymun çiçəyi virusu səbəbiylə növbəti həftə pandemiya elan edə biləcəyini açıqladığı iddiası

ÜST-ün meymun çiçəyi virusu səbəbiylə növbəti həftə pandemiya elan edə biləcəyini açıqladığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

ÜST-ün rəsmi internet səhifəsində belə açıqlama yoxdur.

ÜST-ün iddiadan bir gün əvəl meymun çiçəyi ilə bağlı verdiyi açıqlamada pandemiya ehtimalından bəhs edilməyib.

Elm adamları meymun çiçəyinin Covid-19 kimi pandemiyaya çevrilmə ehtimalının az olduğunu deyir.

Çiçək peyvəndi meymun çiçəyi virusuna qarşı 85 faiz təsirlidir.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

2022-ci ilin may ayında qeyri-endemik ölkələrdə meymun çiçəyinə yoluxmalar aşkarlandı. 2020-ci ildə başlayan Covid-19 pandemiyasının təsirlərinin tədricən azaldığı bir dövrdə, meymun çiçəyi yoluxmalarının artması sosial mediada pandemiya iddialarını da gündəmə gətirdi. Paylaşılan bir iddiada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “meymun çiçəyinə görə qlobal pandemiya elan edə biləcəyini” açıqladığı iddia olundu.

iddia ekrani ustun meymun ciceyine gore qlobal pandemiya elan ede bileceyini aciqladigi iddiasi

ÜST-ün açıqlamasında belə bir ifadə yoxdur

ÜST-ün rəsmi internet səhifəsindəki açıqlamalar üzrə axtarış etdikdə, belə bir ifadənin olmadığını görürük. 

İddiadan bir gün əvvəl təşkilatın meymun çiçəyi haqqında verdiyiaçıqlamada, yoluxma sayının ən az 80 olduğu, təsdiqini tapmamış şübhəli yoluxmalar da olduğu üçün ilərləyən zamanlarda arta biləcəyi qeyd olunub. Qurum, meymun çiçəyinin Covid-19 virusundan fərqli şəkildə yayıldığını vurğularkən, cəmiyyətin etibarlı mənbələrdən xəbər almasını da tövsiyə edib.

Elm adamları da meymun çiçəyi ilə bağlı pandemiya riskinin az olduğunu düşünür. Amerika Birləşmiş Ştatları Ordusu Tibbi İnfeksiya Xəstəlikləri İnstitutundan (USAMRIID) viroloq Jay Hooper də meymun çiçəyinin Covid-19 pandemiyasına səbəb olan SARS-CoV-2 virusundan fərqli olduğunu, Covid-19 kimi insandan insana asanlıqla yayılmadığını, çiçək xəstəliyi ilə bağlı olduğunu və yayılımını azaltmaq üçün müalicə ilə peyvəndin mövcud olduğunu vurğulayıb

Avstraliyanın Sidney şəhərindəki Yeni Cənubi Uels Universitetində yoluxucu xəstəliklər üzrə epidemioloq Raina MacIntyre da SARS-CoV-2 virusunun əksinə meymun çiçəyinin DNT virusu olduğunu vurğulayaraq, yayılma sürətinin RNT viruslarına nisbətən yavaş olduğunu deyib. MacIntyre, meymun çiçəyinin Covid-19 kimi qəfil mutasiaya uğrayaraq insandan insana ötürülməsində bacarıqlı olma ehtimalının az olduğunu bildirib.

Meymun çiçəyi, Covid-19 virusundan fərqli olaraq yeni bir virus deyil. İlk dəfə 1958-ci ildə aşkarlanan və ilk dəfə insana yoluxmanın 1970-ci ildə qeydə alındığı virus, çiçək xəstəliyi ilə eyni ailəyə mənsubdur. Təbii çiçək peyvəndinin meymun çiçəyi virusuna qarşı 85 faiz təsirli olması da bu virusu Covid-19 virusundan ayıran vacib məqamlardandır

Meymun çiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər. 

Son vaxtlar öldürücülüyü 3-6 faiz arasında dəyişən virusun keçmişə nisbətən çox yayılmasının səbəbinə və Afrikadakı yoluxmalardan fərqinə dair araşdırmalar davam edir.