Videonun Ukraynanın ABŞ texnologiyası ilə Rusiyaya məxsus helikopterləri vurduğunu göstərdiyi iddiası

Videonun Ukraynanın ABŞ texnologiyası ilə Rusiyaya məxsus helikopterləri vurduğunu göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video Arma 3 oyunu ilə hazırlanıb.

Videoda, Rusiyaya məxsus iki ədəd Ka-52-in hava müdafiə sistemi tərəfindən vurulması simulyasiya edilib.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

24 fevral 2022-ci il tarixində Rusiya Ukrayna arasında başlayan münaqişə davam edir. Sosial mediada və xəbər saytlarında müharibə ilə bağlı paylaşılan görüntülərdən birinin Ukraynanın Rusiyaya məxsus təyyarələri ABŞ texnologiyasıyla vurduğunu göstərdiyi iddia edilib.

arma3 ekran iddia videonun ukraynanin rus helikopterini vurdugunu gosterdiyi iddiasi

Video Arma3 oyunundandır

Videonu izlədikdə təyyarələrin vurulma anında çıxan rənglər, şərhlərdəki “oyun” vurğusu, videonun Arma 3-dən ola biləcəyi şübhəsini oyandırır. 

Açar sözlərlə axtarış etdikdə isə kadrların real döyüş səhnələri deyil, simulyasiya olduğunu görürük. Video, YouTube-da müharibə simulyasiyaları paylaşan bir kanalda 29 mart 2022-ci il tarixində yayınlanıb.


Videonun açıqlama qismində, simulyasiyanın Arma3 ilə
hazırlandığı qeyd olunub. Videoda, Rusiyaya məxsus iki ədəd Ka-52-in hava müdafiə sistemi tərəfindən vurulması simulyasiya edilib. 

Rotorlu təyyarələr istehsal edən Rusiya mərkəzli şirkət Kamov istehsalı olan Ka-52, havadan hücum helikopteri kimi istehsal edilib. Ukrayna Hava Qüvvələri 17 aprel 2022-ci il tarixində 1 ədəd Ka-52, iki ədəd Mi-24s vurduğunu açıqlamışdı.

Arma 3 və bənzəri simulyasiya oyunları yüksək keyfiyyətə sahib olduğu üçün bəzən həqiqi görüntülərlə qarışdırıla bilir. Teyit, Ukrayna Rusiya münaqişələrində yayılan bir çox videonun simulyasiya oyunlarından olduğunu aşkarlayıb


Töhfə verənlər
  • Ali Osman Arabacı