İranda keçirilən etiraz aksiyaları ilə bağlı xəbər saytlarında və sosial mediada görüntülər yayılmağa davam edir. Paylaşılan fotolardan birinin Əli Xamenei əleyhinə keçirilən etiraz aksiyalarından olduğu iddia olunub.
Foto 2019-cu ilə aiddir
Görüntünü axtarış motorlarında araşdırdıqda əslində 2019-cu ilə aid olduğunu görürük. Anadolu Agentliyi tərəfindən çəkilən foto haqqında məlumatı Getty Images saytında da əldə etmək mümkündür.
16 noyabr 2019-cu ildə çəkilən foto İranın Damavand şəhərindəki etirazlardandır. Həmin il 15 noyabr tarixində İranda benzin qiymətlərinin üç qat artması ölkədə etirazlara səbəb olub.
Beynəlxalq Əfv Təşkilatının yaydığı məlumata əsasən, 15-19 noyabr 2019-cu il tarixlərində keçirilən etirazlarda 324 nəfər etirazlarda həyatını itirib.
İranda 2022-ci ildə ərzaq qiymətlərinin artışına qarşı keçirilən etiraz aksiyaları davam edir. Aksiyalarda bir nəfərin həyatını itirdiyi, azı 22 nəfərin isə həbs olunduğu bildirilib.