Videonun Ukraynaya hərbi texnika daşıyan Rusiyaya məxsus qatarın relsdən çıxdığını göstərdiyi iddiası

Videonun Ukraynaya hərbi texnika daşıyan Rusiyaya məxsus qatarın relsdən çıxdığını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Videonun Ukrayna ilə əlaqəsi yoxdur.

6 sentyabr 2017-ci il tarixli video, Trans-Baykal dəmiryolunun Chita-2 stansiyasındakı qəzadandır.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan bir videonun, Ukraynaya hərbi texnika daşıyan Rusiyaya məxsus qatarın relsdən çıxdığını göstərdiyi iddia edilib.

teyitaz iddia ekrani videonun ukraynaya askeri arac tasiyan rus trenlerinin

Video 2017-ci ildə Trans-Baykal dəmiryolundakı qəzadandır

Videodan alınan ekran görüntülərini araşdırdıqda 2017-ci ilə aid videolara rast gəlmək mümkündür. Yəni video, Ukrayna Rusiya müharibəsindən illər əvvəl çəkilib.


Rusca açar sözlər ilə axtarışa davam etdikdə, 2017-ci ilin sentyabr ayında yayınlanan xəbərlərə rast gəlirik. 6 sentyabr 2017-ci ildə çəkilən
video, Trans-Baykal dəmiryolundandır. Qqatarın vaqonları, Chita-2 dəmiryolu stansiyasında relsdən çıxıb.

Rəsmi açıqlamaya əsasən hərbi texnika daşıyan qatarın relsdən çıxmasına səbəb dəmiryolu xəttinin baxımsızlığı olub.Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı bildirilib.

Eyni video 2021-ci ildə də Ukraynaya gedən qatarı göstərdiyi iddiası ilə yayılıb və fakt yoxlama qurumu Stop Fake iddianın yanlış olduğunu ortaya qoyub

Aktual münaqişə ilə əlaqələndirilən video fərqli dillərdə də gündəmə gəlib və Reuters komandası tərəfindən yanlışlanıb