Mədəniyyət nazirinin BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti ilə görüşdə bayraqları səhv saldığı iddiası

Mədəniyyət nazirinin BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti ilə görüşdə bayraqları səhv saldığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

BMT Baş Assambleyasının iclaslarındakı iki bayraqdan biri BMT-ə, digəri isə BMT Baş Assambleyasının prezidentinin təmsil etdiyi ölkəyə aiddir.

Maldivli BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid ilə görüşən digər ölkə rəsmilərinin də eyni bayraqların qarşısında çəkdirdiyi fotoları tapmaq mümkündür.

2021-ci il aparılan səsvermədə Abdulla Şahid BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti seçildi.

Şahidin, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırdan vəzifəni təhvil aldığı mərasimdə, Türkiyə Respublikası bayrağının Maldiv Respublikası bayrağı ilə dəyişdirildiyi videonu izləmək mümkündür.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Xəbər saytlarında Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahidin birgə şəkli, nazirin Azərbaycan bayrağını digər bayraqla səhv salaraq foto çəkdirdiyi iddiası ilə paylaşılıb.

iddia ekrani nazirin bayraqlari sehv saldigi iddiasi

Bayraq BMT Baş Assambleyasının prezidentinin ölkəsini təmsil edir

2021-ci ildən bəri Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsinə təyin olunan Anar Kərimov, 7 may tarixli məlumata əsasən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahidlə görüşüb. 

BMT Baş Assambleyasının prezidenti hər il keçirilən seçkilər ilə müəyyən edilir. 2021-ci ildə aparılan səsvermədə, Maldivin xarici işlər naziri Abdulla Şahid, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti seçilib. Görüşdən yayılan fotoları xəbər saytlarında görmək mümkündür.

anar kerim foto nazirin bayraqlari sehv saldigi iddiasiMənbə: azertag.az

Lakin fotonun Maldiv Respublikasının bayrağı qarşısında çəkilməsi normaldır. Çünki BMT Baş Assambleyasının prezidenti seçilərkən, həmin şəxsin təmsil etdiyi ölkənin bayrağı da BMT bayrağı ilə birlikdə sərgilənir. 

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid, bu vəzifəni 75-ci sessiyanın prezidenti Volkan Bozkırdan təhvil alıb. Mərasim videosunu izlədikdə, Türkiyə bayrağının Maldiv bayrağı ilə dəyişdirildiyini görmək mümkündür.


Eləcə də Abdulla Şahid ilə görüş keçirən digər dövlət nümayəndələrinin şəkillərinə nəzər yetirdikdə də, fotodakı bayraqların Maldiv və BMT-ə aid olduğunu
görürük.

iran xarici isler naziri foto nazirin bayraqlari sehv saldigi iddiasiİran Xarici İşlər naziri və BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid, AP

Nazirlik də mövzu ilə bağlı açıqlamasında, BMT-nin və Maldiv Respublikasının dövlət bayraqlarının sərgilənməsinin protokol qaydalarına tam uyğun olduğunu bildirib.

İddia Fakt Yoxla tərəfindən də araşdırılıb.