Videonun döyüşdən qaçan Azərbaycanlıları göstərdiyi iddiası
Telegramda yayılan və döyüşdən qaçan Azərbaycanlı “xilaskarları” göstərdiyi iddia edilən video 2014-cü ildə Türkiyədə çəkilib.

Telegramda yayılan və döyüşdən qaçan Azərbaycanlı “xilaskarları” göstərdiyi iddia edilən video 2014-cü ildə Türkiyədə çəkilib.

Etibarlı heç bir mənbədə Ermənistan Baş naziri Nikol Paşinyanın istefa verdiği məlumatı yoxdur. 4 oktyabr 2020 etibarilə Paşinyan istefa verməyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı SİHA-nın Azərbaycan tərəfindən istifadə edilərək Ermənistanı bombalayanlardan biri olduğu iddia edildi lakin fotolar fərqli tarixdəndir.

Azərbaycana gedən Sultan Murad briqadasının üzvlərini göstərdiyi iddia edilən foto 2019-cu ildə Suriyada çəkilib.

İran üzərindən Ermənistana yardıma gedən tırların Azərbaycanlılar tərəfindən yandırıldığını göstərdiyi iddia edilən iki video da fərqli hadisələrdəndir.

Ermənistana gedən tırların Təbriz yaxınlığında yandırıldığını göstərdiyi iddia edilən foto 2019-cu ildə baş verən başqa bir hadisədəndir.

Azərbaycan və Ermənistan arasındakı döyüşlərdən olduğu iddia edilən helikopter fotosu köhnə tarixlidir və vurulan Suriya helikopetiridir.

Azərbaycanda 21 sentyabr 2020-də səfərbərlik elan edilməmişdi. Azərbaycan və Ermənistan arasında 27 sentyabr baılayan döyüşlərin ardından 28 sentyabr 2020-ci ildə Azərbaycanda qismən səfərbərlik elan edildi.