Diqqət: Həssas görüntü
Əsgərlər ilə mülki geyimli bazı şəxslərin mübahisə etdiyi bir video bəzi telegram kanallarında döyüşdən qaçan Azərbaycanlı olduqları iddiasıyla paylaşıldı.
30 sentyabr 2020 tarixində paylaşılaraq Azərbaycanlı “xilaskarlara” aid olduğu iddia edilən videoda formalı əsgərlər ilə mübahisənin şiddətə çevrildiyi və mülkilərin əsgərdən qaçdığı görünür.
Video Türkiyədə çəkilib
İddiada sözügedən video 23 avqust 2014-cü ildə Türk mənbələrə əsasən “Askere kimlik soran PKK’lıyı yumruk manyağı yapan üsteğmen” başlığı ilə paylaşılıb. Paylaşımlara əsasən əsgərlər onlardan kimlik tələb edənlərlə mübahisə edir. Videoda əsgərlərin və mülki şəxslərin Türkcə danışdığını eşitmək mümkündür. Videonun sonunda qaçanlar isə Ərəbcə danışır.
Paylaşıldığı dövrdə Türk mətbuatında da yer alan videoda, mülki şəxslərə aid heç bir hərbi vasitə mövcud deyil. Qaçan şəxslər mülki maşınlara minərkən, mübahisə zamanı yaxınlıqdakı hərbi maşından uzaqlaşırlar. Maşınnömrələrinin Türkiyəyə aid olması və bəzi maşınların üzərində Türkcə yazılar olması nəzərə çarpır.
Maşınlardan birində olan yazı.
Maşının nömrəsinin Türkiyəyə aid olduğu görünür.
Bundan əlavə Azərbaycanlı olduqları iddia edilsə də odlu silah və ya formaları olmayan şəxslərin mülki şəxs olduqları görünür.
Azərbaycan və Ermənistan arasında 27 sentyabr 2020 tarixində başlayan döyüşlərin ardından iki ölkədə də yaşanan itkilər dünyada səs gətirib.