Sosial şəbəkədə paylaşılan və bir-birilə əlaqələndirilən üç fotonun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Silahlı İnsansız Hava Vasitəsi (SİHA) olduğu və Dağlıq Qarabağda davam edən döyüşlərdə Azərbaycan tərəfindən istifadə edilərək Ermənistanı bombalayanlardan biri olduğu iddia edildi.
Əks axtarış üsulu ilə axtarış motorlarında axtardığımız zaman tapdığımız xəbərlərə əsasən prezident Ərdoğan, Bayraktar TB2 adlı Silahlı İnsansız Hava Vasitəsini (SİHA) 2018-ci ildə imzalayıb. Xəbərin yayınlandığı tarix 3 fevral 2018-dir.
Ərdoğan tərəfindən atılan imza və tarixin yaxından görünən bir halı da ictimaiyyətə əks etdirildi. Yaxından çəkilən fotolardan birində imza və 03.02.2018 şəklində qeyd edilən tarixi görmək mümkündür.
Fotolar 2018-ci ildə Suriyadan olduğu iddiası ilə də paylaşılmışdı
Montaj edilərək bir-birilə əlaqələndirilən fotodakı ikinci və üçüncü şəkil 3 mart 2020-ci ildə Suriyadan olduğu iddiası ilə daha əvvəl də paylaşılıb. Mart ayında Suriyadan olduğu iddiası ilə paylaşılan bu şəkil bu dəfə də Ermənistandan çəkildiyi iddiası ilə paylaşılır.
Eyni foto 2020-ci ilin mart ayında da Suriyadan olduğu iddiası ilə paylaşılıb.
Eyni tarixlərdə Türkiyədə də Ərdoğanın imzaladığı SİHA-nın Suriya ordusu tərəfindən vurulduğu iddiası ilə yayılmışdı. Lakin bu iddia ilə bağlı hər hansı bir sübut mövcud deyil.
İkinci foto Hataydandır
Lakin ikinci foto nə Suriya nə də Ermənistandan deyil. Şəkil 30 iyun 2020-ci ildə Hatayda vurulan bir İnsansız Hava Vasitəsinə aiddir. Mətbuatda verilən xəbərlərdə Hataya aid bir İHA-nın vurulduğu qeyd olunub və detallarda vurulan vasitənin İHA olduğu verilib.
Eyni xəbər başqa media qurumları tərəfindən də yayınlanıb və onlarda da iddiada istifadə olunan fotodakı foto istifadə edilib.
İHA və SİHA fərqli vasitələrdir
İddiada fotodakıların bir SİHA olduğu qeyd edilib. Ərdoğanın imzaladığı vasitə bir SİHA-dır, lakin Hatayda 30 iyun 2018-ci ildə vurulan vasitə bir İHA-dır. Yəni Ermənistandan olduğu iddia edilən şəkil əslində iki il əvvələ aiddir və Hatayda çəkilib. İHA və SİHA-lar bir-birindən fərqli vasitələrdir. İnsansız Hava Vasitəsində kəşfiyyat edilir, Silahlı İnsansız Hava Vasitəsində isə adından da göründüyü kimi silah da mövcuddur.
Türkiyə və Azərbaycan arasında Hərbi Maliyyə Əməkdaşlığı haqqında saziş var
Azərbaycan mart ayında verdiyi açıqlamada Türkiyədən silah və hərbi təhçizat almağı davam etdirəcəyini bildirmişdi. İyun ayında isə Azərbaycan və Türkiyə arasında bağlanan Hərbi Maliyyə Əməkdaşlığı haqqında sazişə əsasən Türkiyə Azərbaycana 200 milyon TL dəyərində yardım edəcək və Azərbaycan da bu yardım ilə Türk Müdafiə Sənayesi şirkətlərindən məhsul və xidmət alacaq. Azərbaycanın Türkiyədən neçə ədəd SİHA və ya İHA aldığına dair ictimaiyyətə rəsmi bir açıqlama verilmədi, lakin bəzi media qurumları Dağlıq Qarabağ ərazisində 27 sentyabr 2020-ci ildə başlayan döyüşlərdə SİHA-ların istifadə edildiyini yazdı.
Müharibə və döyüşlər yanlış məlumatın ən sürətli yayıldığı böhran anlarındandır. Teyit Azərbaycan və Ermənistan döyüşləri başladığından bəri bir çox analiz yayınladı.