27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağ ərazisində Azərbaycan və Ermənistan arasında baş verən münaqişənin ardından sosial şəbəkədə bir çox şübhəli iddia yayılmağa başladı. Bunlardan biri də vurulan bir helikopter şəklidir. Foto helikopterin həm Azərbaycana həm də Ermənistana aid olduğu iddiaları ilə paylaşıldı.
Foto 11 fevral 2020 tarixində vurulan Suriya helikopterinə aiddir
Şəkli əks axtarış üsulu ilə axtardıqda 11 fevral 2020 tarixli xəbərlərin paylaşıldığını görürük. İlk dəfə sosial şəbəjədə müxaliflərin İdlibin Serakib rayonun Suriya dövlətinə aid bir helikopteri vurduğu iddiası ilə yayılan görüntülər xəbər saytları tərəfindən də paylaşılmışdı. Türkiyə Müdafiə Nazirliyi də xəbəri doğrulayan bir paylaşım etmişdi.
11 fevralda paylaşılan videoya baxdığımız zaman da Azərbaycan və ya Ermənistan helikopterinə aid olduğu iddia edilən fotonun vurulan Suriya helikopterinə aid olduğunu görürük.
Yenə Associated Press-də paylaşılan xəbərlərdə də iddiadakı kadrların daha yüksək görüntü imkanına sahip versiyasını görürük.
27 sentyabr 2020 tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ərazisində yaşanan münaqişədə Ermənistan iki Azərbaycan helikopteri, üç insansız hava vasitəsi və üç tankı zərərsizləşdirdiyini açıqladı. Azərbaycan isə bir helikopterin düşdüyünü və içindəkilərin xilas olduğunu, 12 Ermənistan hava müdafiə sisteminin də zərərsizləşdirildiyini açıqladı.