Fotonun Təbrizdəki Azərbaycanlıların Ermənistana gedən yardım maşınlarını yandırdığını göstərdiyi iddiası

Fotonun Təbrizdəki Azərbaycanlıların Ermənistana gedən yardım maşınlarını yandırdığını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto 14 mart 2019-cu ildə Fars News adlı xəbər saytında paylaşılıb.

Hadisə ilə bağlı açıqlamalarda Bəndər Xəmir şəhərində dondurucu daşıyan bir yük maşının yandığı bildirilib.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan döyüşlər zamanı həmin ərazilərdən olduğu iddiası ilə bir çox foto və video istifadəçilər tərəfindən paylaşıldı. Bunlardan biri də fotonun Ermənistana yardıma gedən yük maşınlarının Təbrizdəki vətəndaşlar tərəfindən yandırıldığını göstərdiyi iddiasıdır.

fotonun tbrizdki azrbaycanlilarin ermnistana gedn yardim masinlarini yandirdigini gostrdiyi iddiasi 1

Fotolar 2019-cu ildəndir

İddiadakı fotonu əks axtarış üsulu ilə axtardığımız zaman Fars News adlı xəbər saytının köhnə tarixli bir xəbərini görürük.

Xəbərdə  Emad Yeganehdost tərəfindən çəkilən fotonun İranın Bəndər Xəmir şəhərində bir magistral yolda içərisindəki dondurucuya görə yandığını göstərdiyi qeyd edilib. Tarix İranda istifadə edilən təqvim ilə  ‘1397/12/23’ olaraq yazılıb. 

fotonun tbrizdki azrbaycanlilarin ermnistana gedn yardim masinlarini yandirdigini gostrdiyi iddiasi fars

 Date-Today  istifadə edərək tarixin 14 mart 2019-cu ilə bərabər olduğunu görürük. 

Farsi News-dakı xəbərdən iddiada istifadə edilən foto ilə yanaşı qəzaya dair başqa bucaqlardan çəkilmiş fotolaru da görmək mümkündür.

fotonun tbrizdki azrbaycanlilarin ermnistana gedn yardim masinlarini yandirdigini gostrdiyi iddiasi fars2

fotonun tbrizdki azrbaycanlilarin ermnistana gedn yardim masinlarini yandirdigini gostrdiyi iddiasi 3

fotonun tbrizdki azrbaycanlilarin ermnistana gedn yardim masinlarini yandirdigini gostrdiyi iddiasi 4

Hadisənin baş verdiyi Bəndər Xəmir şəhəri Təbrizdən xeyli uzaqdır. Təbriz, Azərbaycanlıların daha çox yaşadığı bir şəhərdir, Bəndə Xəmir isə İranın Oman körfəzinin sahilindəki bir şəhərdir. Təbrizin yerləşdiyi ərazi Cənubi Azərbaycan olaraq da adlanır.