Azərbaycanda səfərbərlik elan edildiyi iddiası

Azərbaycanda səfərbərlik elan edildiyi iddiası

Yanlış Yanlış

Faktlar

Azərbaycanda səfərbərlik elan edilməyib.

SHXÇDX-nin təlim toplanışına çağırışı səfərbərlik kimi başa düşülərək paylaşılıb.

SHXÇDX-nin rəsmisi Füzuli İsmayılov da açıqlamasında hərbi təlim toplanışlarının plan üzrə həyata keçirildiyini vurğulayıb.

Azərbaycan və Ermənistan arasında 27 sentyabr 2020-ci ildə başlayan döyüşlərin ardından Azərbaycan Respublikası Prezidenti 28 sentyabr 2020-ci ildə qismən səfərbərlik sərəncamını imzaladı.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇD) təlim toplanışına çağırış məlumatı səfərbərlik elan edildiyi zənn edilərək paylaşıldı. Sosial şəbəkədə bu məlumatı səfərbərliyə çağırış başlanır başlığı ilə paylaşanlar da oldu. Bir YouTube kanalı isə küçə sorğusunda insanlara “səfərbərlik elan olundu” suallar yönləndirdi.

azrbaycanda sfrbrlik elan edildiyi iddiasi youtube

Səfərbərlik elan edilməyib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi 21 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasındakı vəziyyətin gərginləşdiyinə dair açıqlama verdi. 21 sentyabr 2020-ci ildə Tovuz istiqamətində döyüşdə Azərbaycan əsgərinin həlak olduğu bildirildi. Azərbaycanda səfərbərlik elan edildiyi iddiası isə bir yanlış anlaşılmadan ibarətdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇD ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılmasının həyata keçirildiyinə dair məlumat paylaşdı. Bu məlumat “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırışı ilə bağlıdır. Bu qanunun nə mənaya gəldiyini başa düşmək üçün normativ hüquqi aktların vahid internet elektron bazasında axtarış edib qanuna nəzər keçirək. 23 dekabr 2011-ci il tarixli qanunun Maddə 45. Toplanışlar keçirilməsi bölməsində, 21 sentyabr 2020-ci il tarixindəki çağırışın nə olduğu açıq şəkildə izah edilib. 

azrbaycanda sfrbrlik elan edildiyi iddiasi 2

Maddə 45-in ilk bəndində “Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.” yazılıb. 

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri-nə əsasən, səfərbərlik elan edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir. 

azerbaycan seferberlik maddeleri

25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis

edir.

Prezident səfərbərlik elan etməyib

Səfərbərlik qanununa görə əgər səfərbərlik elan edilibsə, bu qərar qərar dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Bu qərar Azərbaycan Respublikası Prezidentinin səlahiyyətində olduğu üçün belə bir qərar olub olmadığını əvvəlcə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində axtarış edərək yoxlaya bilərik. Burada axtarış etdiyimiz zaman 22 sentyabr 2020-ci il tarixi etibarilə Azərbaycanda səfərbərlik elan edildiyinə dair hər hansı bir məlumatla rastlaşmırıq. 

Səfərbərlik qanunu, 3. Vətəndaşların Səfərbərli̇k Üzrə Xəbərdar Edi̇lməsi̇, Çağırılması Və Hərbi̇ Hi̇ssələrə (Xüsusi̇ Bi̇rləşmələrə) Göndəri̇lməsi̇ bölməsindəki məlumata əsasən, əgər səfərbərlik elan edilibsə, hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini, toplanış məntəqələrinə və hərbi hissələrə (xüsusi birləşmələrə) göndərilməsini SHXÇDX yerli idarə, şöbə və bölmələri yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil edir və həyata keçirir. SHXÇDX-nin rəsmi internet səhifəsində də axtarış edərkən səfərbərliyə dair bir məlumat olmadığını görürük.

SHXÇDX sözçüsü Füzuli İsmayılov mövzu ilə bağlı açıqlama verib. Füzuli İsmayılov açıqlamasında ehtiyatda olan hərbçilərin hərbi təlim toplanışlarının plan üzrə həyata keçirildiyini vurğulayıb. SHXÇDX rəsmisi bunun ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə əvvəlki dövrlərdə də həyata keçirildiyini və təşviş üçün əsas olmadığını deyib.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında döyüşlər başladı. Ermənistanın Baş naziri Facebook hesabında hökumətin "hərbi vəziyyət" elan etdiyini və "səfərbərlik çağırışı" etməyə qərar verdiyini açıqladı. 27 sentyabrda Azərbaycan Milli Məclisi ölkənin bəzi bölgələrində "hərbi vəziyyət" in tətbiq edilməsinə qərar verdi. 28 sentyabr 2020-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki qismən səfərbərlik sərəncamını imzaladı.

Yeniləmə: 28/09/2020

28 sentyabr 2020-ci ildə Azərbaycanda qismən səfərbərliyin elan edildiyi barədə məlumat əlavə edildi.