Videonun İrandan Ermənistana gedən yardım yüklü maşınların Azərbaycanlılar tərəfindən yandırıldığını göstərdiyi iddiası

Videonun İrandan Ermənistana gedən yardım yüklü maşınların Azərbaycanlılar tərəfindən yandırıldığını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Hər iki video da 27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan döyüşlərdən əvvəl internetdə mövcud idi.

Videolardan biri 2019-cu ilin noyabr ayında İranda qaz və benzin qiymətlərinə olan artışlara etiraz aksiyaları xəbərlərində paylaşılıb.

Videolardan digəri isə 2016-cı ildə Bostanabad yolunda yanan təkər yük maşını ilə bağlı xəbərlərdə yer alıb.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Azərbaycan və Ermənistan arasında davam edən döyüşlərlə bağlı sosial şəbəkələrdəki şübhəli məlumat axışı da arttı. Bundanlardan biri də Teyitə də bildiriş olaraq gələn videoların döyüşlərdə Ermənistana İran üzərindən göndərilən yardım tırlarının Azərbaycanlılar tərəfindən yandırıldığını göstərdiyi iddiası idi.

videonun ermenistana geden yardim tirlarini azerbaycanlilarin yandirdigi iddiasi instagram

guney azerbaycanlilarin iran uzerinden ermenistana yardima geden tirlari yandirdigi iddiasi azerbaycanligiz iddia

Videolar iki fərqli hadisədəndir

İlk videodan götürdüyüm kadrları əks axtarış üsulu ilə axtardığımız zaman 2019-cu ildən bəri internetdə olduğunu görürük. Görüntülər 2019-cu ildə İranda qaz və benzin qiymətlərindəki artışlara olan etiraz aksiyaları ilə bağlı paylaşılıb. 

Eyni iddialar ilə paylaşılan digər videodakı kadrları da axtardığıqda isə 2016-ci ildə yayınlanan farsca xəbərləri görürük. Video o dövrdə İranın Şərqi Azərbaycan əyalətinin Bostanabad şəhər yolunda yanan təkər yük maşını ilə bağlı xəbərlərdə istifadə edilib. 

Hər iki video da Azərbaycan ilə Ermənistan arasındakı döyüşlərdə İrandan Ermənistana göndərilən yardım tırlarını göstərdiyi iddia edilən videolardan sonra yayılmağa başladı. İran Xarici İşlər Nazirliyi iddiaları yalanlayaraq maşınların hərbi təhçizat daşımadığını bəyan etdi. 30 sentyabrda isə İrib xəbər agentliyi videolardakı tırlar ilə təhçizat göndərilmədiyini açıqlayan bir reportaj yayınladı. 

27 sentyabr 2020 tarixində başlayan döyüşlər davam edərkən hər iki ölkə də səfərbərlikqismən səfərbərlik qərarlarını elan etdi.