Videonun qəzanı göstərdiyi iddiası

Videonun qəzanı göstərdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Video əslində montaj edilərək hazırlanıb.

2NCS adlı YouTube kanalı, videonu necə hazırladığını detallı izah edən paylaşım edib.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə bir qəza videosu real olduğu düşünələrək paylaşıldı.

videonun qzani gostrdiyi iddiasi 1

Lakin video real həyatdan götürülməyib, 3ds Max ilə hazırlanıb.

Qəza videosu əslində montajdır

Videonun üzərində yazıdan @ntwrk adlı TikTok hesabından götürüldüyü başa düşülür. Videonun sonlarına doğru isə ekranda 2NCS yazısı çıxır.

videonun qzani gostrdiyi iddiasi 2

2NCS ilə axtarış etdiyimiz zaman Instagram səhifəsini tapmaq mümkündür. Səhifənin açıqlama qismindəki “Sadəcə reallıqla oynamaq” mənasına gələn “Just playing with reality” ifadəsindən və paylaşılmış digər videolardan da səhifənin montaj videolar hazırladığını başa düşmək olur. Səhifədə həmin video 30 iyul 2020-ci ildə  3ds Max ilə hazırlandığı qeyd edilərək paylaşılıb, 

YouTube kanalında isə həmin videonun necə hazırlandığına dair detallı bir video mövcuddur. Açıqlamadan görülür ki, magistral bir yolda çəkilən real videoya daha sonradan həmiz “qəza” kadrları yerləşdirilib.

videonun qzani gostrdiyi iddiasi 3

Nəticə etibarilə həqiqi olduğu düşünülən video əslində montajdır. Video 2NCS YouTube kanalı tərəfindən 3ds Max hazırlanıb. İddia yanlış məlumatın yeddi növündən biri olan manipulyasiyaya nümunədir.