Videoda Ərdoğanın qələbəsini Əl-Aqsada qeyd edənlər görünür?

Videoda Ərdoğanın qələbəsini Əl-Aqsada qeyd edənlər görünür?

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Zeynep Şahin Elkin Khalilov
TEYİT NƏTİCƏSİ
Yanlış
Kontekst əsaslı yanlış məlumat

Faktlar

  • Foto 2023-cü ilin aprelində qeydə alınıb.
  • Görüntülərdə camaatın Ramazan ayında Əl-Aqsada səhər namazını qılmağa getdiyi görünür.
  • Əl-Aqsada toplaşan izdiham səhər namazından sonra İsrail polisinə etiraz edib.

Mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib.

Seçkilərin nəticələri bəlli olduqdan sonra sosial şəbəkələrdə paylaşılan bir videoda Ərdoğanın qələbəsini qeyd etmək üçün Əl-Aqsa məscidində toplaşan izdihamın əks olunduğu iddia edilir.

quds mescid eqsa erdoqanpng

Görüntü aprel ayında qeydə alınıb

Videodan kəsilmiş fotoları tərs şəkil axtarış üsulu ilə axtardıqda oxşar kadrları olan xəbər mətnlərinə rast gəlmək mümkündür.

Fotonun Qüdsdə baş verən hadisələrin ardından çəkildiyi iddiası
Fotonun Qüdsdə baş verən hadisələrin ardından çəkildiyi iddiası

Aşkar edilən videoların əksəriyyəti aprelin 7-nə aiddir. Videolar araşdırıldıqda insanların dayandığı yerlər, Əl-Aqsanın divarına asılan “6” yazılı pankart və səsləndirilən şüarlar iddianın videosu ilə diqqəti cəlb edir.

mescid eqsa qarsilasdirma

Soldakı şəkil oxşar çərçivələri əks etdirən videodan, sağdakı şəkil iddia videosundandır

Bu videolardan biri “Mübarək Əl-Aqsada səhər namazından sonra etiraz ilahiləri oxuyan gənclər” adı ilə paylaşılıb. Başlıqdakı açar sözlərlə Əl-Aqsa və Qüdslə bağlı xəbər mətnlərini axtardığımız zaman təxminən aprelin 7-də iddianın videosunda əks olunan məqamların qeyd olunduğu başqa bir videoya rast gəlirik.

Fotonun 2020-ci il döyüşlərində Fələstinin Ermənistana dəstək verdiyini göstərdiyi iddiası
Fotonun Qüdsdə baş verən hadisələrin ardından çəkildiyi iddiası

İddianın videosundakı görüntüləri müqayisə edildikdə hər iki videoda yuxarıya atılan qara bayraq, sağda duran insanların əl və qol hərəkətləri və deyilən şüarların eyni olduğu anlaşılır.

Soldakı görüntü iddia videosundan, sağdakı görüntü mövzu ilə bağlı xəbərlərdən götürülüb

Belə ki, video 2023-cü il aprelin 7-də lentə alınıb və Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsini qeyd etdiyi göstərilmir.

Xəbərin mətni təhlil edildikdə, Əl-Aqsada toplaşan izdihamın səhər namazından sonra İsrail polisinə etiraz etmək üçün orada olduğu anlaşılır:

Əl-Aqsa məscidindəki fotoların yeni olduğu iddiası
Fotonun Qüdsdə baş verən hadisələrin ardından çəkildiyi iddiası

“Səhər namazından sonra Əl-Aqsa meydanı işğal qüvvələrinin məscidə qarşı pozuntularını pisləyən və müqavimət briqadalarına dəstək verən mövqenin şahidi oldu. Yüzlərlə insan məsciddə Fələstin müqaviməti üçün şüarlar səsləndirib”.

Bu hadisədən iki gün əvvəl, aprelin 5-də səhər saatlarında İsrail polisinin Əl-Aqsaya basqın etməsi bölgədə gərginliyi artırmış və qarşıdurmalara səbəb olmuşdu.

Paylaşanlar / Deliller