Fotonun 2020-ci il döyüşlərində Fələstinin Ermənistana dəstək verdiyini göstərdiyi iddiası

Fotonun 2020-ci il döyüşlərində Fələstinin Ermənistana dəstək verdiyini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto 2017-ci ilə aiddir.

Foto hər il Qüdsün cənubunda yerləşən və İsanın doğum yeri olduğuna inanılan Nativity kilsəsinin ətrafında keçirilən təbdirlərdəndir.

Hər il dünyanın fərqli yerlərindən insanların ziyarət etdiyi tədbirlərdə paradlar təşkil edilir, bunlardan biri də Ermənistan bayraqları ilə keçirilib.

Fələstinin Azərbaycandakı Konsolluğu da rəsmi Facebook səhifəsində iddiaları yalanlayıb.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə Əl-Əqsa məsdici ətrafında cərəyan edən hadisələr ilə bağlı bir çox foto paylaşılıb. Böhran dövrləri yanlış məlumatın daha çox yayılmasına səbəb olduğu kimi bu dövrdə internetdə paylaşılan görüntülərdən bəziləri hadisə ilə əlaqəsi olmayan və yaxud aktual olmayan kadrları əks etdirib. 

Bu iddialardan biri də sosial şəbəkədə yayılan bir fotonun, 27 sentyabr 2020 tarixində başlayan və 10 noyabr 2020 tarixində başa çatan Azərbaycan Ermənistan arasındakı döyüşlər zamanı çəkildiyi iddiası olub. İddiaya göre bu foto fələstinlilərin döyüşlər zamanı Ermənistana verdiyi dəstəyi göstərir

sc filistin ermenistan iddiasi

Foto 2020 döyüşlərindən əvvələ aiddir

İddia fotosunu əks axtarış üsulu ilə araşdırdıqda fotonun 2017-ci ildən bəri internetdə paylaşıldığını görürük. Foto 2017-ci ilin dekabr ayında xəbərlərdə və sosial media paylaşımlarında yeni il paradında çəkildiyi məlumatı ilə birlikdə paylaşılıb.

sc filistin ermenistan iddiasi eski paylasim

İddia fotosunun 2020-ci ilin 27 sentyabr tarixdən 10 noyabr 2020 tarixinə qədər Azərbaycan Ermənistan arasındakı döyüşlər zamanı fələstinlilərin Ermənistana dəstək verdiyini göstərdiyi iddiası yanlışdır. 

Bayraq qaldıranlar Qüds Erməniləri İdman və İzci Təşkilatının üzvləridir

Fotonun harada çəkildiyini həm kilsədən həm də paylaşılan xəbərlərdən anlamaq mümkündür. 

filistinin erm aze catismalarinda destek verdiyi iddiasi lokasyon

Belə ki, hər il Nativity kilsəsində keçiirlən yeni il bayramı bəzi paradlar təşkil olunur. Fələstində, Qüds şəhərinin cənubunda yerləşən Betlehəm şəhərində yerləşən kilsə İsanın doğum yeri olduğuna inanılan mağaranın yerində inşa edilib. Beləcə hər il dekabr və yanvar aylarında İsanın doğumunu qeyd etmək üçün bu kilsə ətrafında tədbirlər təşkil edilir. 2017-ci ildə keçirilən paradların və tədbirlərin videolarına YouTube-dan baxmaq mümkündür. 2016-cı ilə aid bir videoda Ermənistan bayraqları ilə məktəblilərin parad keçirdiyi kadrlarda görünür. Eyni zamanda fotonun çəkildiyi 2017-ci ilə aid videolarda da həmin paradlar var.

Videolardan da göründüyü kimi dünyanın bir çox yerindən insanlar hər il bu tədbirlərə qoşulmaq və kilsəni ziyarət etmək üçün gəlir. 2017-ci ilin dekabrında başqa fotolar da mövcuddur.

filistinin erm aze catismalarinda destek verdiyi iddiasi baska foto

Həmin dövrdə yayınlanan xəbərlərdə Qüds Ermənilərinin İdman və İzci Təşkilatının təşəbbüsü ilə bayraqların qaldırıldığı məlumatı paylaşılıb.

Kadrların 2017-ci il Fotolar 2020-ci ilin 27 sentyabr tarixində başlayıb 10 noyabradək davam edən döyüşlərdə filistinlilərin Ermənistana dəstəyini göstərmir. 

Fələstin hökümətinin və baş nazirinin rəsmi Twitter  hesabında həmin tarix aralığında açar sözlərlə axtarış etdikdə nə Azərbaycan nə də Ermənistan bağlı paylaşım görmürük. Açar sözlər olmadan o tarix aralığındakı bütün paylaşımlara nəzər yetirdikdə də hər hansı bir dəstək paylaşımına rastlanmır. Hökümətin rəsmi internet saytında da axtarış etdikdə bu barədə açıqlama görünmür. 

İddiaların sosial şəbəkədə yayılmasının ardından Fələstinin Azərbaycan Konsolluğu rəsmi Facebook səhifəsində paylaşım edərək iddianı yalanladılar.

Qüdsdə nə baş verir?

İsrail qüvvələri ilə fələstinlilər arasında yaşanan gərginlik 9 may 2021-ci il tarixindən etibarən raket hücumları ilə davam edən böhrana çevrildi. Əl-Əqsa məscidi ətrafında cərəyan edən hadisələr zamanı İsrailin Qəzza şəhərinə etdiyi hava hücumları nəticəsində bir çox insan xəsarət alıb və həyatını itirib. Açıqlamalara əsasən 59-u uşaq olan ən azı 200 filistinli həyatını itirib.