2021-ci ilin may ayında Qüds şəhərində baş verən hadisələr ilə bağlı paylaşılan və Əl-Əqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqələndiirlən fotolardan bəziləri, əslində fərqli hücumların nəticələrini əks etdirir.
Foto Qüdsdən deyil, Hələbdəndir
Fotonu axtarış motorlarında əksinə axtardıqda 2014-cü ildən bəri internetdə paylaşıldığını görürük. Foto Reuters müxbiri Hosam Katan tərəfindən, 2014-cü ilin fevral ayında Hələb şəhərində çəkilib.
Adobe Stock şəkillərində və Reuters media qurumunun rəsmi internet səhifəsində paylaşılan fotonun açıqlama qismində verilən məlumata əsasən Hələbin Masaken Hanano ərazisində baş verən hücum nəticəsində dağıntı altından xilas olmuş uşaqları göstərir.
Şəklin başqa bucaqdan çəkilmiş kadrlarını da internetdə tapmaq mümkündür.
Mənbə: Alamy
Mənbə: Adobe Stock
Foto eyni dövrdə yayınlanan xəbərlərdə də istifadə olunub. Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) tərəfindən verilən məlumata əsasən 23 noyabr 2013-cü ildən 24 fevral 2014-cü ilə qədər Suriyanın Hələb şəhəri və ətraf bölgələrinə hücumlarda 2 min 401 şəxsin sivil olduğu 2 min 426 insan həyatını itirib.
İsrail və Fələstin arasında yaşanan gərginlik 2021-ci ilin may ayında Əl-Əqsa məscidi ətrafında cərəyan edən münaqişəyə çevrildi.