Əl-Aqsa məscidindəki fotoların yeni olduğu iddiası

Əl-Aqsa məscidindəki fotoların yeni olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Görüntülər 2021-ci il mayın 7-də Əl-Aqsa məscidinə olan hücumdandır.

Foto Fələstin Xarici İşlər Nazirliyinin 8 may 2021-ci il tarixli bəyanatında yer alıb.

Fotoların 2021-ci ilə aid olduğunu türk, ingilis və ərəb mənbələri təsdiqləmək mümkündür

Məscidin içərisində həbs edilən insanların fotosu yeni deyil

İnsanların həbs edildiyi foto 2022-ci ilin aprel ayından paylaşılır.

İsrail polisi, 5 Aprel 2023-cü ilin səhərində Qüdsdə yerləşən Məscid Əqsa'ya hücum edib. Hücum nəticəsində 350 nəfər həbs olunub.

Sosial mediada yayılan və Məscid Əqsaya aid olduğu iddia edilən iki şəkil viral olub. Şəkilin birində silahlı İsrail hərbçilərinin Məscid Əqsa önündə sıralandığı və yerdə çox sayda plastik qutuların olduğu görünür.

Digər fotoda isə məscidin içərisində bir xeyli insanın qolları arxadan bağlı formada yerə uzadılmasını göstərən foto paylaşılıb.

paylasim mescidi el aqsa felestin israil

Məscidin önündəki əsgərlərə aid görüntülər 2021-ci ilə aiddir

"Google" ilə tərsinə görüntü axtarışı etdiyimiz zaman şəklin 2021-ci ilə aid olduğunu öyrənirik. İsrail polisinin 2021-ci ilə aid olan Məscid Əqsa hücumuna dair Türkcə, İngiliscəƏrəbcə mənbələrə ulaşmaq mümkündür.

7 May 2021 tarixində İsrail polisi Şərq Qüdsdə yerləşən Məscid Əqsa-da namaz qılan camaata səs bombası və plastik mərmilərlə hücum edib. Baş verən hadisələrdə ən azı 205 Fələstinli və 17 İsrailli polis yaralanmışdı.

Fələstin Xarici İşlər Nazirliyi, 8 May 2021 tarixində yayımladığı açıqlama ilə İsrail qüvvələrinin məscid və Ramazan ayının müqəddəsliyini heçə sayaraq ibadət edənlərə hücum etdiyini bildirib. Açıqlamada iddia edilən şəkilə yer verilib.

flstin israil l aqsa

Fələstin Xarici İşlər Nazirliyinin 8 may 2021-ci il tarixli bəyanatı.

"7 May 2021 Məscid Əqsa İsrail polisi" sözləri ilə "Google"da axtarış etdiyimizdə iddia edilən şəklin fərqli rakuslardan çəkilmiş fotolarla qarşılaşırıq.

mscid l qsa

Polis paltarları və yerdəki zibillər iddia fotosuna uyğun gəlir.

Polis hücumu 2021-ci ilin Ramazan ayına təsadüf edib və Türkiyədəki rəsmi şəxslər tərəfindən də tənqid edilmişdi.

erdoqan aciqlama flstin mscdi

Prezident Rəcəb Tayyib Ərdoğanın 8 May 2021-ci il tarixli bəyanatı.

Məscidin içərisində qolları arxadan bağlanan insanlara aid foto yeni deyil

Əks axtarış metodu ilə axtarış etdikdə, ən köhnə tarixli yazının 2022-ci ilin aprelində olduğu məlumatına çatırıq. Fotonun Məscidi Əqsanın içindən lentə alındığı müxtəlif xəbər saytlarındasosial şəbəkələrdə paylaşılıb. Lakin görüntüdə builki həbslər görünmür.

2022-ci ilin aprelində İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdə Məscidi Əqsada gözləyən fələstinlilərə basqın etdi. Bölgəni tərk etmək istəməyən fələstinlilərə qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə edilən hadisələrdə 153 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

qsa mscidi 1

İddiaya əsas olaraq göstərilən məscidin önündəki polislərə aid foto 5 aprel 2023 tarixli Məscid Əqsa hücumuna deyil, 7 May 2021 tarixli hücuma aiddir.

Məscidin içərisində əlləri arxadan bağlı insanlara aid edilən digər foto da 5 aprel 2023-cü ildə deyil, 23 aprel 2022-ci ildə paylaşılmış