Putin və Kim Çen Inın bir-birinə güvənməyib içki içmədkilərini göstərən video realdırmı?

Putin və Kim Çen Inın bir-birinə güvənməyib içki içmədkilərini göstərən video realdırmı?

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Elkin Khalilov Semra Yıldırım
TEYİT NƏTİCƏSİ
Yanlış
İstehsal əsaslı yanlış məlumat

Faktlar

  • Orijinal videoda hər iki lider tostdan sonra bir qurtum içirlər.
  • Videoda onların stəkandan içdikləri hissə kəsilib.

Sosial şəbəkələrdə Rusiya lideri Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın tost görüntüləri paylaşılıb. İddialara görə, iki lider bir-birinə güvənmədiyi üçün içkini içmir və tostdan sonra qədəhləri süfrəyə qoyurlar.

kim cen in putin

İddia videosunda kəsilmiş hissələri tərsinə foto axtarış apardığımız zaman videonun 2019-cu ilə aid olduğunu görürük. Görüntülər 25 aprel 2019-cu ildə Rusiyanın Vladivostok şəhərində görüşən Vladimir Putin və Kim Çen Inın görüşündən sonra keçirilən qəbulda lentə alınıb.

Putinin Rusiyada 10 gün spirtli içki satışını qadağan etdiyi iddiası
Putinin Rusiyada 10 gün spirtli içki satışını qadağan etdiyi iddiası

Həmin vaxt paylaşılan görüntülərdə iddia edilən videoda olan bölməni görmək mümkündür. Orijinal videoda liderlərin stəkanları iki dəfə döyəclədiyi və stəkanları iddia edildiyi kimi stolun üstündə qoymadığı, hər iki dəfə də içkidən bir qurtum aldıqları görünür. Videoda bu anları birinci dəqiqə 33 saniyə və ikinci dəqiqə 35 saniyə görə bilərik.

putin kim cen orjinal foto

Yəni bir-birlərinə güvənmədikləri üçün stəkanı tərk etmələri iddiası həqiqəti əks etdirmir. Onların içki içərkən görüntüləri kəsilərək iddia edilən videoda paylaşılıb.

İki liderin tost dediyi ziyafət haqqında bir çox beynəlxalq media orqanlarında xəbərlər yayılıb. Bu xəbərlərdə liderlərin içki içmədiyi və ya bir-birinə inamsız göründüyü barədə məlumat yoxdur.

Putinin Zelenskini səhnədən izlədiyi iddia edilən video
Putinin Rusiyada 10 gün spirtli içki satışını qadağan etdiyi iddiası

Qəbuldan əvvəl keçirilən görüşlərdə iki ölkə arasında dostluğun möhkəmləndirilməsi qərara alınıb.

Şimali Koreya digər ölkələrlə məhdud diplomatik əlaqələr saxlayır. Ölkə lideri Kim Çen In da öz ölkəsindən kənara nadir hallarda səfər edir. Kim Çen Inın 2023-cü ilin sentyabrında Rusiyanın şərqindəki Vostoçnı kosmodromunda Putinlə görüşündə oturacağı kürsü gündəmə gəlib. Şimali Koreya agentləri tərəfindən diqqətlə dezinfeksiya edilən kresloda hər hansı yad materialın olub olmadığı yoxlanılıb.

Məlumdur ki, Rusiya lideri Putin də səfərləri zamanı yüksək səviyyədə təhlükəsizlik tədbirləri görür.

Digər tərəfdən, Şimali Koreya ən böyük iqtisadi və hərbi dəstəkçilərindən biri olan Rusiya ilə əməkdaşlıq siyasəti aparır. Ən son, 2023-cü il oktyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Şimali Koreya arasında diplomatik əməkdaşlığın 75-ci ildönümünü qeyd etmək üçün Şimali Koreyada rəsmi görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında əldə olunan razılaşmaların hərtərəfli həyata keçirilməsi və ticarət həcminin artırılması qərara alınıb.

Kim Çen Inın "İsrail üzərində nüvə raketi sınaqdan keçirərdim" dediyi iddiası
Putinin Rusiyada 10 gün spirtli içki satışını qadağan etdiyi iddiası
Paylaşanlar / Deliller