Ukrayna və Rusiya arasında müharibə davam edərkən, sosial mediada hadisələr ilə əlaqələndirilən şübhəli görüntülər də paylaşılmağa davam edir. Bu dəfə paylaşılan görüntünün Rusya və Ukrayna prezidentlərinin müharibədən əvvəlki qarşılaşmasından olduğu iddia edilib. İddiaya əsasən, video Putinin Zelenskini səhnədən izlədiyini göstərir.
Kadrlar fərqli tamaşalardandır
İddia videosunu diqqətlə izlədikdə kadrların bir-birindən fərqli olması və Zelenskinin görüntüsünün daha köhnə görünməsi şübhə oyadır. Videonun ilk hissəsindən aldığımız ekran görüntülərini əks axtarış üsulu ilə Yandex-də araşdırdıqda 2002-ci ilə aid paylaşımlara rast gəlirik. 2002-ci ilə aid çıxışın 1 saatdan uzun versiyasını Ukrayna KVN-in rəsmi YouTube kanalında tapmaq mümkündür. İddia videosundakı səhnə 35-ci dəqiqədən etibarən başlayır. Tamaşaçıların göründüyü kadrları izlədikdə Putinin olmadığını görürük.
Zelenskinin çıxışındakı tamaşaçılar
Putinin göründüyü səhnələri əks axtarış üsulu ilə araşdırdıqda isə 2006-cı ilə aid paylaşımları tapmaq mümkündür.
Daha əvvəl də bənzər iddia fərqli iki video birləşdirilərək paylaşılıb və montaj olduğu Teyit tərəfindən aşkarlanıb.