Putinin Rusiyada 10 gün spirtli içki satışını qadağan etdiyi iddiası

Putinin Rusiyada 10 gün spirtli içki satışını qadağan etdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Vladimir Putinin may tətilləri ilə əlaqədar imzaladığı 23 aprel tarixli qərarda hərhansı bir qadağa gətirilməyib.

Bütün ölkəni əhatə edən 10 günlük spirtli içki qadağası yoxdur.

Xəbər “Panorama” adlı parodiya xəbərlər hazırlayan sayt tərəfindən hazırlanıb.

Rusiyada 1995-ci il tarixli federal qanuna əsasən ölkədə axşam 11 ilə səhər 8 arası spirtli içki satışı qadağandır.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Covid-19 pandemiyası bərabərində bəzi məhdudiyyətləri və qadağaları da gətirdi. Bu məhdudiyyətlərdən biri də bəzi ölkələrdə spirtli içki satışına yönəlik idi.  Xəbər saytları tərəfindən paylaşılan iddiaya görə Rusiya prezidenti Vladimir Putin də ölkədə 1-10 may tarixlərində spirtli içki satışının tamamilə qadağan edən bir qərar imzalayıb.

putin alkol yasak ekran teyitaz


Putinin imzaladığı qərarda belə bir qadağa yoxdur

Rusiyada 1-3 may tarixlərində  Beynəlxalq Əmək Günü  və  8-10 may tarixlərində isə Qələbə Günü münasibətilə rəsmi tətildir.  Bayramların keçilərəcəyi tarixlər arasında sadəcə 4-7 may tarixləri iş günü idi. Rusiya prezidentinin rəsmi internet səhifəsində yeni imzalanmış bir qərar mövcuddur. Bu qərara əsasən, 4-7 may 2021 tarixləri də qeyri-iş günü olaraq elan edildi. Bu da ölkədə may ayının ilk günündən etibarən 11 may tarixinədək qeyri-iş günü olacağı mənasına gəlir. Lakin qərarda koronavirus tədbirləri çərçivəsində spirtli içki satışına yönəlik məhdudiyyət tətbiq ediləcəyinə dair məlumat yoxdur.

putinin imzaladigi karar 23 nisan

Vladimir Putin tərəfindən imzalanan qərar

Rəsmi internet səhifəsindəki digər açıqlamalar arasında da belə bir qadağadan  bəhs edilmir.

Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsindəki açıqlamalarda da spirtli içkini qadağan edən bir qərara rastlanmır. Google üzərindən saytdakı açıqlamaları araşdırdıqda bütün ölkəni əhatə edən qadağa ilə bağlı nəticə çıxmır. Axtarış motorunda çıxan nəticələr arasında spirtli içkidən istifadənin qadağan olduğu yerlərə dair məlumat ehtiva edən bir yazıya rastlayırıq. Lakin spirtli içkinin tamamilə ölkə üzrə qadağasına dair bir məlumat yoxdur. Daxili İşlər Nazirliyinin internet saytındakı spirtli içkinin istifadəsinə dair başqa bir açıqlama isə məhdudiyyətlərin olduğu məkanlarda qanun pozuntularının cəzasından bəhs edir

Xəbərin mənbəyi parodiya xəbərləri hazırlayan saytdır

Bəs bu şayiələrin mənbəyi nə ola bilər? Axtarış motorunda xəbərin mənbəyinə dair rus dilində axtarış edərkən əldə edilən məlumatlar bizi satirik yayım edən bir xəbər saytına aparır. Gündəm ilə bağlı satirik xəbərlər hazırlayan “Панорама”  yəni Panorama adlı internet saytı 23 aprel tarixndə həmin xəbəri saytında və sosial media hesabında paylaşıb. Twitter-da 50 mindən çox izləyicisi olan hesabın açıqlama qismində də satirik yəni parodiya xəbərlər paylaşdığı qeyd olunub.

panorama satirik sayfa sosyalmedya hesabi

Satirik yayım edən Panorama adlı saytın sosial media hesabı

panorama alkol yasagi haberi sosyal medyada

Panorama adlı saytın spirtli içki qadağası ilə bağlı satirik xəbəri

Rus dilində yayınlanan xəbərə Google tərcümədən istifadə edərək də baxmaq mümkündür. Daxili İşlər Nazirliyinin açıqlamasına əsaslanan yazının sonunda bu xəbərin həqiqəti əks etdirməyi və sadəcə parodiya olduğu məlumatı verilib

panorama alkol yasagi haberi cevirisi google

Xəbərin Google tərcümədən çevrilmiş halı

Rusiyanın bəzi ərazilərində spirtli içki satışına dair qadağalar var

Rusiyada Covid-19 tədbirləri çərçivəsində spirtli içki istifadəsinə dair qismən qadağalar gətirilib.  Məsələn, Tuvanın bələdiyyə saytında 1-10 may 2021-ci il tarixlərində spirtli içki satışının qadağan olduğu elan edilib. Kurqanda da bələdiyyənin imzaladığı qərara əsasən 1-9 may 2021-ci il tarixlərində spirtli içki satışı qadağan edilib

Rusiyada 1995-ci ildən bəri qüvvədə olan federal qanuna əsasən spirtli içkinin satışı gecə saat 11-dən səhər saat 8-ə qədər qadağandır. Lakin yerli idarələr şəhərlərdə federal qanundan əlavə də məhdudiyyətlər tətbiq edə bilir. Məsələn, Dağıstan bölgəsində, federal qanunlara əlavə olaraq,  Ramazan bayramı, Qurban bayramı, Bilik Günü, Uşaq Günü kimi bayramlarda da spirtli içkinin satışına məhdudiyyət var.

Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) iddiaları təkzib edib.