Fotonun balasını xilas etmək üçün özünü fəda edən impalanı göstərdiyi iddiası

Fotonun balasını xilas etmək üçün özünü fəda edən impalanı göstərdiyi iddiası

Bu məqalə 4 il əvvəl yazılmışdır.
Sayyara Mammadova
TEYİT NƏTİCƏSİ
Yanlış
Təsir əsaslı yanlış məlumat

Faktlar

  • Fotoqraf Alison Buttigiegin veb saytında fotonun hekayəsini tapmaq mümkündür.
  • Buttigieg, 2013-cü ildə Keniyada bir hepardın balalarına ovlarını necə öldürəcəyini göstərdiyi anları çəkib.
  • Fotoqraf iddiaların doğru olmadığını Facebook hesabında da açıqlayıb.
  • “The Stranglehold” adlı foto 2016-ci il Siena Fotoqrafiya Mükafatlarında “Remarkable Artwork” kateqoriyasına seçilən fotolar arasında yer alıb.

Hepardlar və impalanı göstərən bir foto sosial mediada geniş şəkildə paylaşılıb. Foto ilə bağlı paylaşılan məlumatda, fotonun müəllifinin bu fotoya görə mükafat qazandığı, lakin sonra depresiyaya düşdüyü iddia olunur. İddiaya əsasən, fotodakı impala, balasını xilas etmək üçün özünü hepardlara təslim edir. 

teyitaz hepard impala analiz ekran

Fotonun hekayəsi realda fərqlidir

İddia fotosunu axtarış motorunda əks axtarış üsulu ilə araşdırdıqda bir çox məqaləyə rast gəlirik. Açar sözlərlə axtarış davam etdikdə, fotonun 2013-cü ildə Keniyada, Alison Buttigieg adlı fotoqraf tərəfindən çəkildiyini görmək mümkündür. Buttigieg, şəxsi veb saytında həm fotoları həm də fotonun hekayəsini paylaşıb. Buradakı açıqlamanı oxuyanda görürük ki, foto ilə bağlı yayılan iddia doğru deyil. Fotoqraf 2013-cü ildə, Keniyada, balalarına ovunu necə öldürməyi öyrədən hepardları və onların ovu olan impalanı görüntüləyib. Fotoda ağzı impalanın boynunda olan ana heparddır. Buttigieg, ana hepardın balalarına öyrətməyə çalışsa da bala hepardların impalanı öldürə bilmədiyini müşahidə etdiyini yazır. Sonrakı fotolarda ana hepardın ovunu öldürdüyünü görmək mümkündür.

Fotonun Lənkəranda çəkildiyi iddiası
Fotonun Lənkəranda çəkildiyi iddiası

Foto ilə bağlı paylaşılan yanlış hekayə xarici dillərdə də yayılıb. İddia ilə bağlı açıqlama verən fotoqraf, depresiyaya düşmədiyini və paylaşılan iddianın həqiqəti əks etdirmədiyini bildirib

teyitaz hepard impala analiz aciklama

“The Stranglehold” adlı foto 2016-ci il Siena Fotoqrafiya Mükafatlarında “Remarkable Artwork” kateqoriyasına seçilən fotolar arasında yer alıb.

Daha əvvəl iddia AFP, Full Fact kimi bir çox fakt yoxlama quruluşu tərəfindən araşdırılıb və yanlış olduğu ortaya qoyulub.

Yanğında həyatını itirən quş fotosunun Türkiyədə çəkildiyi iddiası
Fotonun Lənkəranda çəkildiyi iddiası
Paylaşanlar / Deliller
korpem_official, 1.895 etkileşim aldı. 25/11/2021
pediatr_nurangiz_haciyeva_phd, 1.941 etkileşim aldı. 25/11/2021
Brifinq, 579 etkileşim aldı. 25/11/2021
Shahbaz Xuduoglu, 603 etkileşim aldı. 25/11/2021
hamısını göstər