Yanğında həyatını itirən quş fotosunun Türkiyədə çəkildiyi iddiası

Yanğında həyatını itirən quş fotosunun Türkiyədə çəkildiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto Türkiyədən deyil.

Foto İranda baş verən yanğından sonra çəkilib.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Diqqət : Həssas görüntü var

Türkiyədə 28 iyul 2021 tarixindən bəri yüzdən çox meşə yanğınları baş verib. Ölkənin fərqli ərazilərində başlayan yanğınlardan sonra sosial mediada hadisə ilə əlaqələndirilən fotolar da paylaşılmağa başladı. Bu paylaşımlardan birində isə fotonun Türkiyədəki yanğınlarda yumurtalarının yanında qalan və həyatını itirmiş quşu göstərdiyi iddiası idi.

teyitaz kus fotografinin turkiyeden oldugu iddiasi ekran

Foto köhnədir və Türkiyədə çəkilməyib

İddia fotosunu əks axtarış üsulu ilə axtarış motorlarında araşdırdıqda yanğının baş verdiyi tarixdən əvvələ aid paylaşımlar görürük.

kus iran

İranda yayım edən Borna adlı xəbər saytında 2020-ci ilin iyun ayında paylaşılan məlumata əsasən Lavasan şəhərində baş verən yanğın nəticəsində bir quş yumurtalarının yanında yanmış halda tapılıb. Həmin xəbərdə həyatını itirmiş quşun və yumurtalarının videosuna da rast gəlmək mümkündür.

16 ədəd yumurtası tapılan quş haqqında Mehr xəbər saytında da məlumat mövcuddur. Xəbərdə həmin quşun yumurtalarını qorumaq üçün həyatını itirdiyi qeyd olunub. Xəbərdə Hanzak bağlarında yanğının turistlərin ehtiyatsızlığı və yaxud qəsdən yandırma nəticəsində baş vermə ehtimalından bəhs edilib.

Bu şəkil daha əvvəl LivanNepaldan olduğu iddiası ilə də yayılmışdı.