13 İyun 2025-ci ildə İsrailin İranın nüvə obyektlərinə hücumu ilə başlayan toqquşmada atəşkəsə nail olundu.
Bir sıra yerli və xarici sosial media səhifələri The Simpsons serialının İsrail-İran müharibəsini öncədən təxmin etdiyini göstərən video görüntülər paylaşdı. Serialın köhnə tarixli bölümləri olduğu iddia edilərək paylaşılan görüntülərin bu gün yaşanan bir çox hadisəni mövzu aldığı iddiaları tez-tez gündəmə gəlir.

Video görüntüyə əsasən, İsrail İrana hücum edir, İran da raketlərlə İsraili vurur və ardından ABŞ konfliktə müdaxilə edir. Toqquşma qloballaşır və İran məğlub olmaq məcburiyyətində qalır. Oktyabr 2025-ci ildə İran kapitulyasiya aktını Tel Əvivdə imzalayır.

The Simpsons serialının belə bir bölümü yoxdur
36 mövsümdür yayımlanan "The Simpsons" serialının bölümlərini, bölümlərdə istifadə olunan elementləri və işlənən mövzuları əhatə etmək məqsədilə açılmış bir forum mövcuddur.
Bu forumda “İsrail” və “İran” başlıqları incələndikdə, Simpsonlar serialının hər hansı bir bölümündə bu mövzunun işlənildiyinə dair heç bir məlumata rast gəlinmir. İsrail və İranın adının keçdiyi heç bir ortaq bölüm yoxdur.

Simpsonlarda İsrailin adının keçdiyi bölümlər

Simpsonlarda İranın adının keçdiyi bölümlər

Açıq mənbələrdə “Simpsons" serialında belə bir bölümün yayımlandığına dair heç bir məlumata rast gəlinmir. Mövzunun işlənildiyi iddia olunan bölümün hansı mövsümdə və bölümdə yer aldığı kimi vacib məlumatlar da mövcud deyil. Yəni, belə bir bölümün olduğuna dair heç bir sübut yoxdur.
Bundan əlavə, görüntülərdə yer alan bir ipucu həmin kadrların süni intellekt alətləri ilə hazırlandığını göstərir.
İlk olaraq, TikTok hesabında paylaşılan videonun tam görüntüsündə ilk kadrda yer alan fotoda sol üst tərəfdə “AI” yazısını görə bilərik. Bu da “Artificial Intelligence” yəni süni intellekt mənasını verir.

Bundan əlavə, videonun başlanğıcında əllərində İsrail və İran bayraqlarını tutan 2 xarakterin əlləri və barmaqlarının aydın olmadığı, bir birinə qarışdığını görə bilərik.

Reuters və Al Arabiya agentliyi ilə əlaqə saxlayan, 1990-cı illərdə The Simpsons serialının ssenarist və prodüseri olmuş Bill Oakley, serialın dünya hadisələrini qabaqcadan gördüyü (proqnozlaşdırdığı) fikrinə münasibət bildirib:

“Simpsonların proqnozlaşdırdığı çox az hadisə gerçək olub, seriala aid edilən qədər çox kəhanət olmayıb. Kəhanət olduğu iddia edilən bir çox video görüntü gerçək deyil. Ümumiyyətlə, biz illər əvvəl real həyatda baş verən hadisələri satira ilə təqdim edirdik. Tarix hər zaman təkrarlandığı üçün bəzi hallarda bizim nəyisə qabaqcadan gördüyümüz təəssüratı yarana bilər.”
Bənzər iddialarda Türkiyədə də mümkün bir Türkiyə-İsrail müharibəsini təxmin edən Simpsonlar bölümünün varlığı yer alır.
Nəticə olaraq, "The Simpsons" serialında İsrail-İran müharibəsini mövzu alan hər hansı bir bölüm mövcud deyil. Serial tez-tez müasir hadisələrlə bağlı öncədən xəbər vermə (kəhanət) iddiaları ilə yanlış şəkildə əlaqələndirilir.

