27 sentyabr tarıxındə başlayan və atəşkəsin imzalandığı 10 noyabr tarixinə qədər davam edən Azərbaycan və Ermənistan arasındakı döyüşlərdə internetdə yayılan yanlış məlumatlara daha yaxından baxdığımız “Yanlış məlumat hesabatı: Azrəbaycan-Ermənistan münaqişəsi | 27 sentyabr - 10 noyabr” yayınlandı. Hesabat, döyüşlər zamanı internetdə yayılan və Teyitin radarına girən yanlış məlumatların növlərini, platformalarını, interaksiyalarını və fiqurlarını təhlil edir.
Hesabatda nələr var?
Hesabatda müharibə ərzində Teyit komandasının “yanlış” olaraq işarələdiyi 33 yanlış məlumat təhlil edilir. Araşdırma bu məlumatların ən çox hansı platformalarda yayıldığı, topladığı interaksiya miqdarının paylanması və yanlış məlumatın ən çox hansı növləri ilə qarşılaşdığımıza dair dataları əhatə edir.
Böhranın ardında buraxdığı dataları təhlil edərək hazırlanan bu hesabatda, 44 gün ərzində yayınlanan 33 analizdən əlavə, bildirişlər və nəticələndirilə bilməyən iddialar haqqında da məlumatlar var. Ali Osman Arabacı, Sayyara Mammadova və Seçil Türkkan tərəfindən qələmə alınan, İsmet Mert Subay tərəfindən dizayn edilən hesabat, fərqli münaqişə və böhranların yaratdığı yanlış məlumat mühitini də müqayisə edir.
Həssaslığın artdığı, travmatik hadisələrin baş verdiyi, cəmiyyətdə qütbləşmənin yüksəldiyi, hadisələrə bağlı nifrət nitqinin artdığı dövrləri Teyit “böhran” olaraq adlandırır. Hesabatda, Sülh Bulağı Əməliyyatı və Covid-19 pandemiyası ilə son münaqişədə yanlış olaraq işarələnən iddiaların aid olduğu yanlış məlumat növləri də təhlil edilir.
Teyit Azərbaycancanın təsiri
Teyit 18 iyun 2020-ci ildə yanlış məlumatla olan mübarizəsini Azərbaycana doğru genişləndirdiyini elan etdi. 27 sentyabr - 10 noyabr tarixləri arasında baş verən Azərbaycan - Ermənistan münaqişəsinə dair hesabat yazmaq üçün kifayət qədər data və anlayışa sahib olmağımızda azərbaycan dilində yayına başlamış olmağımızın rolu danılmazdır.
“Yanlış məlumat hesabatı: Azrəbaycan-Ermənistan münaqişəsi | 27 sentyabr - 10 noyabr” adlı hesabat türk dilində yazıldı, azərbaycan və ingilis dillərinə tərcümə edildi. Hesabatın azərbaycan dilindəki versiyasını internet saytımızdakı yayınlar səhifəsindən əldə edə və yükləyə bilərsiniz.
Münaqişə ilə bağlı yayınladığımız bütün analizlərə isə 27 sentyabr 2020 Azərbaycan-Ermənistan döyüşləri etiketi altında internet səhifəmizdə oxuya bilərsiniz.