Teyit 2016-cı ildən bəri Tükriyədə davam etdirdiyi yanlış məlumatla mübarizəsini 2020-ci ilin iyun ayında Azərbaycanca doğru genişləndirdiyini elan etdi. Teyit Azərbaycanca, Covid-19 pandemiyasının yayıldığı və pandemiya ilə bağlə Türkiyədə də tez-tez qarşılaşdığımız yanlış məlumatlar ilə konspirasiya nəzəriyyələrinin Azərbaycanda da yayıldığı bir dövrdə quruldu.
Teyit Azərbaycanca, Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin (IFCN) şəffaflıq və tərəfsizlik prinsiplərini qəbul edərək qurumun imzaçısı halına gələn və Azərbaycan dilində yayın edən yeganə fakt yoxlama qurumudur. Bundan əlavə Facebook-un IFCN ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi Üçüncü Tərəf Xəbər Yoxlama Proqramının Azərbaycandakı tətbiqçisidir.
Azərbaycanda yayına başladığımız tarixdən 31 may 2021-ci ilə qədər ümumilikdə 651 iddia paylaşımını ehtiva edən 129 fərqli şübhəli məlumatı nəticələndirməyə nail ola bildik. Bütün bu iddiaları yoxlayarkən 1.241 fərqli mənbədən istifadə etdik. Yayına başlamamızdan qısa bir müddət sonra isə Azərbaycan və Ermənistan arasında münaqişələrlə bağlı yanlış məlumatları təhlil etdiyimiz bir hesabat dərc etdik.
Teyit Azərbaycancanın bir ilinə dair datalar və təcrübələr ehtiva edən bu hesabat, Teyitin bir il boyunca Azərbaycanda yanlış məlumatla mübarizəsini sərrast şəkildə təqdim etmək, Azərbaycanın öz gündəmi ilə birlikdə dünyada baş verən hadisələrin ölkə gündəminə necə təsir etdiyini və yanlış məlumat müstəvisinin necə yarandığını datalarla anlamaq məqsədi daşıyır.
Yanlış məlumatların mövzu başlıqları nə idi?
Bir il ərzində Teyit Azərbaycancada yayınladığıməz 129 fərqli iddiadan ikisi “doğru”, üçü isə “qarışıq” olaraq işarələndi. Geri qalan iddialar yanlış idi. Əgər əldə etdiyimiz sübutlar araşdırılan iddidakı çoxsaylı təkliflərin həm doğru həm də yanlış tərəfləri olduğunu göstəribsə belə olan halda iddianı “qarışıq” olaraq işarələyirik.
Yanlış məlumatın ən çox hansı mövzularda yayıldığına yaxından baxmaq həm istifadəçilərin hansı məzmunları paylaşmağa və “doğru” kimi qəbul etməyə meyilli olduğunu göstərir, həm də Azərbaycanın bir il ərzində sürətlə dəyişən gündəmində yanlış məlumatın ən çox hansı mövzularda yayıldığını görməyimizə imkan tanıyır.
Teyitdə araşdırdığımız iddiaları mövzu başlıqlarına əsasən 22 fərqli kateqoriya ilə etiketləyirik. Bəzən bir analiz birdən çox kateqoriyaya aid ola bilir.
Teyit Azərbaycancada yayınladığımız analizlər bu kateqoriyaların 16-na girə bilib. Yayınladığımız yazıların kateqoriyalara görə paylanmasına baxdıqda aşağıdakı qrafik ilə qarşılaşırıq.
Mənbə: az.teyit.org
Azərbaycan dilində yayınlanan 129 analizdə “münaqişə”, “sağlamlıq” ve “siyasət” kateqoriyaları önə çıxır. Bu analizlərdən 124-ü yəni 96.1 faizi “yanlış” olaraq nəticələnib. Geri qalan beş iddiadan ikisi “doğru”, üçü “qarışıq” olub. Yanlış nəticələnən 124 fərqli iddiadan 50-i yəni 40.3 faizi münaqişə kateqoriyasında yer alıb.
Azərbaycan Ermənistan münaqişəsi
Mövzu başlıqlarına yaxından baxdıqda yanlış məlumatla ən çox “münaqişə”, kateqoriyasında qarşılaşırıq. Azərbaycanın son bir illik gündəmində yer alan münaqişə ilə bağlı hadisələri nəzərə aldıqda bu nəticəni əldə etmək mümkündür. Azərbaycanın Tovuz şəhərində baş verən “İyul döyüşləri” boyunca internetdə yayılan yeddi iddianı “yanlış” olaraq nəticələndirdik. Aşkarladığımız və araşdırdığımız iddiaların bir çoxu hadisə ilə yanlış əlaqələndirilən video və şəkillərdən ibarət idi.
Mənbə: az.teyit.org
Tovuz böhranından iki ay sonra gərginlik yüksələrək 27 sentyabr 2020 tarixində başlayan və 44 gün davam edən bir savaşa çevrildi. Komandamız bu dövrdə paylaşılan iddiaları həm türkcə həm də azərbaycanca yaxından izlədi, səkkiz fərqli dildə iddialarla qarşılaşdı.
Münaqişə dövründə əldə etdiyimiz dataları və təcrübələrimizi bir hesabata çevirərək azərbaycan, türk və ingilis dillərində yayınladıq. Hesabatda yanlış məlumatın Twitter, Telegram kimi fərqli sosial şəbəkələrə sıçraması, yanlış məlumat yayan fiqurların dəyişikliyi kimi məlumatlar var idi.
Covid-19 və konspirasiya nəzəriyyələri
Azərbaycanda yayına başladığımız günlər Covid-19-un bütün dünyaya yayıldığı, sərt karantin qaydalarının tətbiq edildiyi bir pandemiya dövrü idi. Hə Türkiyədə həm də dünyada virusla bağlı yanlış məlumatlar da virus kimi sürətli yayılırdı. Konspirasiya nəzəriyyələri sadəcə Türkiyədə yox, Azərbaycanda da yayılırdı. Teyit Azərbaycancada yayınlanan analizlərin ən çox daxil olduğu kateqoriyalara baxdıqda da “münaqişə” kateqoriyasından sonra 32 analiz ilə “sağlamlıq” kateqoriyasının dayandığını görürük. Bu bütün nəticələndirilən iddiaların 24.8 faizidir. 30-u yanlış olaraq nəticələndirilən iddiaların 17-i yəni 56 faizdən çoxu Türkiyədə də yayılıb.
Sağlamlıq kateqoriyasında nəticələndirdiyimiz 32 fərqli iddia ilə bağlı aşkarladığımız xəbərlər və sosial şəbəkə paylaşımlarının sayı 136-dır. Üç fərqli sosial media platforması, 50 fərqli xəbər saytında paylaşılan bu iddiaların cəminin topladığı interaksiya yarım milyondan çoxdur. Sağlamlıq kateqoriyasındakı iddiaları çürütmək üçün 394 açıq mənbədən istifadə etdik.
Dünyada baş verən hadisələrin Azərbaycan gündəminə təsiri
George Floyd ilə bağlı etiraz aksiyaları, Beyrut partlayışı, ABŞ seçimləri, Əl-Əqsa məscidi hadisələri kimi dünyanın gündəmində olan hadisələr Azərbaycan dilində paylaşılan iddialarda da özünü göstərdi. Məsələn, Teyit, 4 avqust 2020 tarixində baş verən Beyrut partlayışı ilə bağlı 10 iddia, Teyit Azərbaycanca isə dörd iddianı nəticələndirilib.
İstifadəçilər hansı yanlış məlumat növləri ilə qarşılaşıb?
Teyit, yanlış məlumatı daha yaxşı mənalandıra bilmək üçün 2017-ci ildə First Draft komandasının təklif etdiyi yeddi maddədən ibarət bir kateqoriyalandırmadan istifadə edir.
Nəticələndirdiyimiz hər şübhəli iddianın hansı yanlış məlumat növünə aid olduğunu o iddianın analizində göstəririk. Bəzən bir iddia birdən çox yanlış məlumat növünə aid ola bilir. 124 fərqli iddianın hansı yanlış məlumat növlərinə aid olduğuna baxdıqda aşağıdakı qrafik ilə rastlaşırıq.
Mənbə: az.teyit.org
124 fərqli iddianın 73-nün, yəni 58.8 faizi yanlış məlumat növü olan “xətalı əlaqələndirmə” olaraq aşkarlanıb. Yanlış məlumatın bu növünün daha çox görünməsi eyni zamanda Azərbaycan Ermənistan münaqişələri ilə bağlı ola bilər. Çünki “xətalı əlaqələndirmə” növündə olan analizlərin kateqoriyasına baxdıqda ən çox “münaqişə” kateqoriyasındakı iddiaların bu növə aid olduğunu görürük.
Yanlış olduğunu aşkarladığımız iddiaların ən çox aid olduğu ikinci yanlış məlumat növü isə “uydurma”-dır. Teyit Azərbaycancada yayınladığımız 124 yanlış iddianın 25-i, yəni 20,1 faizi bu yanlış məlumat növünə aiddir. Uydurma olaraq nəticələnən iddiaların bir çoxu sağlamlıq kateqoriyasında yer alıb. Buna səbəb Covid-19 pandemiyası haqqında yayılan iddialardır.
Azərbaycanda yanlış məlumat harada yayılır?
Yanlış məlumatın harada yayıldığına baxmaq onun növlərini anlamaq qədər vacibdir. Yanlış məlumat xəbər saytları isə məhdud qalmır, qapalı mesajlaşma tətbiqlərindən sosial media platformalarına qədər bir çox şəbəkədə yayılır. Bu səbəblə də Teyit, 2018-ci ildə Facebook-un Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin (IFCN) təsdiqlədiyi fakt yoxlama qurumları ilə birlikdə həyata keçirdiyi Üçüncü Tərəf Xəbər Yoxlama Proqramına qoşuldu. Eləcə 2020-ci ildə qurduğumuz Teyit Azərbaycanca da Facebook əməkdaşlığı ilə həyata keçir. Bu əməkdaşlıq çərçivəsində Teyit, Facebook və Instagram-da həm türk həm də azərbaycan dillərində yanlış məlumatla mübarizə aparır. Bu hissədə Azərbaycan dilində aşkarladığımız yanlış məlumatın yayıldığı sosial məcralara və xəbər saytlarına yaxından baxacağıq.
Sosial media platformaları
Əldə etdiyimiz datalar bizə azərbaycan dilində yanlış məlumatın necə yayıldığına dair fikir qazandırır. Teyit Azərbaycanca üçün hazırladığımız və nəticəsini “yanlış” olaraq işarələdiyimiz 124 fərqli iddia səkkiz fərqli sosial media platformasında, 102 fərqli xəbər saytında yayılıb. Azərbaycanda geniş formada istifadə edilən sosial media platformalarından biri olan Facebook, aşkarladığımız yanlış məlumatların da ən çox göründüyü yerdir. 124 analizin 109-da aşkarlanan iddia paylaşımlarında sosial media platformaları da yer alıb. Bunlardan 71-i Facebook-da paylaşılıb. Yəni yanlış çıxan və sosial şəbəkədə yayılan 109 iddianın 65.1 faizi istifadəçilərin qarşısına bu platformada çıxıb.
Mənbə: az.teyit.org
Facebook-da paylaşılan yanlış məlumatın bir çoxunun yenə “münaqişə” kateqoriyasında olduğunu görürük. İddiaların açar sözlərinə baxdıqda isə 27 sentyabr döyüşlərindən əlavə, Pakistan, Rusiya və Türkiyə ilə bağlı iddialarında tez-tez gündəmə gəldiyini görürük. Bəzən Teyit üçün türkçə hazırladığımız və Türkiyənin gündəmi ilə bağlı olan mövzuların Azərbaycanda da əks olunduğuna şahid oluruq. Eyni zamanda Rusiyada və Pakistanda baş verən hadisələr də Azərbaycan gündəmində əks olunub. Facebook-dakı iddiaların topladığı interaksiya isə ən az 132 min 585-dir.
Digər yandan datalar bizə Azərbaycandakı istifadəçilərin sosial media vərdişlərinə dair də fikir qazandırır. Azərbaycan və Ermənistan münaqişələrində araşdırdığımız yanlış məlumatların Twitter-a da sıçradığını aşkarladıq. Azərbaycandakı istifadəçilər müharibə dövründə Twitter-dan da effektli şəkildə istifadə edirdi. Bunun səbəbi ölkədə baş verən hadisələri dünyaya çatdırmaq istəyi ola bilər. Məsələn, münaqişə dövründə Azərbaycanın Gəncə şəhərindəki yaşayış məntəqələrinə edilən hücumlarda bir çox insan həyatını itirdi. İstifadəçilər bu hadisə ilə bağlı videoları və şəkilləri Twitter-da #PrayForGanja etiketi ilə paylaşırdı. Bu dövrdə münaqişə ilə bağlı bir neçə etiket trend olmuşdu. Cəmiyyətdə həssaslığın və duyğuların yüksəldiyi bu böhran dövrü yanlış məlumatın da yayılmağına səbəb oldu, müharibə ilə əlaqədar olmayan məzmunlar da sürətlə yayılmağa başladı. Analizlərimizdən 18-də aşkarladığımız iddia paylaşımları Twitter-da yer alıb. Bu 18 fərqli iddianın 16-ı Azərbaycan Ermənistan münaqişələri ilə bağlı iddiaları əhatə edir.
Xəbər saytları
Yanlış olaraq işarələdiyimiz 124 fərqli iddianın 36-da xəbər saytlarına rastlayırıq. Bu iddialardan 15-i isə sadəcə xəbər saytlarında aşkarlamışıq. Ümumilikdə araşdırdığımız məzmunlar 102 fərqli xəbər saytında yer alır. Bu xəbər saytlarının araasında münaqişə dövründə aşkarladığımız türk, ingilis dillərində yayın edən 10 xəbər saytı da mövcuddur. Geri qalan 92 xəbər saytı azərbaycan dilində yayın edir. Ümumi olaraq bütün bu xəbər saytlarından 36-ı birdən çox yanlış məlumata yer verib.
Əgər aşkarladığımız bir yanlış məlumata düzəliş edilərsə, bunu saytımızda “düzəliş edənlər” qisminə əlavə edirik. Teyit Azərbaycancada paylaşdığı yanlış məlumatı düzəldərək Teyitə bildirən üç fərqli xəbər saytı olub. Düzəliş olunan yanlış məlumat sayı isə ümumilikdə səkkizdir.
Nəticə və dəyərləndirmə
Teyitin Azərbaycandakı ilk ili böhranlarla keçdi. Bu hesabatda, bir il boyunca qarşılaşdığımız iddialardan və təcrübələrdən bəhs etməyə çalışdıq. Bir il müddətində Azərbaycanın informasiya ekosistemindəki pozuntular baxımından Türkiyədən çox fərqli olmadığını müşahidə etdik.
Münaqişə kimi böhran dövrlərində Azərbaycanda da yanlış məlumatın ən çox “xətalı əlaqələndirmə” növü ilə rastlaşdıq. Bəzi böhranlarda yanlış məlumatın Twitter, Telegram kimi fərqli platformalara sıçradığına şahid olduq. Azərbaycanın öz gündəmi ilə birlikdə Türkiyə, Rusiya, Pakistan kimi ölkələrlə bağlı iddiaların da tez-tez paylaşıldığını aşkarladıq. Azərbaycan Ermənistan müharibəsi 10 noyabr 2020 tarixində bitsə də mövzu ilə bağlı iddiaların 2021-ci ildə belə gündəmə gəldiyini gördük. Masamızdakı iddiaların mövzu başlıqlarında isə “sağlamlıq” , “münaqişə” və “siyasət” var idi.
Türkiyədə olduğu kimi Azərbaycanda da internetdə yanlış məlumat ilə mübarizə aparmağa, istifadəçilərin media savadlılığının artması üçün istifadə etdiyimiz bütün mənbələri və metodları analizlərimizdə yazmağa davam edəcəyik. Bu hesabatın, bu sahədə işləyən jurnalistlər, media qurumları, qeyri-hökumət təşkilatları və akademik araşdırmalar üçün istifadə ediləcək bir rəhbər olacağına ümid edirik.