Məzmun Formatları

Teyitdə sizə doğru məlumatı çatdırmaq, bir Teyit icması yaratmaq, eyni zamanda da gözünüzə və qulağınıza xitab etmək üçün yeni məzmun formatları yaradırıq.

Teyit Yolu

Bilik & İnkişaf: Instagram-da sadəcə vizual hekayələrə yer vermirik, eyni zamanda sizin də daxil ola biləcəyiniz modul məzmunlar hazırlayırıq. Testlər, anketlər və fakt yoxlama oyunları ilə Instagram-ı bir bilik platforması kimi qururuq. Ezgi Toprak tərəfindən hazırlanan Teyit Yolu isə hallara əsaslanan fakt yoxlama üsullarından bəhs edir. Daha əvvəl isə Teyit’e Muhtaç-da doğruluğu mübahisəli mövzulardan bəhs edirdik.

Teyitlendin

Xülasələr: İnternetdə nəyin yanlış nəyin doğru olduğunu izləməyin çətin olduğunu bilirik. Bu səbəblə Beşire Korkmaz Teyitlendin bülletenimizdə həftənin önə çıxan fakt yoxlamalarını və fakt yoxlama tövsiyyələrini tərtib edir. Teyitlendin bülletenimizə abunə olmaq üçün bura klikləyə bilərsiniz.

Dijital Veli

İcma bülletenləri: Bülletenlər dövrümüzün olmazsa olmazıdır. Biz onlara “icma deyirik”. İcmanın, yəni sizin dəstəyiniz ilə pandemiyanın ilk günlərində həyata keçirilən Covid-19 Postası-da Nilgün Yılmaz koronavirus pandemiyası haqqında faydalı məlumatlar paylaşır. Ali Osman Arabacı isə Dijital Veli-də uşaq böyüdən fərdlər üçün aylıq rəhbərlər hazırlayır, sizi ekspertlər ilə bir araya gətirir.

t cetveli

t cetveli: Emre İlkan Saklıca, Mert Can Yılmaz və Kansu Ekin Tanca hazırlayıb təqdim etdiyi t cetveli podkast seriyasında fakt yoxlayıcıların araşdırmalarından, sahədəki inkişaf və yeniliklərdən bəhs edirlər, dezinformasiyanın yayılımını anlamaq, doğru məlumatın gücünü yaymaq üsulları üzrə mülahizə aparırlar.

youtube

YouTube: Qardaş təşkilatımız olan yaradıcı studio Fayn-ın yanlış məlumat problemi haqqında hazırladığı kiçik sənədli film epizodları mövzunu vizual perspektifdən və ekspert rəyləri ilə təqdim edir. Daha əvvəl isə Mirgün Cabas ilə hazırladığımız Bize Yalan Söylediler-də yanlış məlumatları və doğrularını tərtib edirdik.