Teyitin yanlış məlumatla mübarizəsi Azərbaycanı da əhatə dairəsi altına alır. Saxta xəbərlərin qarşısını almaq üçün Facebook ilə 2018-ci ildən bəri davam etdirdiyimiz əməkdaşlığı Azərbaycana gətiririk. Məqsədimiz, dili, mədəniyyəti və gündəmi ilə Türkiyəyə olduqca bənzəyən Azərbaycanda görəcəyimiz işlərlə istifadəçilərin tənqidi düşüncə vərdişlərini və rəqəmsal bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Yaşadığımız və həqiqət sonrası olaraq adlandırdığımız bu dövr, həqiqətlə yanlışın bir-biri ilə qarışdığı, konspirasiya nəzəriyyələrinə tez-tez rast gəldiyimiz və bunların zərərli təsilərinə etinasız yanaşmağın mümkün olmadığı bir zəmanədir. Yanlış məlumat bombardmanı və bu qarışıqlıqla mübarizə aparmaq üçün çıxdığımız yolda, 2018-ci ildə Facebook ilə başladığımız əməkdaşlıq sayəsində səylərimizi daha da gücləndirdik. Əməkdaşlıq çərçivəsində bir tərəfdən Facebookdakı şübhəli xəbərlərin qarşısını almağa çalışır, digər yandan da ölkənin media ekosistemindəki problemlər, yanlış məlumatın mənbəyi və media bilik və bacarıqlarının inkişaf etdirilməyi kimi məsələləri prioritetə çeviririk.
Facebook ilə Beynəlxalq Yoxlama Şəbəkəsi (IFCN) arasında iki ildən uzun müddətdir davam edən əməkdaşlıq müsbət nəticələr versə də, bundan daha artığını həyata keçirmək ehtiyacı hər keçən gün daha çox hiss edilməkdədir. 2020-ci ilin əvvəllərində bütün dünyaya yayılan koronavirus epidemiyası, yanlış məlumatın qlobal səviyyədə nə qədər təhlükəli olduğunu yenidən gündəmə gətirdi. IFCN üzvlərinin həmrəyliyi ilə birlikdə hazırlanan məzmunlar, epidemiya dövründə artmaqda olan konspirasiya nəzəriyyələri, manipulyativ məzmunlar və ictimai sağlamlığa təhlükə törədən xəbərlərin yayılma sürətinin azalmasına gətirib çıxardı.
Bununla belə yanlış məlumatın yayıldığı ərazi əhəmiyyətsiz sayılmayacaq dərəcədə böyük idi.
Azərbaycan da bu ölkələr arasındadır. İstər 5G-nin koronavirus yayılmasına səbəb olmağı iddiası, istərsə də pandemiyanı Bill Gates’in başlatmağı kimi iddialar Azərbaycanda da çox yayıldı. Məhz buna görə Teyit yanlış məlumat ilə mübarizəsində böyük bir addım atmaq qərarı verdi və Faceebok ilə olan üçüncü tərəf xəbər yoxlama proqramı çərçivəsindəki əməkdaşlığı Azərbaycana doğru genişləndirdi. Əməkdaşlıq eynilə Türkiyədə olduğu kimi Teyitin Faceebok-daki əsassız xəbərləri işarələyərək saytında yayınladığı analizlərə yönləndirməsi şəklində olacaq. Facebook bu əsassız xəbərlərin daha az istifadəçinin qarşısına çıxması üçün lazımi tədbirlər görəcək. Bu əməkdaşlığın ən önəmli hissələrindən biri, həssaslıqla tətbiq etdiyimiz və Azərbaycanda da istifadə etməyə davam edəcəyimiz metodologiyamızdır. Yazılar eyni metodologiya ilə nəzərdən keçiriləcək və IFCN Prinsiplər Toplusuna uyğun formada hazırlanacaq.
Facebook Üçüncü Tərəf Xəbər Yoxlama Sistemi Necə İşləyir?
Üçüncü tərəf xəbər yoxlama sistemi əsassız xəbərlərin aşkarlanması ilə başlayır. Facebookdakı istifadəçilərin bildirdiyi rəylər və digər göstəricilər nəzərə alınaraq potensial saxta xəbərlər müəyyən ediləcək və daha sonra Teyitin gündəminə gələcək.Teyit məzmunları nəzərdən keçirəcək və içərisindəki məlumalatları yoxladıqdan sonra doğru olub olmadığını qiymətləndirəcək. Əsassız olaraq qiymətləndirilən məzmunlar xəbər axışında ən alt sıralarda görünəcək və Instagram-da da kəşf et qismindən kənarda saxlanacaq. Bu da xəbəri görən şəxs sayını əhəmiyyətli dərəcədə azaldacaq. Davamlı olaraq əsassız xəbərlər yayınlayan səhifələr və veb saytlar isə paylaşımlarının azaldılması kimi bəzi məhdudiyyətlər ilə üzləşəcək. Nəticə etibarilə, davamlı olaraq bu növ məzmunlar hazırlayan şəxslər və qurumlar reklam almaq şanslarını itirəcəklər.
Teyitin məqsədi sadəcə yanlış məlumatın qarşısını almaq deyil. Saxta xəbərlərin yaranmasına şərait yaradan amillər də diqqət mərkəzimizdədir. Media ekosistemində yer alan çatışmazlıqlar, media bilik və bacarıqlarının inkişaf etdirilməsi və dəstəklənməsi, tənqidi düşüncə tərzinin yayılması, yəni şübhə əzələlərinin gücləndirilməsi eynilə Türkiyədə olduğu kimi, Azərbaycanda da prioritetimizdir.
Teyit olaraq Azərbaycanca fəaliyyət göstərəcəyimiz üçün çox həyəcanlıyıq. Azərbaycan dilindəki məzmunlarımızın olduğu veb sayta az.teyit.org ünvanından keçid edə bilərsiniz. Yenə Twitter, Facebook ve Instagram kimi sosial şəbəkələrdən də bizi izləyə biləcəksiniz. Bütün bunlarla birlikdə Teyitin komandası da Azərbaycanda böyüməyə davam edəcək. Bu baxımdan Səyyarə Məmmədova komandamıza güc qatan ilk jurnalistdir. Səyyarə, texnologiya jurnalistikasındakı bilikləri və yerli media təcrübəsi ilə Teyitin bu təşəbbüsündə mühüm rol oynayan şəxslərdən biri olacaq.
Facebook ilə Teyitin Azərbaycana gətirdiyi üçüncü tərəf xəbər yoxlama əməkdaşlığı ilə bağlı düşüncələrini bölüşən Facebook Türkiyə İctimai Siyasət Şöbəsinin Müdiri Çağatay Pekyörür atılan addımlardan məmnunluq duyduğunu dilə gətirdi:
Cəmiyyətimiz üçün zərərli olduğuna inandığımız yanlış məlumatların platformalarımızda yayılmağına mane olmaq hər zaman prioritetlərimizdən biri oldu. Bu yöndə, platformalarımızdakı əsassız xəbərləri müəyyən etmək və dəyərləndirmək məqsədi daşıyan üçüncü tərəf xəbər yoxlama proqramımıza 2018-ci ildə Türkiyədə Teyit əməkdaşlığı ilə başladıq. Bu əməkdaşlıq, Türkiyədəki cəmiyyətimizə doğru məlumatı təqdim etmək və onları əsassız və yanlış məlumatlardan qorumaq yönündə atdığımız ən vacib addımlardan biri oldu. Bu səbəblə, mövcud əməkdaşlığı qonşu ölkəmiz olan Azərbaycana gətirdiyimizi elan etməkdən məmnunluq duyuram.
Teyitin qurucusu Mehmet Atakan Foça isə dil, mədəniyyət və gündəmi ilə Türkiyəyə çox yaxın olan Azərbaycanda istifadəçilərin tənqidi düşüncə vərdişlərini inkişaf etdirməyin önəmini vurğuladı:
Türkiyədə saxta xəbərlərlə mübarizədə ən önəmli tərəfdaşlarımızdan biri olan Facebook ilə Azərbaycanda da əməkdaşlığımızı davam etdirəcəyimiz üçün məmnunluq duyuruq. Dilləri, mədəniyyətləri və gündəmləri ilə bir-birinə çox yaxın olan bu iki ölkədə yanlış məlumatın yayılmağının qarşısını almaq üçün yeni addımlar atmağa davam edəcəyik. Türkiyədə olduğu kimi Azərbaycanda da istifadəçilərin tənqidi düşüncə vərdişlərini və rəqəmsal bilik və bacarıqlarını dəstəkləmək ən böyük məqsədimizdir.