Factory

Factory

Nədir?

Teyit tərəfindən Impact Hub İstanbul ilə məzmun əməkdaşlığı çərçivəsində həyata keçirilən Factory, informasiya və media ekosisteminin problemlərinə həll hazırlayan komandaları dəstəkləmək üçün yaradılmış bir icma və inkubasiya proqramıdır.

2019-cu ildə yanlış məlumat probleminə fərqli həllər tapmaq üçün hazırlanan layihə, 2020-ci ildə inkubasiya və icma proqramına çevrilib. Proqram artıq Türkiyədə informasiya və media ekosisteminin problemlərinə müasir model hazırlayan bir dəstək mexanizmi funskiyasını yerinə yetirir.

Factory, Teyitin ortaq dəyərlərdə birləşməyi asanlaşdıran mexanizmlər qurmaq və informasiya ekosistemindəki aktyorlarda ekosistem şüurunu yaratmaq hədəfləri ilə üst üstə düşür.

Niyə?

İnformasiya və media ekosistemində davamlı gəlir modellərinin əksik olması, yeni model və həll hazırlayanların dəstək mexanizmlərinə çatımlılığının olmaması, əsas mediada etibarın eroziyaya uğraması və informasiya nizamsızlığı kimi səbəblər sistem səviyyəsindəki bir dəyişikliyi zəruri edib.

Factory, informasiya və media ekosisteminin bu problemlərinə həll hazırlaya bilən və sosial faydaya əsaslanan tərəflərə fəaliyyət sahəsi hazırlamağı hədəfləyən bir vasitəçi qurum vəzifəsini üzərinə götürür.

Necə?

İnkubasiya

İnkubasiya proqramı sayəsində hər il informasiya və media ekosistemində məskunlaşmış problemlərə həllər təklif edən və fikir mərhələsində olan komandalara iş planlarını inkişaf etdirə biləcəkləri altı aylıq strategiya planlaması və konsultasiya, biznesin inkişafı, kommunikasiya şəbəkəsi və iş sahəsi dəstəyini verir. Eləcə də inkubasiya komandaları, informasiya və media ekosisteminin problemlərinə yönəlik həllər hazırlayan digər komandalar ilə bir araya gəlib bir-birilərindən faydalana bildikləri və əməkdaşlıq qura bildikləri bir icmanın parçasına çevrilirlər.

İcma

İcma proqramı ilə informasiya ekosistemindəki problemlərə yönəlik həll hazırlayan komandaların aktiv rol oynadığı bir icma quraraq, həll alternativləri arasındakı əməkdaşlığı asanlaşdırmağı, eyni məqsədə xidmət edən tərəfləri görüşdərərək ortaq dəyərlərə əsaslanan bir ekosistem qurmağı hədəfləyirik.

Proqramın hədəf qrupu

Factory, inkubasiya və icma proqramı ilə yeni nəsil rəqəmsal yayıncılara, keyfiyyətli və doğru informasiyanın yaradılması, yayılması və çatımlılığın asanlaşdırılması üçün vasitə və yaxud metod hazırlayan sosial təşəbbüslərə, doğru məlumatın şəffaf və ədalətli formada çatımlı olması üçün çalışan informasiya aktivistlərinə və media təşəbbüskarlarını hədəfləyir.

Factory proqramı haqqında daha çox məlumat əldə etmək üçün factoryprogram.org linkinə keçid edə bilərsiniz.