Sosial şəbəkədə və xəbər saytlarında paylaşılan iddialarda, Zəngəzur dəhlizinin artıq açıldığı iddia olunub. İddianın mənbəyi olaraq isə Ədalət Verdiyevin Facebook paylaşımı göstərilib.
Dəhlizin açıldığına dair rəsmi bir açıqlama yoxdur
İddia ilə bağlı araşdırma aparmaq üçün Azərbaycan Respublikası prezidentinin rəsmi internet saytındakı açıqlamalar və xəbərlər qisminə nəzər yetirək. Rəsmi açıqlamalara nəzər yetirdikdə Zəngilan dəhlizinin açıldığına dair bir açıqlama olmadığını görürük. Prezidentin rəsmi saytında verilən xəbərlərdən sonuncusu 26 oktyabr 2021 tarixinə aiddir. Bu xəbərdə, oktyabrın 26-da “Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulduğu” deyilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verərkən “Allahın köməyi ilə gələcəkdə, yəqin ki, 2023-cü ilə qədər bu yolun açılışında da iştirak edərsiniz.” ifadəsindən istifadə edib.
Prezidentin rəsmi Twitter hesabında paylaşılan məlumatlara nəzə yetirdikdə, 15 noyabr 2021 tarixində Zəngəzur dəhlizi ilə bağlı açıqlama olduğunu görürük. Lakin açıqlamada dəhlizin açılması yox, layihənin gerçəkləşməsi istiqamətində fəal işlər getdiyi bildirilir.
Mövzu ilə bağlı araşdırma apardıqda Azərbaycanın Ankaradakı səfirinin 11 noyabr tarixli açıqlamasına rast gəlmək mümkündür. Açıqlamada səfir, Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edir. Açıqlamada, “Zəngəzur dəhlizinin gələcəkdə açılacağından” və “Türk dünyasını birləşdirəcəyi”-dən bəhs edilib.
Ermənistan baş naziri Nikol Paşinyanın rəsmi saytında və mətbuatda yer alan açıqlamalara nəzər yetirdikdə, dəhlizin açıldığına dair bir məlumat olmadığını görürük. Paşinyanın mövzu haqqında verdiyi açıqlamalara nəzər yetirdikdə, Azərbaycanı Naxçıvan ilə bağlayan quru yolun açılması üçün Ermənistanın söz verdiyi, bu mövzuda Ermənistanın da maraqlı olduğu, lakin bunun necə olacağına Ermənistanın qərar verməli olduğu kimi ifadələr olduğunu görürük.
Nəqliyyatın bərpası mövzusu yenidən gündəmə gəlib
Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya prezidenti 27 noyabr 2021 tarixində Soçidə görüş keçirib. Görüşün ardından verilən bəyənatlara əsasən, sərhədlərin müəyyən edilməsi, regionda vəziyyətin sabitləşməsi və təhlükəsizliyin təmin edilməsi, o cümlədən nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası mövzuları müzakirə edilib. Görüşün sonunda isə üç tərəfin arasında birgə bəyənat imzalanıb.
İkinci Qarabağ müharibəsinin sonunda imzalanan üçtərəfli Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunub.
Azərbaycanda “Zəngəzur dəhlizi” olaraq da adlandırılan bu yolun 29 noyabr 2021-ci il tarixi etibarilə açıldığına dair rəsmi bir bəyanat və ya açıqlama mövcud deyil.