Sosial şəbəkədə bir çox səhifə WhatsApp-ın məxfilik siyasətində etdiyi yeni dəyişiklikləri tətbiq etməkdən imtina etdiyini paylaşdı. Paylaşımların bəzilərində isə xəbərin mənbəyi CNN olaraq göstərildi.
WhatsApp yeni dəyişikliklərlə bağlı qərarından imtina etməyib
WhatsApp 4 yanvar 2021-ci il tarixində məxfilik siyasətindəki yeni dəyişikliklər ediləcəyini açıqladı. Açıqlamanın ardından bəzi sosial şəbəkələrdə artan reaksiyadan sonra Whatsapp-ın məxfilik siyasətindəki yeniliklərlə bağlı geri addım atdığı iddia olundu. İddialarda mənbə olaraq göstərilən CNN qurumunun türk və ingilis dillərində xəbər saytlarına nəzər keçirdikdə belə bir xəbər olmadığını görmək mümkündür. Bundan əlavə CNN türkçə xidmətindəki WhatsApp Gizlilik Sözleşmesi iptal mi edildi vazgeçildi mi? WhatsApp gizlilik sözleşmesi nasıl iptal edilir? başlıqlı xəbərdə də həmin iddiadan bəhsedilirək, dəyişiklikdən imtina edildiyinə dair hər hansı bir rəsmi açıqlama olmadığı bildirilib. İngiliscə səhifəsində də açar sözlərlə axtarış etdikdə sözügedən xəbərin olmadığını görürük.
Digər yandan 12 yanvar tarixində WhatsApp rəsmi Twitter hesabındakı açıqlamadan da məxfilik siyasətindəki yeniliklə bağlı hər hansı bir geri addım atılmadığı görünür. WhatsApp bu paylaşımında yeniliklə əlaqədar istifadəçilərdə yaranmış məxfilik narahatlıqlara aydınlıq gətirməyə çalışıb. Belə ki, açıqlamada insanların şəxsi mesajları, gizli qrupları, məkan bilgisi kimi özəl məlumatlarının nə WhatsApp tərəfindən görülməyəci nə də Facebook ilə paylaşılmayacağı vurğulanıb.
Məxfilik siyasətindəki yenilik nədir?
4 yanvar 2021-ci ildə yayınlanan açıqlamada mesajlaşma tətbiqi WhatsApp-ın, Facebook şirkətlərinə aid olduğu və bu şirkətlər ilə necə data paylaşacağı izah edilir. WhatsApp daha əvvəl də istifadəçilərin datalarını, tətbiqin xidmətini davam etdirmək, yaxşılaşdırmaq və dəstəkləmək kimi məqsədlərlə toplayırdı. Bunların bir qismi istifadəçilərə təmin edilən hesab, status, cihaz məlumatları kimi, bir qismi isə avtomatik şəkildə toplanan istifadə, qeydiyyat və məkan məlumatlarına bənzər dataları əhatə edir.
Facebook şirkətləri ilə paylaşılacaq məlumatlarla bağlı hissə açıqlamanın “Üçüncü Tərəf Məlumatlar” bölümündədir. Buradakı məlumata əsasən istifadəçilər məxfilik siyasətindəki yenilikləri qəbul etdiyi təqdirdə əldə ediləm məlumatlar xidmətlərin aparılması, xüsusiləşdirilməsi və marketinq kimi məqsədlər ilə istifadə edilə biləcəyi qeyd olunur. Eləcə də texniki infrastruktur, çatdırılma və digər sistemləri həyata keçirmək, anket və araşdırma aparmaq, istifadəçilərin və başqalarının təhlükəsizliyini və bütovlüyünü qorumaq ilə müştəri xidmətlərinə kömək etmək və xidmətləri dəstəkləmək üçün Facebook şirkətləri ilə birlikdə çalışıldığı bildirilir. Açıqlama mətnində yeni dəyişiklik bir misal ilə də izah edilir. Misala əsasən əgər iCloud və ya Google Drive kimi data depolama xidmətlərindən faydalanırsınızsa, eynilə WhatsApp-da olduğu kimi xidmət verənlər istifadəçilərin həmin datalarına sahib olur. Yəni WhatsApp istifadəçilərdən şəxsi məlumatlarını Facebook ilə paylaşmasını qəbul etməyi tələb edir, bu şərti qəbul etmədiyi təqdirdə isə istifadəçi mesajlaşma tətbiqini istifadə edə bilmir.
WhatsApp-ın reklam alacağı iddialarına gəldikdə isə şirkət 4 yanvar verdiyi açıqlamada üçüncü tərəf banner reklamlara hələlik icazə verilmədiyini, gələcəkdə tətbiq olunacağı təqdirdə isə məxfilik siyasətində yenilik olacağını bildirib. Məxfilik siyasətindəki Facebook ilə məlumat paylaşımına dair yenilik 8 fevral 2021-ci ildə qüvvəyə minəcək. Lakin bu yenilik Avropadakı istifadəçilərə şamil olunmur. WhatsApp-ın Birləşmiş Krallıq da daxil olmaqla Avropa ərazisindəki data paylaşma tətbiqlərində yenilənən məxfilik siyasətində bu cür dəyişiklik olmayacaq.
WhatsApp 2014-cü ildən bəri Facebook-a aiddir
2020-ci il etibarilə dünyada 2 milyarddan çox istifadəçisi olan Whatsapp, 2014-cü ilin fevral ayında Facebook şirkəti tərəfindən 19 milyard dollara alınmışdı.
WhatsApp istifadəçilərinin hesab məlumatlarının Facebook ilə paylaşması mövzusu daha əvvəl də gündəmə gəlmişdi. Məxfilik siyasətindəki son yenilik açıqlandıqdan sonra Wired-da yayınlanan bir yazıda tətbiqin məlumatları Facebook ilə uzun müddətdir paylaşdığı məlumatı verilib. Belə ki, 2016-cı ilin avqust ayında WhatsApp məxfilik siyasətində yenilik etdiyini açıqlamışdı. Bu yeniliyə əsasən istifadəçilərin məlumatlarının Facebook şirkəti ilə paylaşılması seçimi var idi. Əgər istifadəçi məlumatının Facebook ilə paylaşılmasını istəmirdirsə ayarlar bölümündən paylaşmaq istəmədiyini seçə bilirdi.
Hansı mesajlaşma tətbiqi sizdən hansı məlumatları tələb edir?
WhatsApp-ın yeni məxfilik siyasəti gündəmə gəldikdən sonra sosial şəbəkələrdə digər alternativ mesajlaşma tətbiqləri ilə bağlı müzakirələr yarandı. TechCrunch redaktoru Mike Butcher da mövzu ilə bağlı Telegram və Signal kimi tətbiqlərin hansı məlumatları tələb etdiyinə dair yazı paylaşdı. Apple, AppStore-da tətbiqlərin istfidəçilərdən tələb etdiyi məlumatları birdən çox başlıqda göstərir. Hazırladığımız bu cədvəldə yer alan məlumatlar tətbiqlərin sizdən bu tətbiqləri istifadə etmək üçün istədiyi icazələri yox, sizdən istədikləri və saxladıqları məlumatları (dataları) əhatə edir.
Rəqəmsal təhlükəsizlik sahəsində araşdırmalar aparan Ahmet Sabancı da Twitter hesabında verdiyi açıqlamada, Telegram tətbiqinin ucdan uca şifrələmə ilə bağlı bəzi əksiklikləri olduğunu və təhlükəsizlik baxımından yaxşı bir seçim olmadığını qeyd edib. Bip istifadə qaydaları səhifəsində məlumatların üçüncü tərəflərlə paylaşılmadığını qeyd edib. Lakin həmin səhifədə detallı məlumat almaq üçün başqa bir link də yerləşdirilib. Həmin link olan səhifədə isə məlumatların üçüncü tərəflərlə paylaşıldığı məlumatı mövcuddur . Hansı məlumatların paylaşıldığını isə məxfilik prinspiləri səhifəsində oxumaq mümkündür.
Mesajlaşma tətbiqləri arasında ən təhlükəsiz olaraq göstərilənlərdən biri Signal-dır. Aşağıdakı cədvəldə də hansı tətbiqin necə təhlükəsizlik infrastrukturuna sahib olduğuna dair məlumatlar var. Bip tətbiqinin ucdan uca şifrələmə üsulu ilə bağlı detal dəqiq olaraq bilinmir. Proqram kodları bağlıdır, lakin şirkət ucdan uca şifrələmə olduğunu deyir.