24 fevral 2022-ci ildə Rusiya və Ukrayna arasında başlayan münaqişənin ardından Kiyev şəhərinin müdafiəsindəki Kiyev meri Vitali Kliçkonu göstərdiyi iddia olunub.
Foto 2021-ci ildə aldığı hərbi təhsildəndir
Fotonu əks axtarış üsulu ilə axtarış motorlarında araşdırdıqda köhnə paylaşımlara rast gəlirik. 2021-ci ilin 13 mart tarixində paylaşılan xəbərlərə əsasən keçmiş boksçu və Kiyev meri Vitali Kliçko, köməkçiləri və icra başçıları ilə birlikdə Desna tədris mərkəzində hərbi təlimlər keçib. Təlimdə çəkilən digər fotolar da xəbərlərdə yer alıb.
13 mart 2021 tarixində Kliçkonun rəsmi Instagram hesabında da bu barədə paylaşımı mövcuddur. O paylaşımında Kiyevin təhlükəsizliyindən şəhər rəsmilərinin cavabdeh olduğunu və baş verəcək hər hansı bir hadisəyə hazırlıqlı olmalı gərəkdiyini bildirib.
Kiyev merinin rəsmi Facebook səhifəsində paylaşdığı görüntülər mövcuddur. 2014-cü ildən bəri Kiyevin meri vəzifəsini yerinə yetirən Kliçko açıqlamasında qardaşı və keçmiş boks çempionu Vladimir Kliçko ilə birlikdə ölkələrini müdafiə etmək üçün silahlana biləcəklərini deyib.
2 fevral 2022-ci ildə Kiyev merinin qardaşı Ukraynanın ehtiyatda olan ordusuna yazılmışdı.