Videonun xərçəng xəstəsi uşaq üçün toplanmış 20 min motosikletçini göstərdiyi iddiası

Videonun xərçəng xəstəsi uşaq üçün toplanmış 20 min motosikletçini göstərdiyi iddiası

Faktlar

İddia videosunun birinci hissəsi Braziliya prezidenti Jair Bolsonaronun 2021-ci ilin may ayında keçirdiyi motosiklet konvoyundandır.

Minlərlə insanın qoşulduğu konvoyda maska istifadə etmədiyi üçün Braziliya prezidenti cərimələnib.

İddia videosunun ikinci hissəsi başqa bir videodan montaj yoluyla əlavə olunub.

Videonun ikinci hissəsi 2017-ci ildə 13 yaşlı serebral iflic xəstəsi uşağın doğum günündəndir.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir videonun xərçəng xəstəsi uşaq üçün verilən dəstəkdən olduğu iddia olunub. İddiaya əsasən Almaniyadakı xərçəng xəstəsi olan bir uşaq motosiklet həvəskarı olduğu üçün uşaq ilə görüşə 20 min motosiklet gəlib. 

teyitaz kanser motosiklet ekran

Birinci hissə Braziliya prezidentinin motosiklet konvoyundandır

İddia videosundan alınan ekran görüntlərini əks axtarış üsulu ilə araşdırdıqda bəzi sosial media paylaşımlarını tapmaq mümkündür. Portuqalca olan bu paylaşımlarda iddia videosunun ilk qismindəki görüntülər yer alıb. Braziliyalı millət vəkili və sosial demokrat partiyanın rəsmi səhifəsindən paylaşılan görüntüləri araşdırdıqda videonun əslində Braziliyada keçirilən motosiklet konvoyundan olduğunu öyrənirik.

teyitaz kanser motosiklet twitter

Konvoy Braziliya prezidenti Jair Bolsonaro başçılığında keçirilib. Konvoyun keçirildiyi 2021-ci il may ayı Braziliyada Covid-19 pandemiyasından 450 min insanın həyatını itirdiyi və pandemiya ilə bağlı tədbirlərin qüvvədə olduğu dövrə təsadüf edir. Konvoy videolarında Braziliya prezidentinin bir çox iştirakçı kimi maskadan istifadə etmədiyi görülür. Mövzu haqqında çıxan xəbərlərə əsasən Covid-19 əleyhinə maska qaydalarını pozduğu üçün Bolsonaro cərimə olunub.

İddia videosunun ikinci hissəsi Avstraliyadandır

İddia videosunu diqqətlə izlədikdə, ikinci qisminin fərqli olduğunu görürük. Buradan aldığımız ekran görüntüsünü araşdırdıqda mövzu ilə bağlı xəbərlərə rast gəlmək mümkündür. Video 2017-ci ildə qərbi Avstraliyanın Bunbury şəhərində keçirilən bir ad günündəndir. 13 yaşlı serebral iflic xəstəsi uşağın doğum günündə anasının bir mesaj yayması nəticəsində motosikletçilər toplanıb.


2021-ci ilə aid başqa bir videoda Almaniyadakı 6 yaşlı xərçəng xəstəsi bir uşağın motosikletləri sevdiyi üçün ailəsinin sosial mediadan paylaşım edərək motosiklet sürən şəxsləri
çağırdığı və minlərlə motosikletin toplandığı qeyd olunub. Sosial media platformalarında verilən dəstək #KrachfürKilian tagı ilə paylaşılıb.

Yeniləmə: 02/07/2022

Videonun ikinci hissəsinə dair məlumatlar əlavə olundu və nəticə "karma"dan "yanlış"a doğru dəyişdirildi."