Sosial şəbəkələrdə bir təyyarənin yerdən açılan atəşlə vurulduğunu göstərən videonun Ermənistana aid təyyarəni əks etdirdiyi iddia edildi.
Lakin video Arma 3 adlı simulyasiya oyunundan götürülüb.
Video oyundan götürülüb
Qarabağ döyüşləri zamanı vurulan Ermənistan təyyarəsini göstərdiyi idda edilən videonun mənbəyini tapmaq üçün əks axtarış üsulundan istifadə etmək mümkündür. YouTube platformasında oyun videoları yayınlayan bir kanal tərəfindən 24 may 2020-ci il tarixində paylaşılan video Arma 3 adlı simulyasiya oyunundan alınmışdır. Videoda gəmi əleyhinə raketlərə qarşı hazırlanan Phalanx CIWS adlı silahın istifadəsi əks olunub.
Silahın hava məkanına girən təyyarəyə atəş açdığı anı əks etdirən videoda, Phalanx CIWS adlı bir silahdan istifadə edilir. ABŞ donanmasına aid olan bu silah nə Azərbaycan nə də Ermənistan tərəfindən istifadə edilmir. Beləliklə videonun Qarabağda çəkilmiş olma ehtimalı ortadan qalxır.
Phalanx CIWS təyyarələr, gəmi əleyhinə raketlər və sahildən gələn təhlükələrə qarşı hazırlanmış və təhlükəni avtomatik olaraq müəyyən edərək məhv edən bir silahdır. Fərqli ölkələr buna bənzər sistemlərin üzərində işləsə də, silahın orijinalı sadəcə bu donanmanın arsenalındadır.
Arma 3 realist effektləri və qrafikləri ilə döyüş simulyasiyaları yaratmağa imkan verən bir video oyundur. Bu oyundan götürülən videolar tez-tez səhvən həqiqi döyüşlərlə əlaqələndirilir. Teyit bundan əvvəl də sözügedən oyundan alınan müxtəlif videoları analiz edib.
Azərbaycan və Ermənistan arasında davam edən döyüşlər oktyabr ayında yenidən intensivləşdi və atəşkəs qərarına baxmayaraq gərginlik səngimədi. Bu müddət ərzində Azərbaycan Ermənistana aid təyyarənin dağa çırpılaraq məhv olduğu yönündə bir açıqlama da yayınladı.